Icma.az
close
up
RU
525ci qəzet Xaricdə təhsillə bağlı Dövlət Proqramı daha çox istiqaməti əhatə edəcək

525ci qəzet Xaricdə təhsillə bağlı Dövlət Proqramı daha çox istiqaməti əhatə edəcək

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, 2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.

Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər.  Siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə isə 3094 proqram yer alır.

Siyahıda yer alan ali təhsil müəssisələrindən 15 prioritet ixtisas sahəsi əsas götürülməklə doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına doktorantura səviyyəsi üzrə müraciət edə bilərlər.

Namizədlər, eyni zamanda, 2025-ci ilin "Times Higher Education" və "QS World University Rankings" reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahələri üzrə bakalavriat, magistratura və doktorantura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.

Mədəniyyət və incəsənət sahəsi üzrə də nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.

Qeyd edək ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub ki, 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib ki, ötən ildən fərqli olaraq bu il xaricdə təhsil üzrə dövlət proqramına yeni ölkə və universitetlər əlavə olunub. Bura Asiya ölkələri, İrlandiya, Birləşmiş Ərəb Əmirliklərinə aid olan nüfuzlu universitetlər daxildir. Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır: "Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində yer alan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər. Nəticə etibarilə siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə 3094 proqram yer alır. Siyahıda yer alan ali təhsil müəssisələrindən 15 prioritet ixtisas sahəsi əsas götürülməklə doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına doktorantura səviyyəsi üzrə müraciət edə bilərlər. Namizədlər, eyni zamanda, 2025-ci ilin "Times Higher Education" və "QS World University Rankings" reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahələri üzrə bakalavriat, magistratura və doktorantura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər".

O bildirib ki, mədəniyyət və incəsənət sahəsi üzrə də nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.

Təhsil eksperti Kamran Əsədovun dediyinə görə, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın icrası zamanı yeni dövrün prioritet ixtisas sahələrinə üstünlük verilir. Məsələn, informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, təhsil, dövlət idarəetməsi, ictimai səhiyyə, iqtisadiyyat və sair. Nəzərdə tutulan müddətdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin edilir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edir: "Qeyd edim ki, xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə qayda hazırlanacaq. Beynəlxalq fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə magistratura səviyyəsində üstünlük verilir. Sənəddə o da qeyd olunub ki, xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydasında müəyyən ediləcək maliyyələşdirmə mexanizmləri qarşılıqlı məsuliyyət və etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq müəyyən edilir. Qaydada akademik müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək, bu risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı şərtlər müəyyən edilir. Bu da gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı inkişafına töhfə vermələrinə imkan yaradacaq. Təsadüfi deyil ki, ötən illər ərzində respublikamızda insan kapitalının inkişafı ilə bağlı bir sıra dövlət strategiyaları və proqramları reallaşdırılıb".

O qeyd edib ki, dövlət dəstəyi ilə təhsil almağa göndərilən tələbələrin sayı ildən-ilə artır: "Bu, Prezidentin insan kapitalının formalaşmasına verdiyi önəmdən irəli gəlir. Prezident İlham Əliyev Azərbaycanın davamlı inkişafını peşəkar kadrlarla reallaşdırır, gələcəkdə ölkəmizin inkişafı ilə bağlı işləri həyata keçirə biləcək, o yükün altına girə biləcək insanları bu gündən formalaşdırır. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi dövründə bütün mənalarda inkişaf edib. Biz torpaqlarımızın işğalına ölkə başçımızın dəmir yumruğu ilə son qoymuşuq. İndi o torpaqlarda bərpa olunması, infrastrukturun yenilənməsi prosesi gedir. Bu prosesi həyata keçirən insanlar olaraq peşəkar kadrlara ehtiyac duyuruq. Gələcəkdə də peşəkar kadrlara ehtiyac olacaq. Həmin kadrların təminatı bu gün həyata keçirilir. Xatırlayıram ki, ölkə başçımızın qara qızılı insan kapitalına çevirməklə bağlı yanaşması vardı. Bu yanaşma əməli işlərlə öz təsdiqini tapır. Əminəm ki, bizim peşəkar, savadlı kadrlarımız, dünyanın ən nüfuzlu universitetlərində təhsil almağa göndərilən gənclərimiz gəlib Azərbaycanda dövlətimizin inişafına öz dəstəklərini verəcəklər. Azərbaycan bütün mənalarda inkişaf edəcək və dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcək. Bütün bunlar Azərbaycan gəncinin təhsil almaqla bağlı arzularının reallaşmasına dövlət başçımızın dəstəyinin ifadəsidir. Dünyanın fərqli ölkələrində gənclərin nüfuzlu universitetlərdə təhsil almaq arzuları var. Amma bu arzular gerçəkləşə bilmir. Çünki bu universitetlərdə təhsilhaqqı çox yüksəkdir. Tələbələr sosial baxımdan ən həssas və qayğıya ehtiyacı olan təbəqədir. O tələbənin qayğılarını, xərclərini dövlət qarşılayır. Bundan böyük dəstək ola bilərmi? Ona görə də bu, dünyada analoqu olmayan işlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz gənclərə bu, böyük şansı yaradır".

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Vorvik Universitetində magistratura təhsili alan Günel Qasımlı bildirib ki, hazırda Azərbaycanda fəaliyyətin bütün sahələrində rəqəmsallaşma sürətlə tətbiq edilir: "Qeyri-neft sektorunun əhəmiyyətini anlayaraq istərdim ki, Azərbaycanda yeni startaplar yaransın, bu startaplara xaricdən və yerli şirkətlərdən böyük investisiyalar cəlb edək və ölkəmizdə fərqli maliyyələşdirmə mənbələri yaradaq. Xaricdə təhsilimi bitirdikdən sonra Azərbaycanda çoxsaylı vençur kapital fondlarının yaradılmasını istərdim. Bu istiqamətdə ekspert olmaq istəyirəm. Məqsədim ölkəmizdə həyata keçirilən inkişaf strategiyasında yaxından iştirak etmək, Azərbaycandakı startaplara və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir. Bu mövzu ilə əlaqədar bir sıra araşdırma məqalələri hazırlamışam. Bu məqalələri yazarkən gördüm ki, Azərbaycana gələn xarici investorlar daha çox İngiltərə bazarı üçün uyğun olan startapa investisiya qoymağa maraq göstərirlər. Mən də düşündüm ki, bu sahə üzrə irəliləmək istəyirəmsə, təcrübənin əsas mənbəyi olan İngiltərədə təhsili davam etdirim. İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetinə maliyyə və iqtisadiyyat ixtisası üzrə təhsil üçün müraciət etdim. Çox qısa müddət ərzində oradan müsbət cavab aldım. Sonra Azərbaycanda xaricdə təhsil üzrə Dövlət Proqramını İdarəetmə Qrupuna müraciət etdim. Bu il həddindən artıq rəqabətcil mühit olduğu üçün bu proses mənə çətin gəlirdi. Bizim universitetimizdən də 50-dən çox tələbə Dövlət Proqramı çərçivəsində təhsil alacaq. Uşaq yaşlarımdan valideynlərimə deyirdim ki, əgər mən xaricdə təhsil alsam, bu, yalnız dövlət xətti ilə olacaq. Çünki əsas məqsədim xaricdə təhsili yekunlaşdırdıqdan sonra Azərbaycanda biliklərimi paylaşmaq və burada çalışmaqdır. Düşünürəm ki, bu halda daha yaxşı uğur əldə edə bilərəm".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Yanvar 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see209

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see177

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see165

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see141

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see132

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see130

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see123

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see121

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see120

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see118

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri