Icma.az
close
up
RU
525ci qəzet OCCRPni ifşa edən araşdırma

525ci qəzet OCCRPni ifşa edən araşdırma

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

OCCRP-nin Azərbaycan da daxil olmaqla apardığı araşdırmaların sifarişçisi, icraçıları, onların qarşısına qoyulmuş vəzifələr tamamilə aydındır.

Məlum olduğu kimi, Fransanın "Mediapart", İtaliyanın "Il Fatto Quotidiano", Yunanıstanın "Drop Site" və "Reporters United" nəşrlərinin birgə araşdırması Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi - OCCRP barədə ifşaedici faktlar üzə çıxarıb. Belə ki, araşdırmada OCCRP-nin mənsubluğu, maliyyə mənbələri, əsl məqsəd və məramına aydınlıq gətirilib. Bəlli olub ki, ABŞ tərəfindən rəqiblərinə qarşı silah kimi istifadə edilən bu layihənin əsas məqsədi Birləşmiş Ştatların kəşfiyyatı tərəfindən ötürülən məlumatların araşdırmaçı jurnalist məhsulu kimi təqdimatı və bununla Vaşinqtonun xarici siyasətində təsir rıçağı rolunu oynamasıdır. Eyni zamanda, OCCRP-in əsasən ABŞ və bir sıra Avropa ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirildiyi üzə çıxıb.

"DropSite"nin araşdırması göstərib ki, 2014-2023-cü illər ərzində OCCRP-nin büdcəsinin 52 faizdən çoxu USAID və ABŞ Dövlət Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə və Hüquq Mühafizəsi Bürosu (INL) daxil olmaqla ABŞ-nin dövlət agentliklərindən daxil olan vəsait hesabına formalaşıb. OCCRP təsis edildiyi 2008-ci ildən sonra ABŞ-dən ən azı 47 milyon dollar alıb, daha 12 milyon dollar isə artıq vəd edilib və yaxın zamanda köçürüləcək. Əlbəttə ki, maliyyələşdirmə qarşılıqsız ola bilməz. Bu, rəsmi Vaşinqtona OCCRP-nin fəaliyyətinə ciddi təsir göstərmək, o cümlədən, əsas vəzifələrə əməkdaşların təyin edilməsinə veto qoymaq və layihələri seçmək hüququ verir ki, bu da ABŞ-nin maraqlarını OCCRP-nin fəaliyyəti üçün əsas məsələyə çevirir. USAİD əməkdaşı Şennin Maquayrın sözlərinə görə, OCCRP "layihə rəhbəri" (hazırda bu vəzifəni Dryu Sullivan tutur) də daxil olmaqla, əsas vəzifələrə namizədləri ABŞ-nin dövlət qurumları ilə razılaşdırmalıdır.

Dövlət Departamentinin veteranı Maykl Henninq bunu təsdiqləyərək bildirib ki, "baş redaktor" və ya "baş direktor" kimi vəzifələr Vaşinqtonun ciddi yoxlamasından keçir. Beləliklə, araşdırmalarda əsas diqqət ABŞ-nin maraqlarına qarşı çıxan ölkələrə yönəlir. Təkcə 2015-2019-cu illər ərzində Dövlət Departamenti OCCRP-nin "Rusiyanın media məkanının balanslaşdırılması" layihəsinə 2,2 milyon dollar ayırıb. Araşdırma zamanı, həmçinin OCCRP-nin tənqidi jurnalistikanı fəal şəkildə boğması halları da məlum olub. Bu cür hadisələrdən biri OCCRP-nin həmtəsisçisi olan Dryu Sallivanın Almaniyanın NDR telekanalına təzyiq göstərərək OCCRP-nin ABŞ hökuməti ilə maliyyə və əməliyyat əlaqələrinə dair araşdırmanı dayandırmağa çalışması ilə bağlıdır.

OCCRP Azərbaycanı da hər zaman hədəf seçib, ölkəmizin daxili işlərə qarışmağa cəhd edib, əsasən erməni maraqlarının müdafiəçisi kimi çıxış edib. USAİD-in ermənipərəst rəhbəri Samanta Pauer tərəfindən "tərəfdaş qurum" hesab edilən OCCRP-nin əməliyyatlarını hazırda USAİD əməkdaşı Şennon Maquayrin kurasiya edir. USAİD-in də Azərbaycana münasibəti bəllidir. Bu qurum hər zaman Azərbaycana qərəzli yanaşma göstərib, ölkəmiz əleyhinə iş aparıb, layihələri maliyyələşdirib.

OCCRP COP29 dövründə də ABŞ Dövlət Departamenti tərəfindən aldığı sifarişləri yerinə yetirərək doğru olmayan məlumatlar dərc edib. Əsasən "Vaşinqton Post", "The Gurdian", CNN bu oyunda informasiya təminatçısı kimi çıxış edib. Göründüyü kimi, sifarişlə işləyən, ciddi senzuradan keçən, bir sıra güclərin maraqlarına xidmət edən qurumun işi heç vaxt şəffaf, qərəzsiz ola bilməz. Əgər OCCRP obyektiv və dürüst fəaliyyət göstərirsə, niyə Amerika milyarderlərinin ofşor zonalarda fəaliyyətini araşdırmır. OCCRP-nin qeyri-şəffaf fəaliyyəti ilə bağlı başqa məqamları da vurğulamaq olar, amma məlum araşdırma hər məsələyə aydınlıq gətirib.

Milli Məclisin deputatı Elman Nəsirov mövzu ilə bağlı deyib ki, Fransanın "Mediapart", İtaliyanın "Il Fatto Quotidiano", Yunanıstanın "Drop Site" və "Reporters United" nəşrlərinin birgə araşdırması əslində Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) mahiyyətinə, nə ilə məşğul olduğuna, haradan maliyyələşdiyinə, kimlərə xidmət etdiyinə, əsas məqsədlərinin nədən ibarət olduğuna aydınlıq gətirib. Onun sözlərinə görə, bu məsələlərin dəqiq, dürüst cavabı artıq tapılıb: "Həmin mediaların araşdırmalarından bəlli olub ki, bu qurumun fəaliyyətində Birləşmiş Ştatların kəşfiyyat və xüsusi xidmət orqanlarının çox ciddi dəstəyi var, onların materialları əsasında hesabatlar yayırlar. Bir çox hallarda isə həmin hesabatları ayrı-ayrı jurnalistlərin adına çıxsalar da, əslində reallıq başqa şeyi diktə edir. Daha çox ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq və bununla da öz siyasi məqsədlərini həyata keçirmək istəyirlər. Maliyyə mənbələri isə daha çox Avropa İttifaqı, Avropa ölkələri və ABŞ-dan gəlir. Necə deyərlər, pulu verənlər mahnını sifariş edirlər. Əl əli yuyar, əl də üzü yuyar - prinsipi bu halda işlək vəziyyətə gətirilir". 

OCCRP-nin Cənubi Qafqaz siyasətinə toxunan deputat deyib: "Dəfələrlə görmüşük ki, Azərbaycana qarşı hədyanlar, yalanlar səsləndirilir, ölkəmizin daxili işlərinə qarışırlar, eyni zamanda, erməni maraqlarının müdafiəçisi kimi çıxış edirlər, buna heç təəccüblənmək də lazım deyil. Əgər USAİD-in rəhbəri Samanta Pauer haqqında bəhs edilən qurumu tərəfdaş qurum hesab edirsə, həmçinin bu gün həmin USAİD-in əməkdaşı Şennin Maquayr OCCRP-ni kurasiya edirsə, onda hesab edirəm ki, qətiyyən təəccüblənməyə dəyməz. Deməli, bu qurumun özü elə birbaşa erməni maraqlarına xidmət edən bir təşkilata çevrilib. Eyni zamanda, onların Azərbaycanla bağlı "araşdırmalarında" bəzilərindən bir vasitə kimi istifadə etdikləri də bəllidir. Bütün bunlar onu göstərir ki, bu təşkilat birbaşa ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq, o dövlətlər ki, müstəqil siyasət həyata keçirmək istəyirlər, o dövlətlər ki, öz xalqının milli maraqlarından irəli gələn siyasət həyata keçirmək istəyirlər, təzyiq hədəfinə çevrilirlər, cürbəcür şantaj, yalan, iftira, dezinformasiya, feyk məlumatlar yaymaqla həmin dövlətlərə təsir göstərirlər. Bu baxımdan Azərbaycan da istisna deyil, dəfələrlə biz onların fəaliyyətində Azərbaycana qarşı hədyanlarn şahidi olmuşuq. Həm də araşdırma nəticəsində məlum olub ki, "Vaşinqton Post", "The Guardian", CNN-in bu siyasi oyunda informasiya təminatçısı kimi çıxış edib. Buna da təəccüblənmirik. Hələ xeyli müddət əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "Vaşinqton Post", "The New York Times"  və CNN kimi informasiya mənbələrini feyk mənbələr adlandırmışdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri