Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

525ci qəzet Yeni yaradıcılıq zirvələrinə doğru

525ci qəzet Yeni yaradıcılıq zirvələrinə doğru

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həyatda müəyyən bir peşə və sənət öyrənmək, mütəxəssis olmaq üçün məktəbdə oxumaq, təhsil almaq, ən azı müəllim, ustad yanında şagird durmaq, tələbəlik etmək ehtiyacı vardır. Lakin məlumdur ki, bədii yaradıcılıq sahəsində fitri, anadangəlmə bacarıq və qabiliyyət olmadan şair, yazıçı, bəstəkar, aktyor, rəssam... kimi yetişmək mümkün deyil. Olsun ki, bədii təfəkkürlə doğulmuş insan böyüyəndə bu və ya digər səbəbə, təsadüfi şəraitə görə hər hansı bir fəaliyyət sahəsini seçərək və ya taleyin hökmü ilə həkim, pedaqoq, hüquqşünas, mühəndis, elmi işçi, hərbçi, məmur və başqa birisi kimi özünü tanıtsın. Bununla belə, məsələn, əgər yazıçılıq insanla bir doğulmuşsa,  o, tez-gec əlinə qələm götürüb öz mühitində, həyatda, cəmiyyət içində gördüklərini, ürəyindəki hiss və duyğularını, beynindəki fikir və düşüncələrini ağ kağıza köçürməyə, yəni yaradıcılığa başlayacaq.

Belə yaradıcı ziyalılardan biri tanınmış qələm sahibi Novruz Nəcəfoğludur. O, uzun illər dövlət qulluqçusu kimi müxtəlif vəzifələrdə işləməklə zəngin həyat yolu keçib. Novruz müəllimin əmək fəaliyyəti qədər də zəngin ədəbi bioqrafiyası vardır. Novruz Nəcəfoğlu özünü həmişə ədəbi aləmdə məxsusi sözü, yeri olan bir müəllif kimi də təsdiq edib. Onun indiyə qədər çap olunmuş müxtəlif janrlı əsərləri, kitabları ədəbi ictimaiyyət və tənqidi fikir tərəfindən layiqincə dəyərləndirilib. Novruz Nəcəfoğlunun yaradıcılığı haqqında professor İslam Qəribli, yazıçı-publisist Aydın Tağıyev, tədqiqatçı-yazıçı Pərvin Nurəliyeva və başqaları məqalələr yazıb, araşdırmalar aparıblar. 

 Yazıçı, şair və publisist Novruz Nəcəfoğlu (Novruzov) 1954-cü ilin may ayının 2-də Lerik rayonun Zövnə kəndində anadan olub. Lap gənc yaşlarından müxtəlif məsul vəzifələr daşısa da, ədəbiyyata ciddi meyl göstərib, şeir, hekayə, povest və publisistik yazıları ilə müntəzəm olaraq mətbuatda çıxış edib. Yazıçının "Bir qış gününün xatirəsi", "Yollar uzanan gün", "Keçən cavan çağım ola...", "Atüstü bir nağıl", "Bir mən oyaqdım", "Çarəsiz yolçu", "Nağıl adam", "Yuxuya gedib gecə" və digər kitabları maraqla qarşılanıb. "İçimdə bir ocaq var" kitabında şeirləri, "Unudulmazlıq haqqı" kitabında oçerkləri toplanıb.

Novruz müəllimin uşaqlar üçün yazdığı "Nəcəflə üz-üzə", "Ən böyük adam",  "Tufan" və ingilis dilində çap edilmiş "Tural, Humay and Nijat" kitabları balaca oxuculara, onların valideynlərinə, müəllimlərinə gözəl ərmağan olub.

Yazıçının "Çarəsiz yolçu", "Bəmbəyaz keçiddə", "Qaranlıq gecənin səsləri" əsərləri qardaş Türkiyə türkcəsində və daha bir kitabı isə rus dilində nəşr edilib.

Onun yaradıcılığı haqqında Pərvin Nurəliyeva yazır: "Bir neçə il öncə Novruz müəllimin "Yuxuya gedib gecə"  kitabı "Çağdaş nəsrin ustaları" seriyasından - "XAN" nəşriyyatında işıq üzü gördü. Türkiyəli yazıçı-tərcüməçi İmdat Avşar əsəri qısa müddətdə Türkiyə türkcəsinə də çevirdi... kitab qardaş ölkədə nəşr olunub böyük maraqla qarşılandı. Həmin əsərin ilk oxucusu olmağın məmnunluğu içərisində kitaba ön söz yazmışdım. ...Ön sözü 44 günlük Zəfər savaşımızdan öncə yazmışdım. Qəribədir ki, "Ağ qayadan atılan güllə" əsərinin ideyası da, yozumu da özünü doğrultdu. 44 gün içərisində torpağı düşmən tapdağından azad edən oğullar həm də bu cür əsərlərin yetişdirdiyi nəslin nümayəndələridir. Açarlarını, evlərinin sənədlərini qoruyub saxlayan insanların həsrətinə son qoyuldu, Qarabağ zəfəri ədalətin ən təntənəli qələbəsi oldu. Bu mənada, elə Novruz müəllimin də əsərləri yeni gözlə, qalib ovqatı ilə oxunur".

Novruz Nəcəfoğlunun qələmindən çıxan bədii əsərlərinin ən mühüm məziyyətləri onların aktual mövzularda geniş ictimai məzmun, parlaq ideya və sənətkarlıq xüsusiyyətlərinə malik olması ilə şərtlənir. Novruz Nəcəfoğlu gözəl, ürəyəyatımlı, dərin düşüncələrin məhsulu olan lirik şeirlərlə yanaşı, həm də mükəmməl kompozisiyaya və bitkin süjetə malik olan nəsr əsərlərinin də müəllifidir. "Bir qış gününün xatirəsi" kitabına (2010) onun şeir və hekayələri daxil edilib. Kitabın içindəki əsərlərin elə adları, sərlövhələri artıq müəllifin yaradıcılıq məziyyətləri haqqında müəyyən təsəvvür yaradır:

Şeirlər - "Bir qala ziyarəti", "Bir kaha önündə", "Bircə sətir yaz", "Dünya", "Dəfn elə", "Gedib", "Bilmədim", "Lirik lövhələr", "Olacaq", "Bayatılar", "Anamın dilindən", "Yollar", "Zaman və biz", "Xeyli vaxtdır", "Tanrı mənim pənahımdı", "Qorun", "Dördlüklər", "Yuxum ərşə çəkilib", "Sevəcəkmi", "Bağışlasın", "Anam eyvandan baxırdı" və digərləri. Şairin qəzəl, gəraylı və qoşmalarında məhəbbətin insanı kamilləşdirən bir vasitə olması barədə fikir və düşüncələri əksini tapdığından, onlar əsl sənət nümunələrinə çevrilir və oxucunu daxilən, mənən zənginləşdirir. Bu əsərlərdə klassik ədəbiyyatdan və xalq poeziyasından bəlli olan obrazlar orijinal tərzdə təqdim olunur. Novruz Nəcəfoğlunun lirik qəhrəmanı vətənini, millətini, torpağını sevən, xalqın adət-ənənələrinə, onun mədəniyyətinə və tarixinə bağlı olan böyük hərfli Vətəndaş - İnsandır. Novruz müəllimin bu sevgi, istək və arzuları onun şeir yaradıcılığında öz yüksək bədii həllini tapıb.

Hekayələr - "Atamı oğulsuzmu görübsüz?", "Bir qış gününün xatirəsi", "Yuxu", "Bir ana tanıyırdım", "Tənhalıqdan qorxduğum üçün", "Zalım oğlunu öldürürdüm", "Yalan yeriməsə də...", "Yerisənə!", "Səhra gəmisi" və digərləri.

Novruz Nəcəfoğlunun "Çarəsiz yolçu" povesti (2011) isə kənd həyatının rəngarəng çalarlarını özündə əks etdirir. Povestin qəhrəmanları özünəməxsus portret cizgiləri və konkret xarakterləri ilə bir-birindən seçilirlər.

Novruz Nəcəfoğlunun əsərlərindəki obrazlar bizim ətrafımızda olan, gündəlik həyatda gördüyümüz, rast gəldiyimiz real insanlardır. Bu obrazları bizə sevdirən onların hər birinin fərdi xüsusiyyətlərə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə və bədii ümumiləşdirmə gücünə malik olmalarıdır.

Novruz Nəcəfoğlunun bir dövlət məmuru kimi xarici ölkələrə səyahətdən aldığı səfər təəssüratları əsasında yazdığı "Dünya duracaq yer deyil", "Sinqapur - böyük dünya şəhəri, iddialı ölkə", "Eşitdiyim və gördüyüm Yaponiya" publisistik kitabları səfərnamə janrında diqqətəlayiq nümunələrdir.

"Eşitdiyim və gördüyüm Yaponiya" adlı publisistik əsər (2016) ilə bağlı müəllif özü yazır: "Hər dəfə müxtəlif ölkələrə - dəqiqliyi ilə desəm, bundan əvvəl Almaniyaya, İsveçrəyə, Sinqapura, Malayziyaya səfərlərdən qayıdan kimi yol təəssüratlarımı, gördüklərimi əlbəəl, necə deyərlər, isti-isti qələmə almışam. Yaponiyaya səfərimizdən isə aradan uzun müddət keçsə də, nədənsə bu dəfə cib dəftərçəmə əl gəzdirib yaddaşımdakıları ağ vərəqlərə köçürməyə tələsmirdim. Bəlkə də, bu, o səfər təəssüratlarımın zənginliyindən idi ki, sözümü hardan başlayıb harda tamamlamaqda, açığı, çətinlik çəkirdim. Uzaq Gündoğan ölkədə on gün bir yerdə olduğum səfər yoldaşlarım da hər dəfə müxtəlif tədbirlərdə, görüşlərdə üzə vurmasalar da, elə baxışlarından hiss edirdim ki, bundan əvvəlki ölkələrə işgüzar səfərlərdə olduğu kimi, bu dəfə də Yaponiyaya səfərimiz haqqında yazacaqlarımın araya-ərsəyə gəlməyini gözləyirlər".

Belə də oldu və Novruz Nəcəfoğlu daha bir uğurlu səfərnamə ilə oxucularını sevindirdi. 

Yazıçının son illər çap etdirdiyi "Kişilərin ömür yolu" silsiləsindən "Yaddaşıma yazılan gün" ("525-ci qəzet", 26 yanvar 2023, №14, s.12-13.), "Ötən günlər" dəftərindən "Arıtsan sel olar kor bulaqdan..." ("Ədəbiyyat qəzeti", 29 aprel 2023, № 16, s.16-17), yenə "Ötən günlər" dəftərindən "Yağışda dayanacaqdakı qadın" ("Ədəbiyyat qəzeti", 12 oktyabr 2024, №39, s.15) əsərləri də göstərir ki, onun həyati müşahidələri ictimai-mənəvi müstəviyə yönəlməklə sosial-etik mahiyyət kəsb edir. Yazıçı, gördüklərini, təəssüratlarını bədii sözə, publisistik təsvir və lirik düşüncələrə çevirə bilir, həmişə hadisə və əhvalatların arxasındaki insanlararası mənəvi-psixoloji münasibətləri aşkarlayıb tapmağa can atmaqla, obrazların, qəhrəmanlarının daxili-ruhi aləmini oxucu üçün kəşf edə bilir.

Novruz Nəcəfoğlu Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin, Türkiyə Elm və Ədəbiyyat birliyi olan "İlesam" təşkilatının üzvüdür. Onun bir neçə şeirinə musiqi bəstələnmişdir. Bir sıra beynəlxalq mükafatların laureatıdır, 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib. 

Yazıçı-publisist, şair Novruz Nəcəfoğlu şəxsi həyatında, ömür-gün yollarında, ictimai fəaliyyətində, vəzifə pillələrində müdriklik zirvəsini çoxdan fəth edib. Bu il Novruz müəllimin 70 yaşını qeyd edərkən də onun geniş oxucu auditoriyası və sevgisi qazanmış əsərləri ilə həmin zirvədə qartal uçuşunun şahidi oluruq. Bu ədəbi qartal uçuşunda yubilyara - görkəmli qələm sahibi Novruz Nəcəfoğluna yeni-yeni yaradıcılıq zirvələri arzulayırıq.

Rasim NƏBİOĞLU

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, fəxri professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri