Rusiyanın tələbinə Finlandiyadan cavab: Hədəfi budur!
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya NATO-nun şərq sərhədlərindəki mövcudluğunu azaltmasını tələb etməklə ABŞ və Avropanın danışıqlardakı qətiyyətini sınağa çəkir.
Axar.az xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Hayakkyanen deyib.
“Rusiya NATO-ya üzv Avropa ölkələrinin öz əməliyyatlarını Rusiyanın maraqlarına uyğun məhdudlaşdırmasını istəyir. Belə məsələlər müzakirə mövzusu ola bilməz”, – o bildirib.
Hayakkyanen bu cür təkliflərin irəli sürülməsini qəbuledilməz adlandırıb və Rusiyanın da bunun fərqində olduğunu vurğulayıb:
“Son günlər Rusiya ABŞ və Avropanın güzəştə getməyə nə dərəcədə hazır olduğunu açıq şəkildə yoxlayır. Aydın görürük ki, Moskva sülh danışıqlarına ciddi yanaşmır. Əksinə, Ukraynada müharibə zamanı irəli sürdüyü tələbləri genişləndirərək Avropanın təhlükəsizlik arxitekturasını Rusiyanın maraqlarına uyğun dəyişməyə çalışır”.
Nazirin sözlərinə görə, Qərb siyasətçiləri Rusiyanın son addım və bəyanatlarının onilliklərdir həyata keçirilən psixoloji strategiyanın tərkib hissəsi olduğunu nəzərə almalıdırlar. Onun fikrincə, Moskva Ukraynanı dəstəkləyən müttəfiqləri əlverişsiz vəziyyətə salmağa çalışır.
Qeyd edək ki, Rusiyanın Finlandiyanın NATO-dan çıxması və Alyansın Baltikyanı ölkələrdəki bazalarından imtina etməsi ilə bağlı tələb irəli sürdüyü bildirilib. Daha sonra isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayılan xəbəri təkzib edərək, ölkəsinin belə bir tələb irəli sürmədiyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 14 Noyabr 2026 08:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















