Icma.az
close
up
RU
525ci qəzet “Qadınım” tamaşası Aynur Ədil yazır

525ci qəzet “Qadınım” tamaşası Aynur Ədil yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elə insanlar var ki, biz onları tanımağımıza rəğmən təkrar-təkrar kəşf etmək bizə zövq verir. Həmçinin elə kitablar da var- oxuyub sonlandırsaq da, yenə də oxumağı üstün tuturuq. Eləcə də bu kateqoriyaya bəzi tamaşalar daxildir. Düzdür, teatr sevgisini uşaqlıqdan bəri içində böyüdən biri olaraq, hələ elə bir tamaşa ilə qarşılaşmamışdım ki, onu dəfələrlə izləyəcək qədər zövq alım. Ta ki baş rolları canlandıran dəyərli aktyorumuz Əmrah Dadaşov və hamımızın sevimlisi, gözəl aktrisamız Gültac Əlilinin canlandırdığı “Qadınım” tamaşası ilə tanış olana kimi.

Tamaşanın mövzusu nəinki bugün, bütün dövrlər üçün öz aktuallığını qoruyacaq qədər diqqət cəlb edir. Məhz “Qadınım” tamaşası səhnəyə qoyulan gündən sayını itirdiyim qədər böyük zövqlə, eyni zamanda kədər hissi ilə tamaşaçı olmuşam. Çünki daha öncə bir tamaşa ilə bağlı yazımda da qeyd etmişdim: teatr insanın birbaşa öz həyatı, yaşadıqları, hissləri ilə əlaqə yaradan ən güclü vasitədir. Və maraqlısı bundan ibarətdir ki, tamaşa başlayan dəqiqədən artıq nələrin baş verəcəyini, hətta iki sevən şəxsin dialoqlarını, onların monoloqlarını da əzbərləsəm belə, yenə də ilk gün izlədiyim həyəcan, maraq öz qüvvəsində qalır. Bir an gəlir ki, başımı döndərib digər tamaşaçılara göz gəzdirəndə yaş kateqoriyasından asılı olmayaraq, hər kəsin mənimlə eyni hiss-həyəcanı keçirdiyini, ən əsası göz yaşına boğulduğunu açıq-aydın görə bilirəm.

Həqiqətən də böyük bir kütlənin diqqətini cəlb etmək, onlarda tamaşaya maraq doğurmaq, eyni zamanda isə göz yaşlarına səbəb olacaq qədər həssas rolu canlandırmaq, bir daha aktyor və aktrisamızın yüksək peşəkarlığından və mövzunun çox dərin olmağından xəbər verir. Tamaşanın əsas mövzusu, evli kişi ilə subay qadının eşq macərasıdır. Lakin mövzu bununla kifayətlənmir. Burada həyatda yalnız nə istədiyini deyil, həmçinin özünü tapmayan zəif, qorxaq kişidən və sevgisi uğruna kişinin evli olmağına göz yuman, hətta onu itirməmək üçün hamilə olduğu yalanını da uyduran, ülvi hisslərə sahib fədakar qadın obrazından söhbət gedir. Əslində bu istiqamətdə olan tamaşalar bir daha cəmiyyətə sübut edir ki, iki imzadan ibarət olan rəsmi sənəd və yaxud da simvolik məna daşıyan üzüklər insanların xoşbəxtliyi demək deyil. Və istər qadın, istərsə də kişi əgər vurulursa, burada qarşı tərəfin evli, yaxud subay olmağı önəm daşımır. Əgər insan nigahda olduğu, yaxud da eyni evi paylaşdığı insanla xoşbəxt olduğunu hiss etsə, kənarda eşq həyatı yaşamağa ehtiyacı qalmır - bu, danılmaz faktdır. Sən bəzən min subayda tapa bilmədiyin qayğını, diqqəti, şəfqəti, sevgini bir evli insanda tapıb hüzuru hiss edə bilərsən. Tamaşada da buna bənzər hadisələr bir-birini əvəzləyirdi. Öz həyat yoldaşı ilə xoşbəxt ömür sürməyi bacara bilməyən kişi, başqa bir qadında natamam qalan hissləri tamamlamağa çalışırdı (istər sevgi, istərsə də ehtiras).

Qadın isə elə ilk gündən kişiyə gələn zəngdəki insanın xalası oğlu yox, həyat yoldaşı olduğunu bildiyi halda susmuşdu. Onu da susmağa vadar edən nələrsə var idi: daha öncə yaşaya bilmədikləri, ya da elə kişi kimi onda da qalan yarımçıq emosiyalar... Zaman keçdikcə qadın daha çox bağlanıb, birlikdə vaxt keçirməyə can atarkən, kişi bəhanələrə sığınıb, ayrılmaq üçün səbəbləri düşünürdü. Bu tamaşa da bir daha qadının hər zaman istənilən mövzuda daha cəsarətli olduğunun, kişilərin eyni hissi bir neçə qadınla bölüşmək istədiyinin, qadının isə bütün hissləri yalnız bir kişidə yaşamaq arzusunun sübutu idi. Sonda kişi ilə qadının bir-birinə münasibət dönəmində etiraf edə bilmədiklərini dillərinə gətirdikdən sonra qadının kişiyə şillə vurması əslində, bir növ onun vəfasızlığına, saxta hisslərinə cavab idi. Sanki tamaşanı izləyən bütün qadınların ürəyincə idi o səhnə... Elə səs-küylü də hər dəfə o səhnədən sonra tamaşaçı alqışı eşitmək olurdu. Əslində bu kimi tamaşaları izləyərək nəticə çıxarmaq lazımdır. Ona görə ki, evlilik addımı atdığın insanı o qədər doğru seçməlisən ki, hər zaman axtarışda qalıb yeni sevgilərdən hansısa hissləri sözün əsl mənasında dilənməyəsən. Və eyni zamanda mövzuya qadın tərəfdən yanaşanda isə bir şeyi nəzərə almalısan ki, hər bədbəxt evlilikdə olan kişi o münasibəti bitirib, xoşbəxt olduğu yerdən həyatına davam edəcək qədər cəsarətli deyil... Lakin tamaşadakı qadın obrazı öz güclülüyü, tərk etmək cəsarəti ilə fərqlənir. Yeri gəlmişkən, tamaşada seçilən və bir-birindən daha çox insanın iliyinə işləyən türk mahnıları səhnələrə xüsusi rəng qatır. Ən əsası isə o mahnıları çox yüksək keyfiyyətdə ifa edən Əmrah Dadaşov və Gültac Əliliyə böyük minnətdarlıq bildiririk.

Ümumiyyətlə,“Qadınım” tamaşası insanı özünə o qədər cəlb edir ki, artıq sona yaxın hər dəfə düşünürəm ki, növbəti dəfə hansı tarixdə yenidən burada olacam?! Tamaşanın hər bir səhnəsi, ifa olunan bütün mahnılar hər bir tamaşaçıtək məni də maqnit kimi özünə cəlb edir. Və hər dəfə tamaşanın məndə buraxdığı hisslər, göz yaşlarımın sanki sel kimi axmağına səbəb olur, ürək döyüntülərimin sürəti artır. Ən sonuncu səhnədə artıq ən yaxın dostumdan ayrılırmış kimi məyus oluram - belə təsirli, düşündürücü, dramatik tamaşanın erkən bitdiyi üçün.

Hazırda teatrımızın yüksək səviyyədə inkişafı və məhz Əmrah Dadaşov, Gültac Əlili kimi aktyor, aktrisalarımızın çox çətin, məsuliyyətli bir tamaşanın öhdəsindən yüksək peşəkarlıqla gəlmələri bir daha uzun inkişaf yolu keçmiş Azərbaycan teatrının böyük uğurudur.

Aynur Ədil

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see617

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see276

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see254

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see149

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see144

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see144

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see137

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see136

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see135

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see135

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see135

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see134

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see132

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see130

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see129

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see124

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see124

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see123

Hepatit C diaqnozu qoyulan qadının son halı: Müayinə düzgün aparılmayıb

24 İyul 2025 00:14see120

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri