7 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2025-ci ilin 6 ayı ərzində əlilliyi olan 7249 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib.
XQ xəbər verir ki, onlardan 2853 şəxs münasib işlərlə təmin edilib, 762 şəxs isə öz kiçik təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Onlar üçün ilk mərhələdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə təlimlər təşkil edilib. Təlimləri başa vuranlara seçdikləri iqtisadi fəaliyyət növü üzrə aktivlər təqdim olunur.
Cari ilin ilk yarımilində əlilliyi olan 213 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Bu kateqoriyadan olan 3421 şəxsə isə peşəyönümü məsləhət xidməti göstərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 İyul 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















