70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? Tək bizdə deyil, əksər ölkələrdə...
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
"Təkcə Azərbaycanda deyil, xarici ölkələrin də əksəriyyətində 70 yaşdan yuxarı olan vətəndaşlara kredit verilmir".
Hurriyyet.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov bankların 70 yaşdan yuxarı vətəndaşlara kredit verməməsinin səbəblərindən danışarkən deyib.
Əkrəm Həsənov bank və bank təşkilatlarının müəyyən statistikasının olduğunu vurğulayıb:
"Bəzi vətəndaşlar götürdüyü kreditləri qayıtmır, banka problem yaradır. Ola bilsin ki, hansısa bank 70 yaşdan yuxarı insanlara kredit verir, amma bildiyim odur ki, Azərbaycanda əksəriyyət bank 70 yaşdan yuxarı olanlara kredit vermir. Ona görə ki, yaşı 70-dən yuxarı olan insanın ölmək ehtimalı daha böyükdür".
Əkrəm Həsənov bildirib ki, kredit vətəndaşın aylıq maaşına, yaxud da gəlirinə görə ayrılır:
"Əgər kredit həmin şəxsin pensiyasına görə hesablanırsa, onda 70 yaşdan yuxarı olan vətəndaşa kredit vermirlər. Çünki həmin şəxs ölsə, pensiya kəsiləcək. Bəs alınan krediti kim qaytaracaq? Düzdür, yaranan hər bir insan ölür, amma yaşlı insanlarda bu ehtimal yüksəkdir. Buna görə də yaxşı maaş alan, yaxud da zamin varsa, girov qoyacaqsa, istəlinən bank bu şəxslərə kredit verəcək. Sabah həmin vətəndaş vəfat etsə də, krediti zamindən alacaqlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 16 Noyabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















