6 günlük sirr çözüldü: Suriya prezidenti və köməkçisi iclasda vurulubmuş İngilislər Şaranı qoruyub
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriya lideri Əhməd Şaranın 6 gün ictimaiyyət qarşısına çıxmamasının səbəbi bəlli olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nusra Cəbhəsinin qurucularından biri və bir vaxtlar Şaranın ən yaxın silahdaşlarından olan Salih Əl Həməvi sensasiyalı açıqlama verib.
O, Şaranın 30 dekabrda Prezident Sarayında iclasda sui-qəsdə məruz qaldığını iddia edib: "Şara 12 dəqiqəlik qarşıdurma zamanı sinəsindən qəlpə yarası alıb, üzündə qançırlar yaranıb. Onun köməkçisi ibdürrəhim Attun isə ağır yaralanıb...".
Həmavi deyib ki, iclasda qəsdçilərlə Şaranın mühafizəçiləri arasında 12 dəqiqəlik atışma olub: "Daha sonra ingilislərdən ibarət mühafizə qrupu onu qoruması altına alaraq, gizli xəstəxanaya çatdırıblar".
Məlumatda deyilir ki, xəstəxanada qəlpə yaraları təmizlənib və sürtəli müalicə başlayıb. Lakin sui-qəsd xəbərlərinin ölkədə sarsıntı yaratma ehtimalının güclənməsini nəzərə alan Şara yaxın ətrafı ilə 6 gün sonra bir marketdə alış-veriş edərkən görüntülənib. Bununla o, xalqı tədirgənlikdən çıxarmaq istəyib.
Bölgəni yaxından izləyən türkiyəli jurnalist Fehim Taştekinin sözlərinə görə, Həməvinin söylədikəri iddialar doğrudur: "Həməvi iclas otağında əvvəlcə partlayışın baş verdiyi, ardınca silah səslərinin eşidildiyini deyib. Bildirib ki, orada saray mühafizəçiləri arasında toqquşma baş verib. Atışma təxminən 12 dəqiqə davam edib, Şaranı ingilislər xilas edib...".
Xatırladaq ki, Salih Əl Həmavi Nusra Cəbhəsinin qurucularından sayılır. Bəzi mənbələr Həmavinin təşkilatın ideoloqu olduğunu bildirsə də, onun Suriya Prezident Sarayından məxfi məlumat almaq imkanlarının geniş olduğu iddia olunur.
Onu da qeyd edək ki, Nusra Cəbhəsi Şara iqtidarından sonra adını Hayat Təhrir əş-Şam olaraq dəyişdirib. Hazırda isə Həmavi ilə Şaranın münasibətlərinin soyuq olduğu da deyilir.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 07 Yanvar 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















