Icma.az
close
up
RU
“Kalaşnikov”la gəlib 3 dəqiqəyə lüks mağazanı soydular Video

“Kalaşnikov”la gəlib 3 dəqiqəyə lüks mağazanı soydular Video

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransanın paytaxtı Parisin ən dəbdəbəli ərazilərindən birində silahlı soyğunçuluq baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 11:00 radələrində Vendom meydanı yaxınlığındakı Rue de la Paix küçəsində yerləşən “De Beers” lüks zərgərlik mağazası dörd nəfərlik silahlı qrupun hədəfinə çevrilib.

Qara geyimli və maskalı hücumçular mağazanın qarşısına iki motosikletlə gəliblər. Qrupun bir üzvü “Kalaşnikov” tipli avtomatik silahla çöldə keşik çəkərkən, digər şübhəlilər motosikletlərdən biri ilə mağazaya zorla daxil olublar. İşçilərin qorxudan yuxarı mərtəbəyə qaçdığı vaxt hücumçular vitrinlərdən qiymətli zinət əşyalarını toplayıblar. Cəmi 2-3 dəqiqə davam edən soyğundan sonra şübhəlilər motosikletlərlə hadisə yerindən uzaqlaşıblar. Polis mənbələrinin ilkin qiymətləndirməsinə görə, oğurlanan brilyant və zərgərlik əşyalarının dəyəri 1 milyon avrodan çoxdur.

Paris Dövlət Prokurorluğu mütəşəkkil cinayətkarlıq çərçivəsində istintaqa başlayıb və araşdırma Paris Məhkəmə Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinə tapşırılıb. Mağaza istintaq bitənədək bağlanıb, təhlükəsizlik qüvvələri isə qaçan dörd şübhəlinin tutulması üçün genişmiqyaslı əməliyyat aparır.

Qeyd edək ki, əvvəllər həmin küçədə yerləşən “Bulgari”, “Piaget” və “Harry Winston” kimi brendlərin mağazaları da silahlı soyğunçuların hədəfinə çevrilmişdi. Ötən il Luvr Muzeyində baş verən və 88 milyon avro dəyərində zərgərlik məmulatlarının oğurlanması ilə nəticələnən hadisə də Parisdə təhlükəsizliklə bağlı narahatlıqları artırmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Noyabr 2026 07:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri