Icma.az
close
up
RU
70 illik tarixə malik cins şalvarlar bu payız dəbə qayıdır (FOTO)

70 illik tarixə malik cins şalvarlar bu payız dəbə qayıdır (FOTO)

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu payız dəbə cins-tülpanlar daxil olub. Artıq ulduzların qarderobunda görünən bu model həcmli denimin yeni versiyasıdır. Cennifer Lopez, Keti Holms və Holli Berri qeyri-adi silueti gündəlik obrazlarda necə istifadə etməyi nümayiş etdiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə “GRAZIA” jurnalı yazıb.

Modelin əsas xüsusiyyəti onun formasındadır: cinsin üst hissəsi yumru və həcmli görünür, aşağı hissəsi isə qapalı tülpan çiçəyinin konturlarını xatırladır. Bunun sayəsində siluet ifadəli alınır, lakin son illərdə populyarlıq qazanan bəzi “çəllək” formalı cinslər qədər ekstravaqant görünmür.

Cins-tülpanlar necə yaranıb?

Həcmli denimin dəbə qayıtması əyri siluetlərin populyarlaşması üçün zəmin yaradıb. Əsas məqamlardan biri “Alaïa”nın 2023/2024-cü illərin payız-qış kolleksiyasının nümayişi olub. Həmin vaxt dizayner Piter Mulyenin təqdim etdiyi modellərdə qabarıq yumru kəsim diqqət çəkib.

Tezliklə oxşar siluetlər təkcə dizayner brendlərində deyil, kütləvi bazarda da görünməyə başlayıb. Lakin gündəlik qarderob üçün belə cinslər bir çoxlarına həddindən artıq cəsarətli görünürdü. Cins-tülpanlar isə eyni ideyanın daha təmkinli variantını təklif edir.

Bununla belə, çiçəyə istinad edən qeyri-adi proporsiyalar ideyası moda üçün yeni deyil. Hələ 1953-cü ildə Kristian Dior “Tulip line” adlı yaz kolleksiyasını təqdim etmişdi. Dizayner həmin kolleksiyada siluetin yuxarı hissəsində yumru həcmlərdən, aşağı hissəsində isə daha dar xətlərdən istifadə etmişdi.

Cins-tülpanları nə ilə geyinmək olar?

Hazırda cins-tülpanlar sadə kombinlər sayəsində daha universal modelə çevrilir. Cennifer Lopez onları cins gödəkçə və diqqətçəkən çanta ilə birləşdirir, Keti Holms köynək və düz dabanlı ayaqqabıya üstünlük verir, Holli Berri isə qısaldılmış modeli həcmli blezer və ağ idman ayaqqabıları ilə geyinir.

Stilistlər obrazın üst hissəsini həddindən artıq yükləməməyi məsləhət görürlər, çünki cinslərin özləri artıq nəzərəçarpan həcm yaradır. Bədənə oturan trikotaj, içəri salınmış köynək və ya digər kifayət qədər lakonik üst geyimlər uyğun seçimdir.

Ayaqqabı da mühüm rol oynayır. Həddindən artıq həcmli olmayan idman ayaqqabıları və ya dar çəkmələr topuq nahiyəsindəki daralmanı vurğulayaraq düzgün proporsiyaları qorumağa kömək edir.

Beləliklə, cins-tülpanlar payız qarderobuna aktual həcm əlavə etməyə imkan verir, eyni zamanda gündəlik və hətta ofis obrazları üçün kifayət qədər təmkinli görünür.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Oktyabr 2026 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri