70 milyonluq transferin pərdəarxası
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Braziliyalı hücumçu Qabriel Martinellinin yay transfer pəncərəsində 70 milyon avro qarşılığında “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçidi təkcə maliyyə şərtləri ilə bağlı olmayıb.
Futbolpress.az xəbər verir ki, futbolçunun meneceri Markos Kasseb futbolçunun Səudiyyə Ərəbistanına yollanmazdan öncə Almaniya, İtaliya və Premyer Liqanın digər klublarından rəsmi təkliflər aldığını açıqlayıb.
Agent konkret klub adları çəkməsə də, Almaniya təmsilçilərinin ciddi marağını təsdiqləyib. Transfer dövründə 25 yaşlı vingerin adı daha çox “Leypsiq” və “Bavariya” kimi Bundesliqa nəhəngləri ilə yanaşı hallanırdı.
Kassebin sözlərinə görə, London təmsilçisində keçirdiyi bir neçə ildən sonra Martinellinin karyerasında yeni səhifə açmağa və mühit dəyişikliyinə ehtiyacı var idi.
Menecer həmçinin “Əl-Hilal”ın təqdim etdiyi iddialı layihəni xüsusi vurğulayaraq, Səudiyyə klublarının artıq yalnız karyerasının sonuna yaxınlaşan təcrübəli oyunçuları deyil, daha gənc və dinamik ulduzları hədəf almağa başladığını diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 26 Sentyabr 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















