Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

525ci qəzet Qarabağ sevdalısı Ulduz Qasım yazır

525ci qəzet Qarabağ sevdalısı Ulduz Qasım yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ulduz QASIM
Yazıçı-publisist, Moskva

İnsanlar bu dünyadan köçüb gedirlər - kimisini heç xatırlamırsan, elə həmin gün unudursan, elələri də var ki, heç zaman xatirəndən silinmir. Hörmətlə, sayğıyla anırsan, rəhmət oxuyursan. Məncə unudulmamaq həmin insanların öz xeyirxahlığı, gözəlliyi, tərbiyəsi, qoyub getdikləri xoş əməlləridir...

Müəllimimiz olsa da, onunla təhsil aldığım universitetdən – o vaxtkı Azərbaycan Dövlət Universitetindən kolxozçulara köməyə getdiyimiz ildə daha yaxından tanış oldum. Axşamlar müəllimlər bizimlə söhbətlər edir, vəziyyətimizlə maraqlanırdılar. Bir axşam rəhmətlik müəllimiz Famil Mehdi - Famil müəllim kimin poeziyayla maraqlandığını soruşdu. Bəlkə də özü qəsdən bu söhbəti saldı ki, içimizdə yazanları öyrənsin.

Bizim Sevda da - qrup yoldaşım Sevda Məmmədli durub mənim bir şeirimi oxudu. O şeirim “Azərbaycan gəncləri” qəzetində mən onuncu sinifdə oxuyanda dərc olunmuşdu. Famil müəllim Sevdanı çox təriflədi. Nə yaxşı yoldaşsan, dedi. Rəfiqənin şeirini əzbər bilirsən. Sonra da mənimlə danışdı xeyli. Hansı bölgədən olduğumla, nə zamandan şeir yazdığa başladığımla maraqlandı. Biləndə ki, Cəbrayıl rayonundanam gülümsədi:

- Deyirəm axı, Qarabağ torpağının yetişdirməsisən. O torpaq çox istedadlar gətirib dünyaya. Bəs niyə mənə deməmisən poeziya ilə maraqlandığını? Utancaq olmaq yaxşı əlamətdir, qızlarımız, qadınlarımız üçün. Elə kişilərdə də olsa, pis olmaz. Ancaq, baxır harda. İstedadı inkişaf etdirmək, irəli aparmaq lazımdır. Onu boğmaq, gizləmək günahdır. Bunu yadından çıxarma...

Sonra da bir çətinliyim, məsləhətə ehtiyacım olsa, yanına gəlməyimi tapşırdı. Elə həmin günlərdə onun nə qədər sadə, qayğıkeş, gözəl insan olduğunu öyrəndim. Doğrudur, heç zaman belə bir iş üçün yanına getmədim. Ehtiyac olmadı, bəlkə də utandım...

Lakin o məni dəhlizdə görəndə vəziyyətimi, köməyə ehtiyacım olub-olmadığını soruşurdu.

O da gözəllər-gözəli, istedadlar yetişdirən, ruha qida verən, əzəmətli dagları, barlı-baratlı bağlarıyla dünyada tanınan Qarabağda doğulmuşdu. 1934-cü ildə Ağdamın Sarıcalı kəndində. Onun da bir istedad kimi yetişməsində Qarabağ torpağının suyunun-çörəyinin mayası vardı.

Min hava çalınır könül tarımda,

Dünyanın nə çoxu, nə azıyam mən!

Fəsillər görüşür duyğularımda,

İlin həm qışıyam, həm yazıyam mən!

Anam Qarabağın, Milin, Muğanın,

Siz də mənim kimi eşqilə yanın.

Başına döndüyüm Azərbaycanın,

Dəli Kürüyəm mən, Arazıyam mən!

Dinlə "Çahargahı", eşit "Qatarı",

Könül dünyamızın sərvəti, varı.

Ələsgərin sazı, Qurbanın tarı,

Cabbarın, Seyidin avazıyam mən!

Öz tarixi vardır dağda qarın da,

Ürəkdə eşqin də, etibarın da.

Qədim Qobustanın qayalarında,

Pozulmaz, silinməz bir yazıyam mən!

Familəm, həmişə yanmaqdır peşəm,

Can deyən gözələ canan demişəm.

Bu yolda sevinc də, qəm də yemişəm,

Bir daha demərəm tamarzıyam mən!

Bəli, Qarabağdan ilham alan şairdi Famil Mehdi. Azərbaycanın bütün gözəlliklərinə, torpağna aşiq insandı. Torpağının gözəllikləri, sərvəti onun ruhuna qida verirdi. Təkrarlanmaz gözəlliklərə malik olan, səsiylə, avazıyla dünya şöhrəti qazanan musiqimiz, onu tanıdanların eşqi-avazı şairi hər daim irəli çağırır, ilham mənbəyinə çevrilirdi...

Tək bir şeirdə insanın əlindən tutub, bütün Azərbaycanı gəzdirir. Dağların başına qaldırıb, bu gözəl ölkənin hər bucağını göstərir. Onun musiqisinin, avazıyla dünya şöhrəti qazanmış insanlarını, tarixinin qədimliyini oxucusuna tanıdır. Budur şairlik, budur istedad...

Onun gözəl və sadə insan olduğunu indi də tələbələri, müəllim yoldaşları yaddan çıxarmırlar.Bakı Dövlət  Universitetinin jurnalistika fakültəsinin professoru, suallarımla yoduğum hörmətli Akif Rüstəmovun dedikləri: “Dekabrın 25-də şair, publisist, professor, pedaqoq, jurnalist Famil Mehdinin 90 yaşı tamam oldu. "Min hava çalınır könül tarımda, dünyanın nə çoxu, nə azıyam mən! Famil Mehdi respublikada publisistikanın elmi-nəzəri əsaslarını yazan alimdir. Famil müəllim çox mehriban, qayğıkeş insandı.Bir müəllim kimi fakültədə sayılıb-seçilirdi. Tələbələr indinin özündə də onun kitablarından istifadə edirlər. Kafedra müdiri kimi hər bir müəllimin qayğısına qalırdı, gənc müəllimlərə məsləhət verməyi özünə borc bilirdi. Kafedra müdiri kimi dərslərdə oturur, məsləhətlər verirdi. Növbə Nəsir İmanquliyevə çatdıqda dedi ki, ayıbdı, gedim ağsaqqal müəllimin dərsində oturum, biz ondan öyrənməliyik. Bir sözlə, indinin özündə də onun yeri görünür. Heç yadımdan çıxmır, Xocalı işğal olanda onun ağladığını gördüm, kaş Qarabağın azad olduğu günü görəydi”.

Famil Mehdi mənim diplom rəhbərim olub. Bundan əvvəl yazdığım yazıların birində demişdim bu barədə. Məni çağrıb dedi:

- Hə, görək necə göstərəcəksən özünü. Sənə yeni, indiyə qədər yazılmayan bir mövzu verəcəm. Jurnalistikanın inkişafı üçün yaralı olacaq. Qoy, səndən sonra gələnlər də bundan sonra bu mövzuya müraciət etsinlər. Ancaq, ilk olaraq sən yazacaqsan. Sənə güvənirəm...

Mövzu “Ədəbiyyat və incəsənət” qəzetində dəyirmi stol arxasında söhbətlər”idi. Çox düşündüm, çox araşdırdım. Çünki heç bir ədəbiyyat yoxdu bu barədə. Sadəcə arxivdəki qəzetləri oxuyub, nəticə çıxarmaq lazımdı. Doğrusu, xeyli araşdırmalardan sonra yanına gəlib, mövzumu dəyişməsini istədim. O da Tofiq müəllim kimi dedi:

- Bacararsan, sən bacarmasan, başqa kim bacaracaq? İlk addımı atmalısan...

Yenə ilk dəfə dediyi cümləni təkrar etdi: "Sənə güvənirəm"...

Və mən nə qədər çətin olsa da onun məsləhətləriylə, uzun araşdırmalardan sonra diplom işimi yaza bildim. Əla qiymətə layiq görülən həmin işimi heç unutmadım. Nə də gözəl insan olan Famil müəllimin istedadlı şair olduğu kimi, istedadlı bir müəllim olmağını da...

Famil müəllim də Qarabağ sevdalısı, Qarabağ vurğunuydu. Bu əvəzsiz torpaqların işğalı onun da qəlbini çox sıxır, incidirdi. Heyif ki, torpaqlarımızın azad olunmasını görə bilmədi. Ancaq bilirsiniz, belə insanların bəlkə də bu dünyadan tez köçməsinin ən başlıca səbəblərindən biri də oranı tez görməkdi... Ruhlarının vətən torpağına tez qovuşmasıdı. Bilirəm ki, gözəl, sadə, mehriban insan, istedadlı şair, müəllim Famil Mehdinin ruhu indi şaddır. Çünki onun ruhu Qarabağın azad torpaqlarını seyr edir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri