Icma.az
close
up
RU
70 milyon dələduzluq: “Falçı” ana və qızl ifşa olundu

70 milyon dələduzluq: “Falçı” ana və qızl ifşa olundu

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

 “Tezliklə bir milyarder sizə kömək edəcək” deyə yüzlərlə insanı aldadıb

 Avstraliyada özlərini “falçı” kimi təqdim edən ana və qızın, Vyetnam əsilli insanları hədəf alaraq kredit dələduzluğu vasitəsilə 70 milyon Avstraliya dolları (təxminən 46 milyon ABŞ dolları) mənimsədiyi üzə çıxıb.

Sherg.az xəbər verir ki, Avstraliya polisi bildirib ki, falçılıq bacarığına sahib olduqlarını iddia edən ana və qız, əksəriyyəti “zəif vəziyyətdə olan” vyetnamlı şəxsləri aldatmaq yolu ilə təxminən 70 milyon Avstraliya dolları dəyərində dələduzluq etdikləri üçün saxlanılıblar.

BBC-nin məlumatına görə, 53 yaşlı ana Sidneyin lüks Dover Heights bölgəsində keçirilən əməliyyat zamanı qızı ilə birlikdə tutulub. Polis onların “son dərəcə mürəkkəb” bir dələduzluq və çirkli pulların yuyulması şəbəkəsinin əsas üzvləri olduqlarını açıqlayıb.

Falçı kimi tanınan ananın, maddi çətinlik yaşayan müştərilərinə “tezliklə bir milyarder sizə kömək edəcək” deyərək onları kredit götürməyə inandırdığı, daha sonra həmin kreditlərdən pay aldığı iddia olunur.

Ana, cinayətkar təşkilat qurmaq və fırıldaqla maddi qazanc əldə etmək də daxil olmaqla 39 müxtəlif ittihamla üzləşib. İlk məhkəmə iclasında onun həbsdə qalmasına qərar verilib.

25 yaşlı qızı isə çirkli pulların yuyulması və cinayətkar təşkilata üzv olmaq da daxil olmaqla yeddi ittihamla mühakimə olunacaq. Məhkəmə ona girov qarşılığında azadlığa buraxılma hüququ verib.

Əməliyyat zamanı milyon dollarlıq malikanədə aparılan axtarışlarda polis çoxlu maliyyə sənədi, mobil telefonlar, bahalı çantalar, 10 min Avstraliya dolları dəyərində 40 qramlıq qızıl külçə və 6 min 600 dollar məbləğində kazino fişi aşkarlayıb.

Araşdırma çərçivəsində əlavə olaraq 15 milyon Avstraliya dolları dəyərində əmlaka da həbs qoyulub. Bununla da, ötən ildən davam edən genişmiqyaslı əməliyyat nəticəsində müsadirə edilən ümumi əmlakın dəyəri 75 milyon dollara çatıb.

Polis “Strike Force Myddleton” adlı araşdırmanı çətənin oğurlanmış şəxsiyyət məlumatları ilə “xəyalı avtomobillər” üçün kreditlər götürdüyü barədə məlumatlardan sonra başladıb.

Maliyyə Cinayətləri İdarəsinin rəisi Qordon Arbinja bildirib: “Əvvəlcə avtomobil kredit dələduzluğu kimi görünən bu iş, karyeramda gördüyüm ən mürəkkəb maliyyə cinayət şəbəkələrindən birinə çevrildi.”

Polisə görə, çətənin fəaliyyəti şəxsi, kommersiya və ipoteka kreditlərində genişmiqyaslı saxtakarlıqları, böyük bankların sistemlərindən sui-istifadəni və çirkli pulların yuyulmasını əhatə edir.

Sydney Morning Herald qəzetinin xəbərinə görə, ana və qız “Çatı Katı Çətəsi” adlı cinayətkar qrupla əlaqəlidir. Qrupun lideri olduğu iddia edilən şəxsin 18 milyon dollarlıq mənzildə yaşadığı bildirilir.

Qrupun bəzi bank işçiləri ilə əməkdaşlıq edərək Sidney ərazisində çoxsaylı daşınmaz əmlak almaq məqsədilə 250 milyon dollara qədər kredit dələduzluğu həyata keçirdiyi iddia olunur.

Turan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri