Icma.az
close
up
RU
7 oğuldan 2 si qaldı Məşhur filmin QƏHRƏMANLARI

7 oğuldan 2 si qaldı Məşhur filmin QƏHRƏMANLARI

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Çoxları onu “Yeddi oğul istərəm” filmində oynadığı Cəlal obrazı ilə tanıyır. Söhbət unudulmaz sənətkar, səhnədə oynadığı bir çox rolları ilə tamaşaçıların yaddaşında silinməz iz qoymuş Xalq artisti Ənvər Həsənovda gedir... Çox təəssüf ki, Ənvər Həsənovun adının qarşısına bundan sonra “mərhum” sözü yazmalı olacağıq.
Dünən – 16 mart 2025-ci il tarixində Ənvər Hədənov həyata əlvida etdi... Yaşasaydı, bu il avqustun 17-də 75 yaşı tamam olacaqdı. Əcəl Xalq artistinə yubiley yaşını qeyd etməyə aman vermədi.
Xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında ekranlaşdırılan “7 oğul istərəm” filmi inqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan 20-ci illərin komsomolçuları haqqında romantik hekayədir.
Ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissor Tofiq Tağızadə olan və “Azərbaycanfilm” kinostuidyasının o zamankı direktoru Adil İskəndərovun rəhbərliyilə çəkilən film 1969-cu ildə lentə alınıb.
Filmə çox istedadlı aktyorlar cəlb olunmuşdu…
“7 oğul”u canlandıran aktyorlar isə bunlar idi: Bəxtiyar (Həsən Məmmədov), Zalımoglu (Ələsgər İbrahimov), Qəzənfər (Şahmar Ələkbərov), Mirpaşa (Elçin Məmmədov), Şahsuvar (Rafiq Əzimov), Qasım (Əbdül Mahmudov), Cəlal (Ənvər Həsənov).
Yeddi oğul filmdə olduğu kimi, həyatda da bir-birinə yaxın dostluq münasibətində olublar.

İndi onlardan 2-sihəyatdadır - Əbdül Mahmudov və Rafiq Əzimov…
Həsən Məmmədov, Ələsgər İbrahimov, Şahmar Ələkbərov, Elçin Məmmədov və Ənvər Həsənov haqq dünyasındadırlar.
Filmin çəkilişləri zamanı maraqlı hadisələr yaşanıb. Ənvər Həsənov sağlığında Modern.az-a müsahibəsində bu haqda danışmışdı:
“Qobustanda Cəlalın ölüm səhnəsi çəkilirdi. Mənim əl-ayağımı bağlayıb atın üstünə atdılar. At Cəlalı Bəxtiyargilin yanına, öz məkanına gətirməli idi. Kələntər dayı (İsmayıl Osmanlı) “Hamam-hamam içində, xəlbir saman içində...", - deyərək ata qırmanc vurdu. Qobustanda isə çoxlu yaşıl rəngdə kərtənkələlər vardı. At 10-15 metr yeriyəndən sonra bu kərtənkələlərimi gördü, ya nədənsə hürkdü. Məni götürüb qaçmağa başladı. Baxmayaraq ki, mahir at sürən idim, əlim-ayağım bağlı olduğundan heç nə edə bilmirdim. Qarşıya baxanda uçurum gördüm. Fikirləşdim ki, artıq bitdi. Gözümü yumub Allaha dua etməyə başladım. Bir də gördüm kimsə özünü atın qabağına atdı, boynundan sallandı. Bu adam kinostudiyada işıq ustası işləyən Akif Məmmədzadə idi. O, mənim həyatda qalmağıma səbəb oldu”.
“Qobustanda çəkilişlər davam edirdi. Bir də gördük ki, cırhacır istidə bir neçə nəfər bizə tərəf gəlir. Əllərində də uzun bir taxta var idi. Fikirləşdik ki, biz məcburuq bu istidə çöllərə düşməyə, axı bu insanlara nə düşüb? Bizə ilan yığdıqlarını dedilər. “Aparıb bunları lazımi quruma təhvil veririk, zəhərindən dərmanlar düzəldirlər”,- söylədilər. Nəsə, bunlara maraqla söhbət etdiyimiz məqamda Elçin Məmmədov (Mirpaşa) Hamlet Xanızadənin (Gizir) ayağından tutub ilan kimi fışıldadı. Hamletin ürəyi getdi, aləm qarışdı. 
Tofiq Tağızadə gəlib kişilərin üstünə qışqırdı ki, “ədə, yığışdırın bu ilanlarınızı, aktyorların başına oyun açdınız”. Bəlkə bir 10 dəqiqədən sonra güc-bəla ilə Hamleti özünə gətirdik. Bu hadisəni görən Elçin (Mirpaşa ) ordan qaçdı. Hamlet durdu ayağa ki, “hardadır o əclaf, onu tapın verin, mən bu saat onu öldürəcəm”. Yalvar-yaxar etdik ki, “ay Hamlet, başına dönüm, gəl işimizi görək”. Sakitləşəndən sonra Elçini gətirib onları barışdırdıq…

…Mirpaşanın ölümündən sonra Cəlal Humayın arxasınca gedir, Kələntərə “bəsdir-bəsdir qoca” deməsindən sonra ona şillə vurmalı idim. Amma vura bilmirdim. Aktyor İsmayıl Osmanlı məndən yaşca böyük idi deyə, bunu edə bilmirdim.  Həmin səhnəni 2-3 dubla çəkdik. İsmayıl dayı mənə dedi ki, “ay, Ənvər belə aktyorluq etmək olmaz. Bilirəm sənin mənə hörmətin var. Amma gərək sən elə şillə çəkəsən ki, mən onu hiss edəm”. Bu sözündən sonra mən də ona elə bir şillə vurudum ki, kişinin dişi çıxdı ağzından. Dublu çəkdilər, razı da qaldılar. Amma mən çox narahat  idim. Özümdən böyük birinə əl qaldrmaq mənə ağır gəlirdi. 
Mən Şahmar Ələkbərova bildirdim ki, bu səhnənin filmə daxil edilməsini istəmirəm. Mənə dedilər ki, bu, sənin roluna xələl gətirə bilər, filan-fəsməkan. Dedim yox eyy. Şahmar məndən böyük idi deyə, onunla məsləhətləşdim. Bu epizod mənim əqidəmə uyğun deyildi. Nəysə, 7 oğulun hamısı ilə qərara gəldik ki, rejissora müraciət edək, bu kadrı filmdən çıxarsın. Tofiq Tağızadə bizimlə razılaşdı, “düzdür, bu bizim xalqımızın əqidəsinə xas deyil. Sənin xahişinlə çıxarıram. Onu da nəzərə al ki, Kələntər sənin tüfəngini götürüb, sənin atını minib”, - dedi. Mənim böyüklərə olan hörmətim nəticəsində o səhnəni filmdən çıxartdıq”...
Mərhum Ənvər Həsənovun xanımı Möminat Qurbanova da aktrisalıq etmişdi. Onlar ilk dəfə 1977-ci ildə eyni filmdə rol almışdılar.
“Dərviş Parisi partladır” filmində Möminat Qurbanova Şərəfnisə, Ənvər Həsənov isə onun nişanlısı Şahbaz bəy rolunda çəkilmişdi.
Ənvər Həsənov: “Münasibətlərimiz elə bu filmlə də başladı. Filmin çəkilişləri başa çatar-çatmaz nişanlandıq”.  
Ənvər Həsənovla Möminat Qurbanova 1985-ci ildə Əbdül Mahmudovun rejissorluğu ilə ekranlaşdırılan və Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində də çəkiliblər – Möminat Həcər, Ənvər isə Sirac rolunda.
Həcər rolunu oynayanda Möminatla Ənvərin yeganə övladı - Aytən artıq dünyaya gəlmişdi.
Möminat Qurbanova cəmi üç filmə çəkilib, üçündə də Ənvərlə birgə - “Dərviş Parisi partladır, "Atları yəhərləyin" və "Sonuncu döyüş”.
Mömunat Qurbanova 2008-ci il dekabrın 8-də vəfat edib. Aktrisa 50-ci doğum gününü qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedir. Nabrandan geri qayıdarkən Ənvər Həsənovun idarə etdiyi avtomobil qəzaya uğrayır. Nəticədə Mömunat Qurbanova doğum günündəcə dünyasını dəyişir.
“Çox yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa,  maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi, sükanı qəflətən döndərməli oldum, heç necə oldu bilmirəm, yığa bilmədim, çırpıldı ağaca. Maşının arxa qapısı, Möminat tərəf çırpılmışdı, heç ağzını açıb bir kəlmə deyə bilmədi. İndiyə qədər özümə gələ bilmirəm, yaxşı ki, qızım, nəvəm var, onlara görə yaşamalıyam”, - Ənvər Həsənov sağlığında verdiyi müsahibədə mərhum xanımı haqda danışarkən qeyd etmişdi...
Xalq artisti Ənvər Həsənov təkcə "Yeddi oğul istərəm" filmindən Cəlal obrazı ilə yadımızda qalmayacaq. Onu "Dərviş Parisi partladır" filmindən Şahbaz, "Babək" filmindən Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad kimi də xatırlayacağıq...
Ə.Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Mart 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri