70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi: Sənətkarın son ad günü necə keçdi? VİDEO
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Azərbaycan teatr rejissoru, aktyoru və pedaqoqu Nəsir Sadıqzadənin həyat və yaradıcılığına həsr olunub.
Verilişdə sənətkarın tələbəsi, aktrisa İlqarə Tosova Nəsir Sadıqzadənin aktyorluq sənətinə yanaşmasından və tələbələrinə verdiyi tövsiyələrdən danışıb.
O, müəlliminin aktyor olmaq üçün vacib hesab etdiyi xüsusiyyətlərdən bəhs edərək bunları söyləyib:
"Deyirdi ki, aktyor olmaq üçün adamın birinci musiqi istedadı olmalıdır. Sonra o, çox zəhmətkeş olmalıdır. Məqsədyönlü fəaliyyəti olmalıdır. Sonra dayanırdı, xeyli gülümsəyirdi, başını qaldırıb deyirdi ki, bunların hamısı boş şeydir, adamın şansı olmalıdır".
Nəsir Sadıqzadənin digər tələbəsi, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov isə sənətkarın mənsub olduğu ailənin tarixindən və repressiyaların onun həyatına təsirindən danışıb.
O, Nəsir Sadıqzadənin Qarabağın məşhur bəy nəslindən olduğunu, ailəsinin sovet repressiyalarına məruz qaldığını bildirib:
"Nəsir müəllim Qarabağ bəylərinin nəslindəndir. Hətta onun Nəsir babasının evi sovetlər vaxtında Ağdamın Quzanlı kəndində peşə məktəbi idi. Mənsub olduğu ailə, bəy nəslindən olması onun həyatında çox böyük faciələr yaratdı. Əvvəlcə atası, Qarabağın məşhur bəylərindən olan Müseyid ağa, sonra anası sürgün edildi. Nəsir müəllim çox çətinliklər yaşadı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 02 Noyabr 2026 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















