525ci qəzet Tbilisidə etiraz aksiyası 44 nəfər yaralandı
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünən Tbilisidə keçirilən etiraz aksiyası zamanı 44 nəfər xəstəxanaya yerləşdirilib.
525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Onlardan 27-si etirazçı, 16-sı hüquq-mühafizəçi və 1-i jurnalistdir.
Qeyd edilir ki, zərərçəkənlərdən bəziləri tibbi müəssisələrdən ayrılıb, bəziləri isə həkimlərin nəzarəti altında klinikada qalır.

