Son dəqiqə: Ukrayna cəbhə xəttində atəşi dayandırmağa razılaşdı
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Ukrayna diplomatik həll yoluna keçmək üçün hazırkı təmas xətti boyunca atəşkəs elan etmək kompromisinə getməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Al Jazeera" telekanalına müsahibəsində deyib.
Dövlət başçısı belə bir addımın "çox böyük kompromis" olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin qoşunlarını Ukrayna ərazisindən çıxarmaq istəmir, buna görə də Kiyev döyüş əməliyyatlarını hazırkı mövqelərdə dayandırmağı və diplomatiyaya keçməyi təklif edir:
"Biz belə addımlara — olduğumuz yerdə qalmağa və dayanmağa hazırıq. Söhbət təmas xəttində atəşkəsdən gedir. Bu kompromisdirmi? Əlbəttə, çox böyük kompromisdir. Biz başa düşürük ki, o (Putin), torpağımızdan getmək istəmir. Məhz buna görə deyirik: yaxşı, burada dayanaq və diplomatiyaya keçək".
V.Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün yol tapacağına, lakin bunun məsuliyyətini təkcə Ukraynanın üzərinə qoymayacağına ümid etdiyini bildirib:
"Prezident Tramp əvvəlki kimi prezident olaraq qalır. Onun hələ də kifayət qədər səlahiyyəti və ABŞ Konstitusiyası var. Ona görə də ümid edirəm ki, o, bu müharibəni bitirməyin yolunu axtaracaq".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 29 Noyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















