Icma.az
close
up
RU
53 min nəfərin öldüyü dəhşətli zəlzələnin İKİNCİ İLİ

53 min nəfərin öldüyü dəhşətli zəlzələnin İKİNCİ İLİ

Icma.az, Modern.az saytına istinadən bildirir.

6 fevral 2023-cü il, saat 04:17...

Türkiyə tarixinin ən fəlakətli hadisələrindən biri məhz bu saatda baş verdi. Episentri Kahramanmaraşın Pazarcık rayonunda yerləşən 7.7 ballıq zəlzələ Türkiyənin 11 vilayətini silkələdi. Bundan cəmi 9 saat sonra Elbistan bölgəsində baş verən 7.6 bal gücündə olan zəlzələ fəsadları daha da artırdı.

500 atom bombası gücündə olan zəlzələlər nəticəsində 53537 nəfərin həyatına son qoydu, 107 mindən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zəlzələlər bölgədə yaşayan 14 milyon insanın həyatına təsir edib. Təxminən 40 min bina dağılıb, 200 mindən çox binaya ciddi ziyan dəyib.

Şəhərləri, kəndləri yerlə-yeksan edən bu yeraltı təkanların gücündən Hatayda yer səddində 400 metr uzunluğunda nəhəng çat meydana gəlib, Qaziantepdə iki təpə birləşib, Qaziantepin Nurdağı vilayətində bir kənd iki hissəyə ayrılıb, Kahramanmaraşın Çiğli kəndi 6,5, Değirmenkaya kəndi isə 6 metr sürüşüb.

Təbii fəlakət zamanı dağıntılar altında qalan minlərlə insan yardım gözləyirdi. Lakin fəlakətin şiddəti və əhatə dairəsi bu işləri olduqca çətinləşdirirdi. Yolların çökməsi, aeroportların, dəmir yollarının sıradan çıxması, dənizin daşması nəqliyyat vasitələrinin hərəkətini dayandırdı.

Görülməmiş fəlakətlə qarşı-qarşıya qalan Türkiyə tarixinin ən çətin günlərindən birini yaşayırdı. Dövlətlə xalqın səfərbər olduğu bu faciədə yeganə məqsəd dağıntılar altında qalan insanları xilas etmək idi. Nə qədər çətin olsa da quru, hava və dəniz yardım dəhlizləri yaradıldı. Ucqar kəndlərə helikopterlər göndərildi.

Dövlət rəsmiləri ilə yanaşı, sadə vətəndaşlar da bölgəyə yardım üçün səfərbər oldu. Bütün bələdiyyələrdə yardım kampaniyaları başladıldı. Geyim, ayaqqabı, yataq, ərzaq və digər vasitələr fəlakət bölgəsinə göndərildi.

Zəlzələdən həmən sonra hökumət üzvləri hərəkətə keçdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasənda komanda üzvləri zəlzəl bölgəsinə ezam olundu. AFAD əməkdaşları, hərbçilər, jandarma, polis, xilasedicilər, mədənçilər, səhiyyə işçiləri və minlərlə könüllü zəlzələ beş verən ərazilərə səfərbər olundu. Ölkədə beynəlxalq yardım da daxil olmaqla, 4-cü səviyyə həyəcan siqnalı verildi. Azərbaycan da daxil olmaqla 90 ökədən gələn axtarış-xilasetmə qrupları yardıma gəldi.

Zəlzələdən sonra Türkiyəyə özünü çatdıran ilk xarici heyət isə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olub. Azərbaycan yardıma 41-i tibb işçisi olmaqla 725 nəfər göndərib. Komandalar fevralın 6-da Türkiyəyə gələrək həm axtarış-xilasetmə, həm də digər fəaliyyətlərdə iştirak ediblər. Martın ilk həftəsinə kimi vəzifələrini davam etdirən azərbaycanlı axtarış-xilasetmə mütəxəssisləri Türkiyəni tərk edən sonuncu komanda olub. Nümayəndələrimiz 53 nəfəri dağıntılar altından xilas edib.

Zəlzələdən dərhal sonra qurbanlar üçün müvəqqəti sığınacaqlar yaradılıb. 350 çadır şəhərciyində 645 min çadır 2,5 milyon insanın evinə çevrildi. Daha sonra zəlzələyə davamlı ərazilər müəyyən edilib və bu ərazilərdə 414 konteyner şəhəri yaradıldı. 690 min 644 nəfər 215 min 188 konteyner evində məskunlaşıb.

10 ayda 349 min 79 ailəyə 14 milyard 452 milyon 608 min lirə kirayə yardımı edilib. Fəlakətdən cəmi 18 gün sonra tikinti işlərinə başlanılıb və 80 gün sonra zəlzələdən zərərçəkənlər tikilmiş kənd evlərində məskunlaşıblar.

2023-cü ilin iyul ayının 17-də “yerində transformasiya” prosesi başlayıb. Şəxsi ev və ya obyekt tikmək istəyənlərə qrantlar və faizsiz kreditlər verilib.

Zəlzələ bölgəsində 2 milyon 302 min binada və 6 milyon 227 min müstəqil evdə dəymiş ziyanın qiymətləndirilməsi aparılıb və indiyədək dağıntıların təmizlənməsi prosesinin 91 faizi tamamlanıb. Yeraltı təkanların baş verdiyi şəhər mərkəzləri və kəndlərdə 307 min binanın tikintisinə başlanılıb. Hazırda bölgədə inşa edilən ilk evlərin açarları mərhələli şəkildə sahiblərinə təqdim edilir.

Kahramanmaraş bölgəsində qurulan "Azərbaycan məhəlləsi"ndə də işlər yekunlaşmaq üzrədir. Məhəllədəki inşa edilən mənzillərdə işlər Türkiyə tərəfindən TOKİ, Azərbaycan tərəfdən isə MİDA qurumları vasitəsilə həyata keçirilir.

320 hektar ərazidə 1 323 mənzil və 799 iş yeri var. Bundan savayı, 1 318 dükan inşa edilib, 464 ofisin inşası tamamlanmağa yaxındır.

Yaxın zamanda zəlzələdən zərər görənlərə mənzillər püşkatma vasitəsilə təqdim ediləcək

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Fevral 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri