600 dən çox məktəbə yeni direktor təyin olunacaq Nazir AÇIQLADI
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bu il ilk dəfə olaraq, 600 nəfərdən artıq məktəb direktorunun təyinatını həyata keçirəcəyik. İlk dəfədir ki, sertifikasiya nəticələri sasında müəyyən müsahibələr keçirilməklə sürətli şəkildə məktəb rəhbərləri təyin ediləcək".
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Televiziyasının “Hədəf” proqramında müsahibəsi zamanı deyib.
Nazir bildirib ki, direktorların işə qəbulu prosesinin nəticələri yaxın həftələrdə – ayın sonuna qədər açıqlanacaq: "Həll etməyə çalışdığımız problemlərdən biri odur ki, müəllimdən məktəb rəhbərinə gedən karyera yolu düzəltməliyik. Təhsil sistemimizdə uzun müddət keyfiyyətli məktəb direktorundan daha çox şəffaf seçimə diqqət etmişik. Lakin yaxşı məktəb direktoru seçmək üçün müsahibə önəmli məsələdir. Məktəb direktoru dediyimiz idarəçi şəxs, ilk növbədə, yaxşı idarəçi olmalıdır. Öz fənnini bilməyən adamdan məktəb direktoru çıxmaz. Həmçinin metodist təcrübəsi olmalıdır ki, başqa müəllimləri arxasınca apara biləcək liderlik qabiliyyəti olsun. Ona görə də qeyd etdiyimiz karyera yolunda metodistləri rolunu çox vacib görürəm", – deyə nazir bildirib.
Baxış sayı:231
Bu xəbər 16 Sentyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















