6 milyonluq yeyintidə təqsirli bilinən rəisin cəzası azaldıldı
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, cinayət işində bir epizod üzrə cəlb etmə müddəti keçdiyi üçün Namiq Mirzəyevin şikayəti qismən təmin edilib və cəza 3 ay azaldılıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Namiq Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Mirzəyev dövlətə vurduğu ziyandan 343 min 810 manatını ödəyib.
O, 6 milyonluq mənimsəmədə təqsirli hesab edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkir.
Bildirək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nin vəsatəti əsasında həbs edilib.
Təqsirləndirilən Namiq Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunur. (APA)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 23 Yanvar 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















