Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

İran rejimi legitimliyini itirir ŞƏRH

525ci qəzet Şərəflə yaşanan ömür Tanınmış hüquqşünas Adil Minbaşının 75 illik yubileyinə

525ci qəzet Şərəflə yaşanan ömür Tanınmış hüquqşünas Adil Minbaşının 75 illik yubileyinə

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Doğma Cəbrayılımızın, mübağiləsiz deyərdim ki, bütöv xalqımızın ən dəyərli, ən ləyaqətli, ən dürüst, ən alicənab, ən təmiz qəlbli, ən sadiq, ən səxavətli... insanlarından biri olan Adil Minbaşının 75 illik yubileyidir. Bütöv ömrü xeyirxahlığın, mərdliyin, müdrikliyin, ziyalılığın təcəssümü olan, yüksək insani keyfiyyətləri ilə elimizə-obamıza yalnız şərəf gətirən bir İNSANIN yubileyi.

Düşünürəm ki, Adil müəllimin insani dəyərləri haqqında milli azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin bundan əvvəl də qeyd etdiyim və Adil Minbaşı şəxsiyyətinin ümumiləşmiş dəyəri kimi qəbul edilə bilən fikirlərini xatırlatmaq yerinə düşər: "Adil bəy, sənin həyatın, hayata baxışın, mənəviyyatın bir müdrik insan ömrü yaşadığını göstərir. Dədə-babalarının həqiqi varisi kimi qan yaddaşı ilə axıb gələn ağlın, ləyaqətin, vüqarın, nəslən gələn bəy əxlaqın səni seçilən simalardan birinə çevirmişdir... Adil Minbaşıyevi inkar etmək, onu qəbul etməmək olmaz".

Adil müəllimin ölkəmizin ictimai-siyası həyatındakı fəal iştirakı faktı onu yaxından-uzaqdan tanıyan hər kəsə yaxşı məlumdur. Onun 75 illik ömrü bəzilərinə göründüyünün əksinə olaraq çətinliklərlə, əziyyətlərlə, mübarizələrlə dolu olub. Məlumdur ki, keçmiş sovet rejimi zamanında həqiqəti, ədaləti qorumaq heç də asan deyildi. Burada ibrətamiz bir hadisəni yada salacağam.

Ermənistan-Azərbaycan münaqişəsinin əvvəllərində Adil Minbaşı Xanlar rayon Məhkəməsinin sədri vəzifəsində işlədiyi zamanlar Ermənistandan qovulmuş qaçqın soydaşlarımızın ailələrindən bir qrupu bu rayonu tərk etmiş ermənilərin evlərində yerləşdirilmişdi. Moskvanın istənilən göstərişinə müticəsinə itaət edən respublika Kommunist Partiyası Mərkəzi Komitəsi həmin ailələri məskulaşdıqları evlərdən çıxarmaq göstərişini vermişdi. Rayon partiya komitəsinin birinci katibi büro səviyyəsində bu göstərişin qeyd-şərtsiz yerinə yetirilməsini tapşırmışdı. Elə bir dövr idi ki, kimsə birinci katibin tapşırığına qarşı çıxmağa cürət belə edə bilməzdi. Amma belə oğullar varmış! Adil birinci katibə qəti şəkildə "Mən bu işə yol verməyəcəyəm" deyə bildirmişdi. Bundan sonra o, Moskva və Bakının ciddi təzyiqlərinə baxmayaraq, üç ay ərzində rayon partiya komitəsi qarşısında fasiləsiz etiraz aksiyası keçirən, birinci katibi işə buraxmayan, komitənin fəaliyyətini iflic edən əhalinin dəstəyi ilə dediyinə əməl etmişdi. Olduqca çətin və təhlükəli həmin zamanlarda o, rayonda yaradılmış komendatlıqla, hətta həyatını riskə atmaqla erməni saqqallı silahlılarıyla birbaşa danışıqlardan belə çəkinməmişdi. Bundan sonra o, sovet quruluşu dövrü üçün görünməmiş bir addımıyla ölkə ictimaiyyətini heyrətə gətirmişdi: respublika və rayon rəhbərliklərinin qeyri-konstruktiv, xalqın iradəsinə zidd fəaliyyətlərinə etiraz əlaməti olaraq buna qədər ölkədə baş verməmiş jest etməklə məhkəmə sədri kimi yüksək bir vəzifədən istefa vermişdi. Bu, Adil Minbaşı cəsarətinin nümayişinin yeganə nümunəsi deyil. Sovet quruluşu çökəndən və Azərbaycanın öz müstəqilliyini qazandığından sonra ölkəmizdə gedən müxtəlif siyasi oyunlara qarışmaq istəməyi üçün baş dövlət müaviri rütbəsinə malik olan Adil Minbaşı Ədliyyə Nazirliyinin mühüm əhəmiyyətli idarəsinin rəisi, Azərbaycan Hüquqşünaslar İttifaqı sədrinin birinci müavini və başqa vəzifələrindən istefa vermiş, bir sıra yüksək vəzifələrə təyinat barədəki təkliflərdən imtina etmişdi.  

Peşəkar hüquqşünas, dərin biliyə, böyük erudisiyaya malik bir insan olan Adil müəllim cəmiyyətin ən müxtəlif maraqlarına xidmət edən sahələrdə həmişə öz töhfəsini verməyə can atmışdır. Misal kimi bir faktı qeyd etmək kifayətdir. O, sovet quruluşunun çökməsindən sonra müstəqilliyini qazanmış ölkənin son dərəcə ağır iqtisadi durumda olduğu bir şəraitdə 368 nəfər azərbaycanlı gənci təhsil almaq üçün təmənnasız Türkiyəyə göndərməyə nail olmuşdu.

Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi dövründə Cəbrayılda yaranmış kritik vəziyyət zamanı A.Minbaşı rayona davamlı olaraq hərtərəfli köməklik göstərmişdi. Silah-sursatın qıtlığı şəraitində o, Cəbrayıl döyüşçüləri üçün 14 avtomat və başqa silahlar göndərmişdi. Bundan sonra biz 14 kəndi silahlı erməni quldurlarından təmizləmişdik.  

Adil Minbaşı həm də dövlət qurumlarından və siyasi təşkilatlardan heç bir asılılığı olmayan ilk müstəqil mətbu orqanlarının - "Ədalət" və "Femida" qəzetlərinin yaradıcısıdır. Yenicə müstəqillik qazanmış və iqtisadi cəhətcə hələ çox zəif olan Azərbaycanda bu, asan məsələ deyildi. Üstəlik, Adil müəllim bu nəşrlərin maddi yükünü də öz çiyinlərinə götürmüşdü. Sonralar isə həmin mətbu orqanları qəzetlərin kollektivlərinə bağışlamışdı.  

Adil Minbaşı ilə dostluğumuzun az qala 60 illik tarixi var. Onun bütün yüksək fərdi keyfiyyətlərinə özüm qədər bələdəm və bu baxımdan, əminliklə deyə bilərəm ki, yuxarıda sadalananlar onların cüzi bir hissəsidir.

Heç şübhəsiz, bu yüksək insani keyfiyyətlər həm də onun ləyaqətli soykökünə mənsubluğundan irəli gələn bir amildir. Necə deyərlər, ot kökü üstündə bitər. O, təkcə Cəbrayılda yox, bütöv Qarabağda, Azərbaycanda tanınmış, sanballı, hörmət-izzət sahibi olmuş İskəndər bəy Sadıq bəy oğlunun nəvəsidir.       

Onu tanıdığım bu uzun illər ərzində harada olmasıından, hansı vəzifə tutmasından asılı olmayaraq hər zaman Adil Minbaşının ailəmiz də daxil imkansız, yardıma ehtiyac duyan insanların yanında olduğunun, onlara dayaq durduğunun canlı şahidiyəm. Qeyd etməyə bilmərəm ki, Cəbrayılın Ermənistan tərəfindən işğalı zamanı yeganə ümid yerim olan Adilin yanına pənah gətirmişdim. Ailəmin məskunlaşması məsələsindən başlamış mənim və yoldaşımın işlə təminatı, böyüklü-kiçikli bütün problemlərimizin həlli onun yüksək qayğısı sayəsində həllini tapmışdır. Ən təqdirəlayiqi isə odur ki, o, bunları bizdən xəbərsiz, kiminsə müraciəti olmadan, öz istəyi ilə eləyirdi. Adilin hətta heç tanımadığı, üzünü belə görmədiyi bir çox adamlara necə kömək etdiyi, onlara yardım əli uzatdığı ilə bağlı saysız-hesabsız faktlar sadalaya bilərəm. Və bütün bunlar Adil Minbaşının Vətəni, el-obası, cəmiyyətimiz üçün elədikləri və heç zaman dilinə gətirmək belə istəmədiyi böyük işlərin, xeyirxahlıqların cüzi bir hissəsidir.  

Yenicə tamamladığın 75-ci yubiley yaşın mübarək, alicənab insan, doğma Cəbrayılımızın dəyərli yetirməsi, əziz qardaşım Adil! Allah sənə möhkəm cansağlığı və uzun ömür versin. Elə bir ömür ki, arzusunda olduğun işlərin hamısını həyata keçirə biləsən!

Ən xoş arzularla,

Qədir NƏSİROV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri