Icma.az
close
up
RU
65 yaşdan sonra başlayan GİZLİ TƏHLÜKƏ

65 yaşdan sonra başlayan GİZLİ TƏHLÜKƏ

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəfəs darlığı və quru öskürək düşündüyünüzdən daha ciddi bir xəstəliyin xəbərçisi ola bilər. Xüsusilə 65 yaşdan yuxarı kişilərdə rast gəlinən ağciyər sərtləşməsi, ağciyər toxumasının sərtləşərək süngərəbənzər bir görünüş almasına səbəb olur.
Pravda.az bildirir ki, bu xəstəliyin hələ də tam müalicə üsulunun tapılmasa da, erkən diaqnoz və düzgün müalicə planlaması xəstəliyin gedişatını yavaşlada bilər.
Ağciyər sərtləşməsi nədir?


Ağciyər sərtləşməsi, tibbi adı ilə İdiopatik Pulmoner Fibrozis (İPF), ağciyər toxumasının qalınlaşması, sərtləşməsi və zədələnmiş sahələrin bal pətəyi quruluşunu xatırladan görünüş alması ilə xarakterizə olunur. Bu xəstəlikdə hava yolları daralmır, lakin ağciyər toxuması bərkiyir və qalınlaşır. Bu da ağciyərlərdən qan dövranı sisteminə oksigen keçidini çətinləşdirir. Nəticədə beyin, ürək və digər orqanlar lazımi qədər oksigen ala bilmir. Xəstəliyin dəqiq səbəbi bilinməsə də, bəzi hallarda fibrozisə yol açan amillər müəyyən edilə bilir.


65 yaşdan yuxarı kişilərdə daha çox rast gəlinir


Xəstəliyin hansı qrup insanlara daha çox təsir etdiyi tam bilinməsə də, siqaret istifadəsi və bəzi genetik faktorların İPF riskini artırdığı müəyyən edilib. Adətən 65 yaşdan yuxarı kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Eyni zamanda, tənəffüs yolu ilə alınan toz və kimyəvi maddələrə məruz qalmaq, iltihablı revmatizmal xəstəliklər də ağciyər sərtləşməsinə səbəb ola bilər.


Quru öskürək və nəfəs darlığı əsas əlamətlərdir


Ağciyər sərtləşməsinin erkən mərhələlərində simptomlar olmaya bilər. Ancaq ən çox rast gəlinən şikayətlər arasında fiziki fəaliyyət zamanı yaranan nəfəs darlığı və davamlı quru öskürək var. Nəfəs darlığı gizli şəkildə başlayır və zamanla artır. Quru öskürək isə müalicəyə çətin tabe olur və inadkarlıq göstərir. Simptomlar yaşlılıq və ya siqaret istifadəsi ilə əlaqələndirilsə də, səbəb əslində ağciyər sərtləşməsi ola bilər. Bundan əlavə, halsızlıq, iştahsızlıq, arıqlama və gücsüzlük kimi şikayətlər də rast gəlinə bilər.
 

Erkən və düzgün diaqnoz həyati əhəmiyyət daşıyır


Diaqnoz üçün qan analizləri, fiziki müayinə, lazım gəldikdə revmatoloji konsultasiya və ağciyər tomoqrafiyası istifadə olunur. Əgər xarakterik əlamətlər müşahidə edilməzsə, ağciyər biopsiyası lazım ola bilər. Erkən diaqnoz sayəsində ağciyər funksiyasında böyük itkilər olmadan müalicəyə başlamaq mümkündür.


Ağciyər sərtləşməsi müalicə edilə bilərmi?


Yaşlanma ilə əlaqədar normalda da tənəffüs funksiyalarında azalmalar olur. Lakin İdiopatik Pulmoner Fibrozis xəstəliyi bu prosesi sürətləndirir. Ağciyər sərtləşməsini tam sağaldan müalicə hələ yoxdur, amma son illərdə aparılan araşdırmalar iki əsas dərman maddəsinin xəstəliyin gedişini yavaşlatdığını və simptomların yüngülləşməsinə kömək etdiyini göstərir. Ağciyər sərtləşməsi ilə bağlı dünya miqyasında araşdırmalar davam edir. Xəstəliyin irəlilədiyi hallarda isə xəstələr ağciyər transplantasiyası üçün uyğun mərkəzlərə yönləndirilir.
Əminə Bayramova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Aprel 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see149

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see142

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see127

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see123

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see122

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see121

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see118

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see116

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see116

Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

10 İyun 2025 22:34see116

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see115

COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

10 İyun 2025 22:27see115

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see114

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see114

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see112

Gəncədə minik maşınları toqquşub

11 İyun 2025 00:22see112

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

11 İyun 2025 00:41see112

Çerki “Siti”də RƏSMİ

10 İyun 2025 23:06see112

Finlandiya Polşa matçı yarımçıq dayandırılıb

11 İyun 2025 01:00see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri