Icma.az
close
up
RU
525ci qəzet Problemi varlılar yaradır, cəfasını kasıblar çəkirlər... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525ci qəzet Problemi varlılar yaradır, cəfasını kasıblar çəkirlər... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fazil Mustafa, millət vəkili:

- Media həqiqətən həm milli təəssübkeşliyin və həm də antimilli şərəfsizliyin barometridir. Meydan TV və Toplum TV-nin strategiyası bəllidir: Azərbaycan dövlətinə qarşı hazırlanmış layihələri icra etmək, insanların sosial narazılıq simptomları üzərindən dövlətə yönəlik etimadsızlıq aurası yaratmaq. Maraqlıdır ki, onların paylaşdığı məlumatlar üzərindən rəy yazanların xeyli hissəsi tipik bir erməni nifrəti ilə Azərbaycana və Azərbaycan adına görülən faydalı işlərə yanaşırlar. Bu, artıq sosial narazılıq kimi anlaşılmamalıdır, bu, özündə vətəndaşılığımızı daşıyan bir kəsimin yeni erməniçilik dalğası kimi araşdırılmalıdır. Diqqət yetirin, məşhur futbolçu Ronaldinyo Azərbaycana gəlib, bunun müsbət tərəfləri ilə bağlı tərəfimizdən şərh verilib, bu gəlişin COP-29 zamanı ölkəmizin turizm potensialına fayda gətirəcəyini söyləmişik. Həm Meydan TV, həm də Toplum TV bunu məqsədyönlü şəkildə müzakirəyə çıxarıb və  təhqiramiz rəylərin yazılmasına imkan yaradıb. Olsun, onsuz da mən illərdir həm Milli, həm də Antimilli Danabaşizmə qarşı açıq mübarizə aparıram və bunlara da həmin epizodlardan biri kimi yanaşıram. Sadəcə bir gerçəyi aydınlaşdırmaq istəyirəm: Bir iş adamı yaxın dostluq etdiyi Ronaldinyonu öz vəsaiti hesabına (dövlət büdcəsindən yox ha!) Bakıya qonaq gətirir və mötəbər tədbir zamanı ölkəmizi reklam edir!  İndi ləyaqətli, dövlətini, Vətənini sevən, hətta hansısa məmurdan, idarəetmədən, sosial durumundan, işsizlikdən narazı olan bir azərbaycanlı buna niyə etiraz etməlidir ki? FİFA-nın prezidenti də gəlib, Fateh Terim də gəlir, başqaları da gəlir, hər biri də ölkəmizin tanıtımı üçün vacibdir. İnsanlar şəxsi dostluq əlaqələrindən istifadə edib öz ölkəsinin tanıtımına fayda vermək istəyirlərsə, buna ancaq bir irançı-erməniçi sevinməyə bilər. Elə sevinmədiklərinə görə də qatılmadılar bu mötəbər tədbirə! Bunların böyük əksəriyyəti Qarabağ savaşında qələbəmizə də bu cür ağrılı-acılı duyğularla yanaşıblar. Eyniylə cənabi Makron kimi, ağayi Makronian kimi, eyniylə Kim Kardaşyan kimi! İndi məhz bu mövzuda, Ronaldinyonun, yaxud da Məsud Özilin Azərbaycana gəlişi mövzusunda Meydan TV və Toplum TV-nin profilinə doluşub məhz ölkənin faydasına olanları belə narazılıqla qarşılayanları necə adlandırmalıyıq?

Asif Nərimanlı, jurnalist:

- Tbilisidə erməni, azərbaycanlı və gürcü fəalların COP29-a - Bakıya qarşı keçirdiyi aksiyaya rəhbərlik edən, "ermənilərin etnik təmizləməyə məruz qaldığı" iddiasını təkrarlayan "iqlim fəalı" Qreta Tunberq Ermənistana gedib. Azərbaycana qarşı etiraz aksiyalarını İrəvanda davam etdirəcək. Qretanın Cənubi Qafqazda nə baş verdiyindən xəbəri yoxdur, aydındır ki, onu bölgəyə gətirən və Bakıya qarşı aksiyalara qoşan ermənilərdir - erməni diasporu/lobbisi. Məqsəd iqlim məsələləri üzrə dünyada məhşurlaşdırılan Qreta üzərindən diqqəti daha çox cəlb etməkdir. Və təbii ki, Tbilisidə olduğu kimi, İrəvanda da COP29 fonunda Azərbaycana qarşı "etnik təmizləmə" ittihamı irəli sürüləcək, erməni maraqlarının qorunması istiqamətlərdən biri kimi vurğulanacaq. Həmişə olduğu kimi, indi də Azərbaycana qarşı beynəlxalq müstəvidə təşkil olunan kampaniyalarda erməni maraqları prioritetlərdən biri olaraq qalır. Ermənistan hakimiyyəti bu aksiyaların təşkilində birbaşa iştirak etməsə də, maraqlı tərəfdir.

Elxan Şahinoğlu, politoloq:

- Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi ilə yanaşı, strateji saziş də imzamalıdırlar. Paşinyan strateji sazişin imzalanmasını yaxın əsrlərdə xalqların dinc yanaşı yaşamasının vacib olmasıyla əsaslandırıb. Paşinyan ayrıca, Kazanda BRİCS toplantısı çərçivəsində Prezident İlham Əliyevlə görüşü indiyənə qədər keçirilən ən faydalı müzakirə kimi qiymətləndirib. Nikol Paşinyan Ermənistanın kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycana yazılı təklif göndərdiyini deyib: "Biz regional kommunikasiyaların açılması məsələsini tamamilə qarşılıqlı məqbul hesab edə bilərik".

Paşinyan iki xalqın dinc yaşaması məqsədilə strateji sazişin imzalanmasının vacib olduğunu bildirsə də, ona müxalif olan qüvvələr, o cümlədən, erməni kilsəsi bunu istəyirmi? Paşinyan birinci bu suala cavab tapmalıdır. Çünki Ermənistandakı antiazərbaycan qüvvələr bir gün Paşinyanı devirərlərsə və ya seçki yolu ilə hakimiyyətə gələrlərsə, iki ölkə arasında dinc yaşamanı əsas tutan sazişə qarşı çıxacaqlar. Ona görə də Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə yanaşı, Azərbaycanla strateji sazişin imzalanmasıyla bağlı da referenduma ehtiyac yarana bilər. Ermənilərin mütləq əksəriyyəti Paşinyanın Azərbaycanla "strateji saziş" ideyasına səs verərlərsə, bu halda müxalifət əngəli ortadan qaldırılacaq. Paşinyanın regional kommunikasiyaların açılması məsələsinə gəldikdə isə, Baş nazirin tələsməsinin səbəbi İranla bağlıdır. Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yolun İran üzərindən tikintisinə dair çalışmalar sürətlənib. Paşinyan Zəngəzur dəhlizinin açılmasıyla bağlı Bakı ilə razılaşmanı bir müddət də uzatsa, yeni yol İrandan keçəcək və Ermənistan oyundankənar vəziyyətdə qalacaq. Buna görə də hazırda rəqabət İranla Ermənistan arasında gedir. Azərbaycan üçün bu rəqabətdə hansı ölkənin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.

Pərviz Seyidli, yazar:

- Hər axşam ofisdə işlərə fasilə verib Retro FM-də Kamal Yaşar və Xəzər Süleymanlının təqdimatında "şeir mənim üçün" verilişini dinləyirdim. Bir-birindən maraqlı şeirlər ifa olunur, ləzzətli söhbətlər gedirdi. Çox təəssüf ki, veriliş bağlandı. Bayaq ofisdə yadıma düşdü. Keçən payız ofisin pəncərəsindən saralmış yarpaqları yorğun şair kimi mənə baxan ağaca tamaşa edə-edə verilişə qulaq asırdım. Təki yaxşı işlərin ömrü uzun və davamlı olsun.

Afət Yaqubova, jurnalist:

- Tədbirdən yadımda qalan əsas fraza:

The rich cause the problem, the poor pay the highest price (Antonio Guterres)...

Yəni problemi varlılar yaradır, ağır nəticələrinin cəfasını kasıblar çəkirlər...

Elə tədbirin də əsas məqsədi hər kəsə öz elədiyinin pulunu ödətməkdir. Əgər ödəmək istəsələr...

Fərid Pərdəşünas, texnobloger:

- Türkiyədə onlayn qumar oyunlarını reklam edənlər kütləvi şəkildə məsuliyyətə cəlb edilir. Aralarında məşhur simalar, müğənni və blogerlər də var. Düşünürəm ki, anoloji əməliyyat Azərbaycanda da həyata keçirilməli, qanunsuz şəkildə qumar, mərc oyunu, siqaret və ya tütün məhsullarını reklam edənlər təkcə cərimə ilə yox, inzibati həbslərlə cəzalandırılmalıdır.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- COP29 gözləntiləri haqqında düşüncələr

Problem varmı və necə həll olunmalıdır?

Bəli, qlobal dünyada iqlim dəyişikliklərindən, ekoloji tarazlığın pozulmasından dolayı bəşəriyyəti narahat edən, xüsusən də kasıb ölkələr üçün yaşayış və inkişafla bağlı ciddi PROBLEMLƏR yaranıb.

Amma burada bir ədalətsizlik də var.

PROBLEMİ yaradan daha çox zəngin, inkişaf etmiş, nəhəng zavod və fabriklər qurmuş  ölkələrdir.

Heç bir zavod fabriki olmayan, parnik qazı buraxmayan bir ölkənin bu problemdə rolu minimaldır.

Bəs indi bu PROBLEMİ kim həll etməlidir, onu yaradan, yoxsa hamı, əgər hamı etməlidirsə, bu problemin həlli üçün ayrılan resursların nisbəti necə olmalıdır, yəni kim daha çox pul, texnologiya, resurslar qoymalıdır.

Məhz 30 ildir ki, BMT bunu həll etmək məqsədilə COP müzakirələri aparır. 29-cu da bizdə keçirilir.

COP29 müzakirələri nə verəcək?

Əslində görünən odur ki, inkişaf etmiş ölkələr problemin həlli üçün  daha çox öhdəlik götürməlidir, daha çox yatırım etməlidir. Yəni burada bir diferensiallaşma olmalıdır. Az ziyan vurmusansa, problemin həllinə də az resurs ayıracaqsan, çox ziyan vurmusansa, çox da pul qoymalısan ortaya.

BMT-nin ötən illərdə bu tip müzakirələrində qərarlar olub ki inkişaf etmiş ölkələr hər il 100 milyarddan çox vəsaiti bu problemin həllinə yönəltməlidir.

Bu məqsədlə COP28-də BMT-nin İtki və Zərərə Cavab Fondu da yaradılıb. Lakin problemin həlli, iqlim dəyişikliyi ilə yaranan mənfi təsirlərin neytrallaşdırılması və adaptasiya üçün tələbatın daha çox,  trilyon dollarla olduğu bildirilir.

Qlobal dünyanı düşündürən suallar.

İndi COP29-dan gözlənti odur ki, problemin həlli üçün ölkələr məhz bu Fonda nə qədər vəsaitlər köçürəcəklərini bildirəcəklər? Ölkələr fəsadların aradan qaldırılması, zərərli qazların məhdudlaşdırılması üçün hansı mexanizmlər təqdim edəcəklər, bu dataya nəzarət üçün şəffaf mexanizmlər olacaqmı, cəmiyyət buna nəzarət edə biləcəkmi?

Yaşıl iqtisadiyyat üçün, rəqəmsal transformasiyalar üçün nə qədər vəsaitlər ayrılacaq?

Problemin həlli üçün COP29 ədalətli mexanizmlər tapacaqmı,  yeni maliyyə mənbələri tapacaqmı?

İqlim dəyişikliyindən zərər çəkən kasıb ölkələrin adaptasiyası necə olacaq, onlara hansı köməkliklər olunacaq?

COP29 qarşıya qoyulan vəzifəni yerinə yetirə biləcəkmi?

COP29 iqlim dəyişiklikləri ilə bağlı qlobal PROBLEMİN daha da ciddiləşdiyi bir ərəfədə keçirilr.

Azərbaycan iqlim dəyişikliklləri ilə bağlı PROBLEMİN həllinə töhfə vermək üçün, maraqlı tərəflərin iştirakı üçün hər bir şərait yaradaraq, böyük resurslar ayıraraq BMT standartlarına cavab verən növbəti COP29 müzakirələrini təşkil edib.

Yəni baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı əsasən neft-qaz infrastrukturuna söykənib, bununla belə, ölkəmiz qeyd olunan qlobal problemin üzərinə gedərək, onun həlli üçün töhfə verməkdən çəkinmir, 70 minlik də bir müzakirə platfroması yaradır.

Əlbəttə, şərait yaratmaq, müzakirə üçün platforma təqdim etmək yuxarıda qeyd olunan PROBLEMİN həlli demək deyil.

Hələlik görünən odur ki, PROBLEM-i yaradan ölkələr onun həllində elə də aktiv görsənmirlər.

Min cür bəhanələrlə müzakirələrə qatılmaq istəmirlər. Belə bir problemin həlli üçün müzakirələrə qatılmaqla bağlı bəzi ölkələrin qısqanclıq səviyyəsində hərəkətləri isə ümumiyyətlə anlaşılmazdır və izahı yoxdur.

Düşünürəm ki, COP29-un PROBLEMİN həlli istiqamətindəki uğuru məhz ölkələrin yuxarıda qeyd olunan suallara verdiyi cavablardan, dünyadakı indiki mürəkkəb şəraitdə  ölkələrin bu PROBLEMİN həllinə nə qədər resurslar ayırmasınadan daha çox asılı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see135

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see130

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri