Icma.az
close
up
RU
525ci qəzet Şəhid polkovnik İlqar Mirzəyevin xanımı: İlqar Mirzəyev yalnız hərbçi olmalı idi

525ci qəzet Şəhid polkovnik İlqar Mirzəyevin xanımı: İlqar Mirzəyev yalnız hərbçi olmalı idi

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təqvimdə sentyabr ayıdır. Bu ayı daima yeni dərs ilinin başlanğıcı kimi xatırlayırıq. Əslində elə də qalmaqda davam edir. Lakin dörd il əvvəl sentyabr ayı Azərbaycan üçün bir dönüş nöqtəsinin başlanğıcı oldu.

30 il səbir etsə də, mövqeyindən heç zaman geri çəkilməyən dövlət artıq qərarlı və qəti addım atmaqla xalqının, millətinin heysiyyəti ilə oynayanlara qarşı cəsarətlə yumruğunu düyünlədi. Və 2020-ci ilin sentyabr ayının sonuna yaxın günlərin bir səhərini bizlər gözlənilməz bir xəbərlə açdıq. Həmin tarix artıq təqvimdə bizim üçün anım gününə çevrilən 27 sentyabrdır. Bu günə çatana qədər çox şəhidlər verdik.

Qəlbi Vətən eşqilə döyünən oğullardan, sıravi vətəndaşlardan tutmuş cəsarətli hərbçilərimizə qədər. Onların hamısının bu qələbəni görməyə haqqı vardı. Lakin onların arasında elələri oldu ki, şəhadətilə qətiyyətli bir yola təkan oldular. Onlardan bizə qalanlar bu qəhrəmanlarımızın ailə yadigarlarıdır. Anım günü ərəfəsində daha bir şəhid qəhrəmanımızın qapısını döydük.

Bu şənbə həmsöhbətimiz Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin ömür-gün yoldaşı, "İndigo" uşaq bağçasının icraçı direktoru Güllü Mirzəyevadır.

- Məşhur bir mahnının sözləridir: "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim..."

- Mümkün olsaydı, düşünmədən qurban verərdim. Çünki orada tam, xoşbəxt bir ailə vardı. Ailəsinə bağlı, övladlarına qayğıkeş ata, ətrafına, dostlarına qarşı diqqətcil, ən əsas Vətəni üçün hər şeyə hər zaman hazır bir hərbçi vardı: İıqar Mirzəyev...

- Təbii ki, bu xoşbəxt ailə başlanğıcda bir tanışlıqla qurulub...

- Tanışlığımız ailəvi dostlarımızın vasitəsilə olub. Amma istənilən halda qərarı özümüz verməli idik. Görünür, Tanrı bizim ulduzlarımızı birləşdirmişdi ki, tanışlığın sonu bir ailənin təməli oldu.

- Və onun hərbçi, ölkənin isə müharibə şəraitində olmasına rəğmən, bu izdivaca gedə bildiniz...

- Bəli, buna rəğmən, İlqarla bu ailəni qurdum. Düzü, o haqda heç düşünmədim də. Bəlkə ona görə ki, ana babam hərbçi olub. Valideyinlərim də etiraz etmədilər, baxmayaraq ki, qohumlardan müxtəlif fikirlər eşidirdik. Deyənlər vardı ki, hərbçi həyatı çox çətindir, Güllü üçün heç də asan olmayacaq. Lakin İlqar özünü ailəmizə sevdirə bildirmişdi. Ona görə də nə ailəmiz, nə də mən deyilən çətinliklərə əhəmiyyət verdik. Ailə quranda İlqarın işi Bakı şəhərində idi, lakin birinci övladımız olandan sonra o, bölgələrimizdə xidmət etmək qərarına gəldikdə mən bunu normal qarşıladım. Onun ilk təyinatı Gəncəyə oldu. O gedəndən çox qısa bir ara sonra mən uşaqlarla birlikdə İlqarın yanına getdik. O harda oldusa, ailəsi də yanında idi. Hərbçilər bir növ köçəri həyat yaşayırlar. Bu o qədər asan deyil, hər təyinatdan sonra köç yığmaq, daşınmaq yorucu olsa da, ailənin bir yerdə olması hər şeydən üstündür.

- Az məkan dəyişməmisiniz...

- İki il Gəncə, sonra iki il Bakı, daha sonra səkkiz il Naxçıvan, qısa bir ara Beyləqan və yenidən Bakı. İlqar işində qüsursuz xidmətə görə həmişə fərqlənmişdi, vaxtından əvvəl rütbəyə də çatmışdı. Ona görə də həmişə göz önündə olan hərbçilər sırasında idi. İkinci dəfə Bakıya çağırılandan sonra yenidən Gəncəyə təyinat alanda o, artıq bizim onunla getməyimizə razı olmadı. Heç bir israrıma məhəl qoymadı, çünki uşaqların artıq təhsil alan vaxtı çatmışdı. Ona görə də bərabər həyatımızın beş ilini birlikdə ola bilmədik. Bununla belə, bütün bayramlarda, tətillərdə onun başına cəm olurduq.

- Onda bir hərbçinin özü haqqında danışaq...

- İlqar Mirzəyev hədsiz dərəcədə Vətəninə, millətinə, dininə bağlı insan idi. Səmimiyyət, qayğıkeşlek ondan heç vaxt uzaq olmayıb. Övladlarına gözəl ata oldu İlqar, amma çox təəssüf ki, bu, uzun sürmədi. Yaxşı dost, yaxşı övlad, nümunəvi həyat yoldaşı kimi Tanrı onu bizdən çox tez aldı. Çox eşidirəm, deyirlər ki, hərbçilərin xasiyyətində bir sərtlik olur. Amma mən belə deməzdim. Başqalarına sərt görünən əslində hərbin qayda-qanunudur.

- Deməli, ailədə qayda-qanun ciddi olub...

- Ailə özlüyündə kiçik bir dövlətdir və onun daxilində qayda-qanun da mütləqdir. Bu qayda-qanunu da yaradan və nəzarət edən ailə başçısıdır. İlqar heç zaman işin problemlərini evə gətirən biri olmayıb. Evin astanasından içəri daxil oldumu, hər şey qapının o tərəfində qalırdı. O tərəfdə nə var, nə yox, nələr yaşanır, onu bizə hiss etdirməyib heç zaman. Ailə daxilində rahat, üzügülər bir ata vardı.

- İşi ilə bağlı aranızda söhbətlər olmamış deyil...

- Heç vaxt... Nə mən soruşmuşam, nə də o danışıb.

- 22 il bərabər yaşanan həyat yəqin ki, heç də rahat olmayıb...

- Biz xoşbəxt yaşadıq. Çətinliyi olmayan ailə yoxdur. Amma o ailədə sevgi varsa, bir-birinə bağlılıq varsa, yaşanan çətinliyin öhdəsindən gəlmək mümkündür. Ona görə dediyiniz o 22 ili biz xoşbəxt yaşadıq.

- Bu illər ərzində həyat yoldaşınızın hərbçi olduğuna təəssüflənmədiniz də...

- Mən İlqar Mirzəyevi başqa bir sahədə heç təsəvvür də etmədim. Əksinə, ona deyirdim ki, sən ancaq hərbi sahə üçün yaranmısan. Bu da yəqin ondan irəli gəlirdi ki, mən İlqarın işinə necə bağlı insan olduğunu görürdüm. Ümumiyyətlə, o, hədsiz məsuliyyətli və dəqiq insan idi. Bəzən düşünürəm ki, bəlkə o artillerist idi deyə, bu qədər dəqiqliyi vardı. Yəni İlqar Mirzəyev yalnız hərbçi olmalı idi, bu ona çox yaraşırdı... Amma bununla belə, onu da deyim ki, İlqar güclü psixoloq və müəllim də ola bilərdi. Onda insanları tanımaq məharəti güclü idi, araşdırmağı bacarırdı. İlqarın düşüncə və yanaşma tərzi fərqli idi. Məndə bəzi hallarda kinlilik ola bilərdi. O isə tamam başqa şəkildə mənə anladardı ki, yəqin şərait belə olub ki, həmin insan bu şəkildə davranıb. Kimisə qınamaq, tənqid etmək ona yad xüsusiyyətlər idi deyə, düşünürəm ki, İlqar yaxşı psixoloq da ola bilərdi. Bir sözü də o idi ki, hamının səhvi ola bilər, hərbçinin isə səhvi olmamalıdır.

- Dediniz ki, xoşbəxt yaşamısınız, amma həyəcansız yox...

- Həyəcan içində yaşasaq da, İlqar bizdə bir arxayınlıq yarada bilmişdi. Daima bizə eşitdirirdi ki, narahat olmayın, həmişə yanınızdayam. Yəni həyəcan hissini mümkün qədər bizdən uzaq tutmağı bacara bilmişdi. Biz bir hərbçi ailəsində hər an nəsə ola biləcəyini anlasaq da, İlqar bu həyəcanı bizə yaxın buraxmayıb. Hərbçilərin ümumi bir xüsusiyyəti var, ailələrinə çox bağlı olsalar da, onlarla kifayət qədər vaxt keçirə bilmirlər. Məzuniyyətə çıxanda belə, onlar hər an geri çağırıla bilir. Ona görə də birlikdə keçirdiyimiz hər dəqiqə bizim üçün o qədər dəyərli idi ki, vaxtı hədər ötürməməyə çalışırdıq. Qohumda, dost-tanışda hansısa bir məclisdə iştirak etmək lazım gəlirdisə, buna imkan olmurdu.

- Polkovnik və övladları...

- Hər bir valideyin öz övladı üçün yalnız yaxşı olanı istəyir. Uşaqlar sənət seçimində sərbəst olub. Yəni biz onların seçiminə anlayışla yanaşaraq dəstək olmuşuq. Elvin daha çox humanitar, Gülnarə isə texniki fənlərə daha meyilli idi. Onlara harda çətin idisə, hər ikisinə kömək etmək üçün çıxış yolumuz vardı. Hər ikisi uğurla ali məktəbə qəbul olanda övladlarımızın bizə yaşatdığı sevinc zəhmətimizin hədər getmədiyinin sübutu idi. Onun yolunu həmişə gözləyirdik. Günorta nahar vaxtı, axşam işdən qayıdanda İlqarın özünəməxsus qapını döyməyini səbirsizliklə gözləyirdi uşaqlar. Atalarının yanında olduqları hər dəqiqə onlar üçün bir qazanc idi. Mən ölkədə olan vəziyyəti, hərbçi ailəsi olduğumuzu bilsəm də, acı xəbəri heç zaman yaxın buraxmamışam. Xəbəri alanda belə, onun həqiqət olduğuna inanmırdım. Amma həqiqət imiş.

- Yaddaşınıza yazılan 2020-ci il...

- O zaman İlqar Mirzəyev Şəmkirdə xidmət edirdi. Mən uşaqlarla Bakəda idim, anası İlqarın yanında qalırdı ki, ona qulluq edən olsun. Bir müddətdən sonra pandemiya dövrü başladı və bəlkə də yeganə biz idik buna çox sevindik. Uşaqlarla yığışıb gəldik Şəmkirə. Sürpriz olsun deyə, xəbərsiz, qəfil gəldik. Gəlişimizdən çox sevindi və birlikdə olduğumuz vaxtlardakı kimi zamanın dadını çıxarmağa başladıq. Bu qapalılıq uşaqları sıxdığından may ayının sonunda biz Bakıya qayıtdıq. Həmin ərəfədə İlqar məzuniyyətdə olduğundan bizi özü gətirdi və bir neçə gündən sonra qayıtdı. Həmişə olduğu kimi, gündəlik əlaqəmiz, görüntülü danışıqlarımız davam edirdi. İyul ayının 12-i səhər danışanda hər şeyin qaydasında olduğunu söylədi, axşam isə artıq həyəcan siqnalı çalınır. İlqarla əlaqə yarada bilmədik. Lakin bundan bir neçə il əvvəl Aprtel döyüşlərində də belə hal yaranmışdı, ona görə zənglərlə İlqarı narahat etmək istəmədim. Bilirdim ki, imkan olan kimi ilk növbədə evlə əlaqə saxlayacaq. Ayın 13-ü axşam özü zəng çaldı. Uşaqlarla telefonun üstünü kəsdirdik. Danışdığımız vur-tut beş dəqiqə ərzində çalışdıq ki, vacib olan nə varsa ona çatdıraq. Dedi ki, vəziyyət yaxşıdır, siz özünüzdən muğayat olun. Öz növbəmdə mən də eyni sözləri dedim. Bir az gülümsədi və sağollaşdıq. Bu, İlqar Mirzəyevin ailəsilə son danışığı oldu.

- Səhər isə acı bir xəbərə oyandı Azərbaycan...

- Hər səhər İlqara mütləq mesaj yazırdım: "Sabahın xeyir. Günün xeyirli-uğurlu olsun". İyulun 14-ü səhər adəti üzrə yazdım, lakin cavab almadım. Sosial şəbəkələrdə şəhidlərimiz olduğu xəbərlərini gördüm və çox pis oldum. Bir az keçmiş zənglər başladı. Anamgilə zəng vurdum hal-əhval soruşmağa. Dedi ki, qayınanan narahatdır, atan Şəmkirə getdi. Az sonra İıqarın dayısı zəng çaldı, lakin hamı susur. Eşitdim ki, anam narahatdır, tez onlara yollandım və mən artıq orada bu xəbəri eşitdim. Xəbəri qəti şəkildə yaxına buraxmadım, inanmadım ki, belə bir hadisə ola bilər. Tez evə qayıdıb uşaqlara dedim ki, gedirik Tovuza. Yığışana yaxın bacımın həyat yoldaşı gəldi ki, sizi özüm aparıram. Yolda telefonumu söndürdüm, qızıma da dedim ki, sosial şəbəkəyə çox baxmasın, yanlış məlumatlar ola bilər. Bakıdan yeni çıxmışdıq ki, oğlumun telefonuna zəng gəldi, sakitcə mənə dedi ki, qayıdaq geri. Elvinə deyəndə ki, qayıtmaq nədir, bu qədər yol gəlmişik. Pıçıltı ilə dedi ki, atanı gətirirlər... Yalnız onun bu sözündən sonra xəbərin doğru olduğuna inandım.

- Amma yaşadığımız qələbəni görmək uğruna onlar bizim bilmədiyimiz çox çətinlikləri adladılar...

- Hər şeyin öz zamanı, öz vaxtı-vədəsi var. Ali Baş Komandanın dediyi kimi: "Nəyi nə vaxt, nə zaman etmək lazımdır mən bilirəm". 44 günlük müharibə başlanğıcını Tovuz döyüşlərindən götürdü və çox qısa bir aradan sonra Azərbaycan bayrağı azad Qarabağda dalğalanmağa başladı. Onlar bunu cismən görməsələr də, ruhları o torpaqlarda rahatcasına dolaşır.

- Ötən bu dörd ildə dəyişənlər də var...

- Bu dörd ildə dünyaya baxışım dəyişdi və öyrəndiyim çox şey oldu.

- İtkinizi bilirik, amma qazandıqlarınız da olmamış deyil...

- Təbii ki, var qazandıqlarım, lakin itirdiyim qədər böyük ola bilməz.

- Geri boylananda heyifsiləndiyiniz məqam...

- Var... İlqardan ayrı qaldığımız beş il.

- Bir göz qırpımı deyilən anı yaşamaq imkanınız var...

- Onun yanında olmaq istərdim...

SÖZARDI: Bütün şəhid xanımları bir-birinə bənzəyir... Fərqli olan bir həyat hekayəsidir ki, onları dinləmək o qədər də asan deyil. Amma biz onları dinləyib, qələmə almağa borcluyuq. Ona görə ki, yarımçıq bu talelərin haqqı boynumuzdadır.

Tamilla M-ZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see148

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see140

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see140

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see135

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see131

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see130

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see127

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see127

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see125

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see120

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see120

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see119

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see118

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see117

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see114

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see113

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see111

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri