“6 ildir həyətimizə çirkab su axıdılır” Bakıda gecə klubundan ŞİKAYƏT/VİDEO
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Bakıda sakinlər gecə klubu kimi fəaliyyət göstərən obyektdən həyətlərinə çirkab su axıdıldığını bildiriblər.
“Bakupost” xəbər verir ki, Vunq Tau küçəsi, 16-12 ünvanında yaşayan sakinlər bununla bağlı sosial şəbəkələrdə paylaşım ediblər.
Şikayətçilərin sözlərinə görə, artıq 6 ilə yaxındır "Shakh" adlı klubdan həyətlərinə çirkab su axır. Onlar bunun ərazidə pis qoxu yaratdığını və antisanitariyaya səbəb olduğunu deyirlər.
Məsələ ilə bağlı “Bakupost”un sorğusuna İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən küçədə kanalizasiya xəttində tutulma baş verib.
Qurumdan qeyd olunub ki, sakinlər tərəfindən sonuncu müraciət sentyabrın 30-da daxil olub və tutulma dərhal aradan qaldırılıb.
Bildirilib ki, hazırda ərazidə kanalizasiya xəttində tutulma və axıntı yoxdur. Qurum ərazidə çəkilmiş yeni görüntüləri də “Bakupost”a təqdim edib.
Lalə Novruz, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 02 Oktyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















