Icma.az
close
up
RU
700 manata follekul donorluğu nədir?

700 manata follekul donorluğu nədir?

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər klinikaların follekul və sperma alveri barədə çox danışılır. Klinikalar pul müqabilində donorlardan alıb, süni mayalanma ilə pasiyentlərə köçürürlər. Sosial şəbəkələrdə də bu cür elanları tez-tez görmək olur.

Bu mövzuda araşdırma apardıqda mövcud vəziyyətdən hali olmaq elə də çətin deyil. Misal üçün, İnstagram-da “follekul donoru olmaqla 600 manat pul qazan”, “Follekul  donoru ol, ümid ol” kimi elanlar çoxdur. Bu cür elanlar kişilər üçün də keçərlidir, bir çox hallarda işsiz gənclər öz genetik materialını sataraq donor olurlar. Bəzən elanda göstərilən məbləğdən daha yüksək pul da təklif olunur. Ən acınacaqlısı isə odur ki, follekulunu satan qadınlarla, spermasını satan gəncləri gələcək ümumiyyətlə maraqlandırmır, təki qazanc yeri olsun. Eyni donorlardan isə bir çox hallarda onlarla ailə istifadə edir. Bu o deməkdir ki, bu ailələrdə bir-birindən xəbərsiz bacı-qardaşlar böyüyür.

Narahatlıq doğuran digər məqam isə bir çox hallarda qadınların aldadılmasıdır. Donorlara bir follekul götürüləcəyi deyilsə də, realda 3-6 follekulun götürüldüyü iddia olunur. Bu prosedur isə qadınların narkoz altında olduqları zaman, xəbərləri olmadan həyata keçirilir. Donordan 500-700 manata follekul alan klinikalar bunu iki-üç dəfə artıq qiymətə satırlar.

 Bütün bu hərc-mərclik isə ona görə baş verir ki, qanunvericilikdə bununla bağlı boşluqlar var. Azərbaycan qanunvericiliyində reproduktiv texnologiyalarla bağlı bəzi qaydalar olsa da, bu cür kommersiya xarakterli donor alverinə dair konkret nəzarət mexanizmi zəifdir. Eyni donorun bir neçə ailədə istifadə olunması, uşaq məlumatlarının anonim saxlanması və donor razılığının formal şəkildə alinması kimi hallar risk yaradan məqamlar arasındadır.

Bizimlə söhbətdə cərrah-ginekoloq Rəşad Sultan deyib ki, Türkiyədə  bu cür donorluq yasaqdır: “Əslində bu proses süni mayalanma kimi yox, bədəndən kənarda mayalanma kimi tərcümə olunur. Əgər qadının yumurtalıqları, kişinin cinsiyyət vəziləri işləyir, amma hansısa xəstəlik səbəbindən problem varsa, o zaman döllənmə prosesində yardımçı olunur. Biz bunu kənarda laboratoriyada edirik. Sonra o uşağı ana bətninə qoyuruq. Bunun sayəsində insanlar övlad sahibi olurlar. Donorluq isə süni mayalanma demək deyil. Bir çox hallarda ananın yumurtalıqları erkən tükənir, kişinin cinsiyyət vəzilərində toxum istehsal olunmur. Nə edə bilərlər, bunlar da uşaq sahibi olmaq istəyirlər. Bu zaman başqasının yumurta hüceyrəsindən mayalanma əldə edilir, hamiləlik davam etdirilir. Bu donorluq hesab olunur.  Qardaş ölkə Türkiyədə donorluq qadağandır, bunu etmək istəyənlər başqa ölkələrə gedirlər. Bu problemlər hüquqla tənzimlənməlidr. Tibbin digər sahələri hüquqla tənzim olunuduğu kimi, bu məsələlər də reproduktiv qanun adı altında ölkəmizdə mütləq tənzim olunmalıdır. İllərdir müzakirə olunsa da, biz reproduktiv sağlamlıq haqqında qanunun qəbulunu görmürük, gecikir. O qanunda göstərilməlidir ki,  genetik reyestr, yaxud portal yaradılsın, elektron baza olsun. Bilinsin ki, bir nəfər burada donorluq təklif edibsə, artıq başqa yerdə yenidən öz hüceyrələrini verə bilməz. Adı siyahıda olsun”.

Ginekoloq əlavə edib ki, qadınların və kişilərin donor olması səhhətlərinə mənfi təsir edə bilər, hətta ölümə səbəb ola bilər: “Hər bir tibbi prosedurun riskləri var, yumurta toplama bir tibbi prosedurdur və iki hissədən ibarətdir. Öncə dərman verib yumurta yetişdirilir. Bu zaman gözlədiyimizdən daha çox follekul yetişir, qarın boşluğuna su toplanır, qan laxtalana bilir. Böyrək, qaraciyər çatışmazlığına səbəb olur. Nadir hallarda da olsa, ölümə gətirib çıxarır. İkinci risk prosedurla bağlıdır. İynəni uşaqlıq yolu ilə salıb ultrasəs nəzarəti altında follekulları aspirasiya edirik. İynəni qarın boşluğundakı orqana, yumurtalığa batırırıq, hər nə qədər ultrasəs nəzarəti altında olsa da, orada orqan zədələnməsi, damar zədələnməsi, daxili qanaxma, infeksiyalar ola bilər. Bunlar da nadir hallarda da olsa, ölümə gətirib çıxara bilər. Bu prosedur nəticələrdir. Uzaq nəticələrinə gəldikdə isə təkrar-təkrar stimulyasiyalarda az ehtimal olsa da, xərçəng yaranması riski var”.

Hüquqşünas Ramil Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ölkə ərazisində insan orqanlarının və toxumalarının transplantasiyası haqqında qanun mövcuddur: “Bu qanunun əsas məqsədi ölkə ərazisində donorluğun qanuniləşdirilməsi və transplantasiyanın hüquqi əsaslarını, o cümlədən dövlətin mühüm vəzifələrini, tibb işçilərinin hüquq və vəzifələrini və digər münasibətləri tənzimləyir. Qanunun 3.3-cü maddəsində bildirilir ki, həmin qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, konkret desək, sperma və yumurtalıqların istifadəsinə, onların transplantasiyasına, rüşeymləşdirilməsinə, qan və onun komponentlərinə şamil olunmur. Həmin qanundan çıxış edərək bildirmək istəyirəm ki, 32-ci maddədə donor orqanlarının alqı-satqısını və reklamı Azərbaycan Respublikasının ərazisində qadağandır. Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən insan orqanları və toxumalarının, həmçinin donor orqanlarının alqı-satqısı ölkə ərazisində cinayət hesab olunur. 137.1-ci maddəyə əsasən 6 min manatdan 9 min manatadək cərimə olunur. İki ilə qədər islah işləri və ya 3 ilə qədər vəzifə tutmaq,  müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunur. əgər şəxsin razılığı olmadan məcburi şəkildə bu fəaliyyətin həyata keçirilməsi isə 4 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır”.

Vəkil deyir ki, dünyanın bir sıra ölkələrində follekul donorluğu qanunidir:  “Bununla bağlı bəzi ölkələr artıq qanunvericilikdə əlavələr və düzəlişlər ediblər. Azərbaycanda bu, qanuni hesab olunmur, birbaşa cinayət hesab olunur. Əgər qanuni hala gətirilərsə, Ailə Məcəlləsinə də, Mülki Məcəlləyə, bütün qanunvericilik sisteminə dəyişiklik edilməlidir. Bir hüquqşünas kimi hesab edirəm ki, reproduksiya ilə bağlı fəaliyyət dövlət tərəfindən nəzarət olunmalıdır. Bunun gizli aparılması isə gələcəkdə sağlamlıqla bağlı çox ciddi nəticələrə səbəb ola bilər. Ona görə dövlət bununla bağlı sərt cəza siyasəti həyata keçirməlidir. Gələcəkdə qardaş və bacıların bilmədən evlənməsinin qarşısını almalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 İyun 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see130

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see129

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see128

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see125

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see124

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see123

Rusiya Ukraynanın itkilərini yenilədi KONKRET

11 İyun 2025 15:44see122

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see121

Azərbaycanda kripto ilə ödəniş etmək mümkün olacaq? AÇIQLAMA

11 İyun 2025 12:32see119

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see118

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see117

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see116

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see116

Böyük Britaniyada küçədə gecələmək cinayət sayılmayacaq

11 İyun 2025 12:43see115

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see115

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see115

Ən uzunömürlü 3 BÜRC

11 İyun 2025 13:39see115

3 günlük matəm: YENİ DETALLAR ORTAYA ÇIXDI

11 İyun 2025 12:34see114

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri