Icma.az
close
up
RU
525ci qəzet Təhsil kreditlərindən istifadənin əhatə dairəsi daha da genişlənib

525ci qəzet Təhsil kreditlərindən istifadənin əhatə dairəsi daha da genişlənib

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 173 məzunun təhsil kreditinin tam yarısı bağışlanılıb. Təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanan vəsaitin ümumi məbləği təqribən 444 min manat təşkil edib. Kreditlərdən yararlanan 6 min 500-dən çox tələbə məzun olduqdan sonra götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə artıq geri ödəməyə başlayıb. Bundan başqa, sosial təhsil tələbə krediti (TTK) alan 173 tələbənin Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək oduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən bağışlanıb. 400-ə yaxın standart TTK alan məzunda isə bu güzəşt 25 faiz təşkil edib.

Təhsil Tələbə Krediti Fondunun İdarə heyəti sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov deyir ki, Azərbaycanda 23 ailədə həm valideyn, həm də övladına təhsil krediti verilib. Bütün bölgələrdən müraciətlər olur: "Ən ucqar rayondan belə təhsil kreditlərinə müraciət var".

B.Əzimovun sözlərinə görə, 23 ailədə valideyn və övladlar da daxil olmaqla, ümumilikdə 69 nəfərin, 1069 ailədə isə 2 nəfərin, yekun olaraq 2 min 318 nəfər tələbə adı qazanaraq təhsil krediti götürüb.

O bildirib ki, Təhsil Tələbə Krediti Fondunun elektron portalına son üç ildə 58 mindən çox müraciət daxil olub. Müraciətlər əsasında 46 minə yaxın tələbənin təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib: "Onların 15 min 813-ü sosial təhsil tələbə krediti (TTK), 29 min 613-ü isə standart TTK-i olub. Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb".

Qeyd edək ki, Azərbaycanda tələbələrə təklif olunan təhsil kreditlərindən istifadənin əhatə dairəsi genişləndirilib. Artıq ailə başçısını itirməyə görə əmək pensiyası və sosial müavinət alanlar da Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditləri ala biləcəklər. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Dəyişikliyə əsasən, hər iki valideynini itirən şəxslərlə yanaşı, digər qanuni nümayəndələrini itirənlər də təhsil tələbə kreditindən yararlana biləcəklər. Bu kateqoriyaya, həmçinin bir valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Prezidentin təqaüdünü alan şəxslər, eləcə də bir valideyni müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması növlərində cəza çəkən, digər valideyni bu Qaydada qeyd olunan kateqoriyalardan hər hansı birinə aid olan şəxslər də şamil edilir.

"Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nda bir sıra əlavə və dəyişikliklər edilməsi çox müsbət haldır. Məlum olduğu kimi, yeni qərara əsasən, "ailə başçısını itirməyə görə əmək pensiyası alan" valideyni olan tələbələr, "bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan" tələbələr, "bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan" tələbələr, tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr ilə yanaşı, bundan sonra əlavə olaraq "ailə başçısını itirməyə görə sosial müavinət alan" tələbələr də bu güzəştdən istifadə hüququ əldə edəcək. Qeyd edilən daha dörd yeni sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala bilməsi çox təqdirəlayiqdir.

Bəhruz Əzimov bildirib ki, Fondun vəsaiti hesabına kreditlərin verilməsi Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən Qaydaya əsasən elektron sistem tərəfindən həyata keçirilir. Çox asan formada baş tutan müraciətdən sonra emal prosesi başlayır. Əsasən sosial həssas qrupların inteqrasiya olunmuş bazalardan statusları yoxlanılır və nəticə etibarı ilə müraciətçiyə sosial, yoxsa standart kreditin veriləcəyi müəyyənləşdirilir, yaxud imtina cavabı verilir. Qərar barədə məlumat tələbənin müraciət üçün yaratdığı şəxsi kabinetində əksini tapır, eyni zamanda tələbənin ərizə-bəyənnamədə göstərdiyi telefon nömrəsinə SMS göndərilir. 2024-2025-ci tədris ilinin payız semestri dövrü üçün müraciətlər başlayıb. Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul olunan tələbələrin ali təhsil müəssisələrinə qeydiyyatı başlayandan elektron sistem də açıqdır. Sistemi iyulun 9-dan açdıq ki, bu il qəbul olunan magistrlər kredit hesabına qeydiyyat prosesini tamamlaya bilsinlər. Avqustun 26-dan isə bakalavr təhsil səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. Yeni qəbul olunanların qeydiyyat prosesi sentyabrın 6-da tamamlandı. Amma payız semestri üçün müraciət dövrü 2025-ci il fevralın ortalarınadək davam edəcək: "Kredit barədə əvvəl qərar verə bilməyib, sonradan fikrini dəyişənlər, yaxud bu layihə barədə gec xəbər tutanlar kreditdən faydalanmaq şansını itirməsin deyə, sistemi açıq saxlayırıq. Fürsətdən istifadə edərək demək istəyirəm ki, öz vəsaiti ilə qeydiyyatdan keçən, yaxud təhsil haqqını ödəyənlər belə sessiya dövrünün sonuna qədər müraciət edib kredit ala bilərlər".

Təhsil tələbə kreditlərinin vətəndaşın maliyyə sabitliyi və rifahına qatdığı dəyər barədə də danışan Bəhruz Əzimov bildirib ki, təhsil tələbə kreditlərindən istifadənin bütün fərdlərə şamil olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi ailələrin maddi rifahına şübhəsiz ki, müsbət təsir göstərən amildir: "Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı ilkin mərhələdə vətəndaş sorğuları aparanda ən çox qərəzli mövqeni qız övladları olan valideynləri göstərmişdilər. Belə ki, onlar qız övladlarının ödənişli təhsilə qəbul olduqda, təhsil kreditləri hesabına oxumalarına mənfi rəy bildirirdilər. Lakin sevindirici haldır ki, təhsil kreditlərinin verilməyə başladığı 2021-ci ildən etibarən ondan yararlanan tələbələrin gender bölgüsündə qızların üstünlük təşkil etdiyini görürük. Bu hal valideynlərin streotiplərinin qırıldığının və qız övladlarını ödənişli qəbul olduğu halda təhsilə yönəltmələrinin göstəricisidir".

Bəhruz Əzimov vurğulayıb ki, hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. İndi yalnız Azərbaycan vətəndaşı olan tələbələr üçün kreditlər nəzərdə tutulub. Gələcəkdə xarici vətəndaşlara kredit verilməsinin mümkünlüyünü şərtli olaraq zaminliklə əlaqələndirib: "Bu kreditlər yalnız Azərbaycan vətəndaşları üçün ayrılır. Gələcəkdə, zaminlik şərti ilə xarici vətəndaşlara da kredit verilməsi ehtimalı ola bilər, amma bu məsələ ilə bağlı indiyə qədər heç bir dəyişiklik yoxdur".

Bundan başqa, qiyabi təhsil alan tələbələr üçün təhsil krediti ayrılması planlaşdırılmır. Əzimov bu tələbələrin əmək fəaliyyəti ilə məşğul olmaq imkanına sahib olduqlarını nəzərə alaraq belə bir qərarın hələ ki, mövcud olmadığını bildirib: "Qiyabi təhsil alanlar üçün təhsil krediti ayrılması məsələsi Şuranın iclasında müzakirə ediləcək və Maliyyə yükü hesablanacaq".

Məlum olduğu kimi, ailə başçısını itirməyə görə əmək pensiyası və sosial müavinət alanlar da Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditləri ala biləcəklər. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Dəyişikliyə əsasən, hər iki valideynini itirən şəxslərlə yanaşı, digər qanuni nümayəndələrini itirənlər də təhsil tələbə kreditindən yararlana biləcəklər. Təhsil kreditinin qaytarılması zamanı bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş güzəştlərin tətbiq edilməsi elektron sistem vasitəsilə aşağıdakı qaydada həyata keçirilir: 7.5-1.1. borcalanın normativ təhsil müddətində bütün tədris semestrləri (yarımillər) üzrə elektron sistemə daxil etdiyi ÜOMG-si (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı) barədə məlumatlarını təhsil müəssisəsinin məsul şəxsi gücləndirilmiş elektron imza ilə təsdiqləyir. Fond elektron sistem vasitəsilə əldə etdiyi məlumatları nəzərdən keçirərək üç iş günü müddətində bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş güzəştin tətbiq edilməsinə dair qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün elektron sistemə ötürülür və tələbənin "Şəxsi kabinet"ində yerləşdirilir. Müvəkkil bank bu Qaydanın 7.5-1.2-ci yarımbəndində qeyd olunan məlumatları elektron sistem vasitəsilə əldə etdikdən sonra 3 (üç) iş günü müddətində borcalan ilə bağlanılmış kredit müqaviləsində müvafiq dəyişikliklər edilir və bu dəyişikliklər elektron sistemə ötürülür.

Təhsil eksperti Elşən Qafarov deyir ki, Təhsil Tələbə Kredit Fondu Azərbaycanda iki ilə yaxındır ki, fəaliyyətdədir: "Bu müddətdə sosial vəziyyəti zəif olan ödənişli əsaslarla oxuyan tələbələrin təhsilinə böyük töhvələr verib. Prezidentin sərəncamı ilə ilk olaraq 80, daha sonra 12 və 18 milyon vəsait ayrıldı. Bu isə iki istiqamət üzrə təşkil olunur. Onlardan biri də sosial sahədir. Burada əhatəliyin artırılması böyük dəyişiklik yaradacaq. Məsələn, hər il ödənişli qəbul olan təxminən iki mindən çox tələbə təhsil ala bilmirdi. Bu fond təsis olunduqdan sonra tələbələrin bilik nailiyyətlərində yüksəliş müşahidə edilir. Çünki  təhsilini əla qiymətlərlə bitirənlərə kredit verilir. Həmçinin, bu Azərbaycan gəncinin təhsil almaq hüququnun təmin edilməsi naminə çətinlikləri aradan qaldırır. Yeni qərar təqdirəlayiqdir. Fikrimcə, dəyişiklikdən sonra, daha çox tələbə bu fürsətdən yararlana biləcək.Tezliklə isə Nazirlər Kabinetinin tələbələrin yataqxana, nəqliyyat xərclərinin verilməsinə dair qərarı səbirsizliklə gözləyirik".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Yanvar 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see185

Yaşı 40 dan yuxarı olan şəxslər üçün XOŞ XƏBƏR

10 Aprel 2025 21:06see164

Dünyanın ən güclü dövləti... Prezident

09 Aprel 2025 11:57see130

Türk dövlətləri Canubi Kiprdə niyə səfirlik açır?

09 Aprel 2025 18:08see130

Kadırov polisə hucum edən şəxsin atasını və qardaşlarını ölkədən qovdu

09 Aprel 2025 12:10see125

Çinli hərbi əsirləri yalnız onlarla dəyişəcəyik Zelenski şərtlərini bildirdi

10 Aprel 2025 00:06see125

Hərbi gəmilərin Panamadan sərbəst keçidi üçün... Heqset

10 Aprel 2025 00:18see122

Bu simptomlar xərçəngdən xəbər verə bilər

10 Aprel 2025 01:56see119

İtaliya klublarının hədəfindədir

10 Aprel 2025 20:56see118

Osteoartritin inkişafına səbəb olan risk faktorları…

10 Aprel 2025 22:07see115

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see114

ABŞ ÇİN ARASINDAKI TİCARƏT SAVAŞI KƏSKİNLƏŞDİ Tramp elə qərar verdi ki...

09 Aprel 2025 23:50see114

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see113

Hökmdarlar olmadan çiçəklənən qədim yaşayış məskəni..?

09 Aprel 2025 23:06see112

“Qızıl top”un sahibi qovuldu

10 Aprel 2025 03:51see110

Kreditlə alınan xoşbəxtlik uçuruma aparır? Toydan sonra illərlə borc ödəyirlər

10 Aprel 2025 22:02see110

İmamoğlu həbsxanadan bunları yazdı FOTO

10 Aprel 2025 21:47see110

Zelenski mineral sazişi ilə bağlı texniki danışıqların keçiriləcəyi tarixi açıqladı

09 Aprel 2025 23:49see107

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see107

PSJ nin 55 milyon avroluq hesabı Mbappeyə olan borcuna görə donduruldu

10 Aprel 2025 21:17see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri