Icma.az
close
up
RU
“7 dairənin seçiciləri seçkilərdə iştirak etməyəcək”

“7 dairənin seçiciləri seçkilərdə iştirak etməyəcək”

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

“Sabah 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçmək üçün seçicilər 5846 məntəqəyə gəlib səsvermə hüquqlarını həyata keçirəcəklər”.

Manset.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

“Bu bələdiyyələr 118 seçki dairəsinin hüdudlarını əhatə edir. Amma bildiyiniz kimi 125 dairə var. 7-si müvəqqəti köçkünlərdən ibarət dairələr olduğu üçün o seçicilər seçkilərdə iştirak etməyəcəklər. 685 bələdiyyə azad olunmuş əraziləri əhatə etmir. Orada bələdiyyələr yaradılmayıb. Ümumilikdə hazırda 5 961 987 seçicimiz var”.

MSK sədri, həmçinin bələdiyyə seçkiləri ilə bağlı bütün addımların atıldığını qeyd edib: “Sabah keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı MSK bütün addımları atıb. Müxtəlif seçkilərin hazırlanmasına məsul olan orqanlarla birlikdə bu məsələnin öhdəsindən yüksək səviyyədə gəlmişik. Səsvermə üçün bütün addımlar atılıb. Onlar sərbəst məntəqələrə gəlib səs verə bilərlər. Seçki ilə bağlı addımlar atılarkən MSK bu seçkilərin hazırlanıb keçirilməsinə məsul olan orqan kimi fəaliyyətini qurur. Əsas istiqamət şəraitin yaradılması ilə yanaşı namizədlərin qeydə alınması məsələsidir”.

M.Pənahovun sözlərinə görə, 16 238 nəfərin namizədliyi qeydə alınıb: “Bu, çox böyük rəqəmdir, bununla fəxr etməliyik. 16 294 nəfərin isə imza vərəqləri qaytarılıb. Sonrakı proseslərdə bəziləri namizədliyini geri götürüb və yekunda 16 092 nəfər namizəd kimi qeydə alınıb. 24 siyasi partiya seçkidə iştirak edir. Namizədlərdən 8504 nəfəri partiya nümayəndəsidir, 7588 bitərəfdir. Namizədlərdən 82%-i ali təhsillidir. Onlardan 41%-i 21-35 yaş arası, 63%-i isə 21-63 yaş aralığında olan şəxslərdir. Ümumilikdə qeydə alınanların 31%-dən çoxu qadınlardır. Bu, sevindirici haldır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 28 Yanvar 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri