Icma.az
close
up
RU
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşda deyiləm ki...”

“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşda deyiləm ki...”

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) və onunla birgə mühakimə edilən Kuçer Konstantin Antonoviçin məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsindəki bugünkü iclasda ittiham tərəfinin şahidləri dindirilib.

Məlumat üçün deyək ki, Oleq Bakinski xuliqanlıqda, Kuçer Konstantin Antonoviç isə xuliqanlıqdan əlavə xüsusilə külli miqdarda dələduzluqda ittiham edilir. Sonuncu əvvəllər Ukraynada müdafiə sənayesi nazirinin müavini işləyib. Təqsirləndirilən şəxslərin birgə ittihamı bir nəfəri silah qismində istifadə edilən əşya ilə döymələri ilə bağlıdır. Onlar isə özlərini təqsirli bilmirlər. 

Əvvəlcə Oleq Bakinskinin vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb: “Həbsindən əvvəl müvəkkilimin səhhətində problem var idi. İndi yenidən xəstəliyi baş qaldırıb. Bundan əlavə, şəxsin bəlli yaşayış yeri var, ittiham edildiyi maddə də xüsusilə ağır cinayət deyil. Bütün bu səbəblərdən vəsatət təmin edilməlidir”.

Oleq Bakinski özü də həbsdə saxlanılmasından narazılıq edib: “7 aydır Kürdəxanıda oturmuşam. Ortada ciddi bir məsələ də yoxdur. 25 yaşımda deyiləm ki, deyim bir az da qalım”.

Məhkəmə vəsatəti təmin etməyib. 

Prosesin davamında prokuror təqsirləndirilən Kuçer Konstantin Antonoviçi sorğu-sual edib.

Təqsirləndirilən əvvəlcə dələduzluq epizodu ilə bağlı danışıb. Deyib ki, onun zərərçəkmiş şirkətlərlə mülki aviasiya avadanlıqlarının alqı-satqısı ilə bağlı müqaviləsi olub. Sonuncu müqaviləyə görə Ukrayna və digər ölkələrdən gələn avadanlıqlar Hindistana göndərilməli imiş. Bunun üçün də 4 milyon manata yaxın pul “Günay Bank”dakı hesablara köçürülüb. Həmib bank müflisləşdiyi üçün pullar batıb. Buna baxmayaraq, 2 milyon yarımlıq sifariş icra edilib. 

Müttəhim xuliqanlıq epizodu ilə bağlı sualı cavablayarkən hadisə baş verən gün görüşü Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayevin təşkil etdiyini deyib. Amma Musayev özü danışıqlarda iştirak etməyib, münaqişə də həmin görüşdə baş verib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ikisi də həbsdə mühakimə edilirlər.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Fevral 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri