Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

525ci qəzet Unudulmaz Ceyran xanım Ulduz Qasım yazır

525ci qəzet Unudulmaz Ceyran xanım Ulduz Qasım yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ulduz QASIM
Yazıçı-publisist, Moskva

Mən onların - sevdiyim və hörmət etdiyim o gözəl inasanların barəsində illər öncə, yəni universitetdə oxuduğum dönəmlərdə də yaza bilərdim. Özü də bundan da geniş, bundan da həvəslə yazardım. Həm də yazılarım bundan da çox oxunardı, bundan da populyar olardı...

Ancaq bəzi ağzıgöyçəklər var. Niyəsə yazdığımı düşünərdilər. Mən də çox qürurlu insanam. Bunu qəbul edə bilməzdim. Öz xarakterimi bilirəm. Ona görə indiyə saxladım ürək sözlərimi. Olsun, onların oxumağı şərt deyil. Əsas odur ki, mən onları unutmamışam və unutmaram. Daim sevgiylə, sayğıyla, hörmətlə anıram, yad edirəm.

Həmişə xatirimdə olan insanların barəsində ürək sözlərimi deməyi düşünmüşəm. Mən nə o illəri unuda bilərdim, nə də o insanları. Bəlkə də Allah məni bu cəhətdən şanslı yaradıb. Heç oxuduğum zamanda pis müəllimə rast gəlmədim. Ən əzazil, ən çətin dedikləri müəllimlərdən həmişə yaxşı qiymətlər aldım. Hamısıyla da hörmətli, sayğılı oldum. Hər zaman da bir fikri yadımdan çıxarmadım: zəhmət çəkmək lazımdır, belə olanda, bəhrəsini də görürsən...

Bəzən elə olub ki, gecə saat üçə qədər oturub dərs hazırlamışam, kitabxanalardan çıxmamışam. Bəzən ağlamışam da. O qədər ədəbiyyat verirdilər ki, oxuyub çatırmaq da olmurdu. Nə bilim, antik ədəbiyyat, Azərbaycan ədəbiyyatı, rus ədəbiyyatı, dünya ədəbiyyatı, daha nələr-nələr...

Hətta bəzən fikirləşmişəm: nədən belə çətin yerdən yapışmışam, çıxıb gedəcəyəm... Ancaq sonra yenə həmin qaydada davam etmişəm. Bunun üçün də ömrümün qızıl illərinin qızıl əyarlı insanlarına borcluyam, ehtiramla, sayğıyla anıram hər birini.

O gözəl insanlardan, gözəl müəllimlərdən, qızıl əyarlı insanlardan biri də rəhmətlik Ceyran xanımdır - çox tez dünyasını dəyişən Ceyran xanım - Ceyran Əbdürrəhimova...

Qəribə xasiyyəti vardı Ceyran xanımın. Elə ciddi qadındı, elə sakit dayanırdı ki, adamdan razı olub-olmadığını bilmirdin. Sanki hər hərəkətini, hər emosiyasını misqalla ölçürdü. Mən onu anlayırdım, gözəl ürəyi olduğunu hiss edirdim. Gözləri o qədər aydın və təmizdi ki, onu başa düşmək olurdu... Bəzən xəfif gülümsəyirdi. Diqqət etmişdim, belə olanda bilirdim, razı qalıb...

Ceyran Əbdürrəhimova 1937-ci il oktyabr ayının 3-də Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. Böyük kimyaçı alimin yanında böyüsə də, onun qanından olsa da,  tərbiyəsini alsa da, içində başqa arzular yuva salmışdı. Bacısı, kimyaçı alim Heyran xanımdan fərqli olaraq o, ədəbiyyata, jurnalistikaya vurğun idi. Söz sənəti, söz dünyası onu da öz sehrinə salmışdı, başqa səmtə üz çevirməsinə macal verməmişdi...

Orta məktəbi bitirən kimi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olunmuşdu. 1959-cu ildə universiteti əla qiymətlərlə bitirəndən sonra "Azərbaycan qadını" jurnalında işə başlamış, 1964-cü ildən ADU-nun jurnalistika fakültəsinə gəlmiş, laborantlıqdan professorluğa qədər yüksəlmişdi. Onlarca elmi məqalənin, müxtəlif janrlı yazıların müəllifi idi.

Son kurslarda bizim təcrübə rəhbərimizdi. O qədər ciddi yanaşırdı ki, hər işimizə... Hara getmişik, hansı qəzetdə təcrübə keçmişik, həmin gün hansı işləri görmüşük - hamısını bir-bir izləyirdi, məsləhətlər verirdi.

Mən gündəlik tuturdum təcrübə günlərinə gedəndə, etdiklərimi yazırdım. Bir az da bədiiləşdirirdim. Bir gün gündəliyimə baxdı. Götürdü, oxuyacam, dedi, çox maraqlıdı. Gərək bütün tələbələr belə gündəlik yazalar, onda bilərik nə işlər görürlər, hansı yazıları yazırlar...

Ondan bir neçə vaxt sonra məndən aşağı kursda oxuyan qızlardan biri, Böyükxanım Qasımova mənə yaxınlaşdı. Olar sizinlə danışım, dedi. Danışıqdan məlum oldu ki, məndən yazmaq istəyir. Yazıq qızı danışmağa da qoymadım. Sualları mən verirdim. Niyə yazırsınız, nədən yazırsınız. Bilirsiniz də, jurnalistlər sual verməyi çox sevirlər. Yəqin bu da bizim peşəmizlə bağlıdır. Böyükxanım mənim gündəliyimi Ceyran xanımın onlara nümunə kimi göstərdiyindən söz açdı. Buna görə də bu həvəsə düşdüyünü dedi. Bir həftə sonra onun yazısı qəzetdə çap olundu.

Ceyran xanım belə insan idi. Yüksək tərbiyəli, kübar qadındı. Çox danışmağı da sevməzdi. Heç kimin nə iş gördüyünü, əməyini unutmurdu. Hamının qiymətini doğru-düzgün verirdi. Tale elə gətirdi ki, universiteti bitirəndən sonra onu bir daha görmədim. Gündəliyimi də götürə bilmədim. Oxuyan zamanı soruşdum, dedi ki, onu qəzetçilərə nümunə kimi göstərirəm. Qoy bilsinlər, necə həvəslə təcrübə keçmək lazımdır yaxşı jurnalist olmaq üçün...

Universiteti bitirəndən iki il sonra Bakıya gedəndə tələbə yoldaşlarımın biriylə qarşılaşdım. Dedi ki: "O gün Ceyran xanımı gördüm, səni soruşurdu. Deyirdi ki, nədənsə imzasını görmürəm mətbuatda. Sənin Moskvada yaşadığını dedim. Nədənsə, heyifsiləndi".

Bilmirəm, bəlkə də yaradıcılığımla maraqlanıb, niyə yazmamağım onu narahat edib. Bax, budur gözəl və həqiqi olan, öyrətdiyi tələbəylə daima maraqlanmaq, izləmək. Bu, bir vəfadır, insanlıq aktıdır.

Nəsə...

Mənsə onu həmişə xatırlayıram. Elə bilirəm, fakültənin dəhliziylə sakit-sakit, qürurla addımlayır. Və bizi görəndə, salamlaşır, xəfifcə gülümsəyir...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16174

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see946

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see247

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see210

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see163

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see134

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see132

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see130

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see124

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see123

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see122

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri