Netanyahuya daha bir məhkəmə zərbəsi: arvadına belə cəza kəsildi...
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin baş nazirinin həyat yoldaşı Sara Netanyahu keçmiş əməkdaşı Silvi Qansiyaya 10 min şekel məhkəmə xərci ödəyəcək.
Moderator.az xəbər verir ki, Təl-Əviv Sülh Məhkəməsi Sara Netanyahunun keçmiş iqamətgah əməkdaşı Silvi Qansiyaya qarşı böhtan və şəxsi həyatın toxunulmazlığının pozulması iddiasını rədd edib.
“Ynet”, “Israel Hayom” və “Calcalist” nəşrlərinin məlumatına görə, 2020-ci ildə qaldırılan 200 min şekellik iddia Qansiyanın mətbuata verdiyi müsahibələrdən sonra irəli sürülmüşdü. O, baş nazirin iqamətgahında işləyərkən Sara Netanyahu tərəfindən təhqir və alçaldıcı münasibətlə üzləşdiyini bildirmişdi.
Məhkəmə hakim İlаn Rosenin qərarı ilə Qansiyanın açıqlamalarının həqiqətə uyğunluğu və vicdanlılıq müdafiəsini qəbul edib. Həmçinin onun şəxsi həyatın toxunulmazlığını pozduğu barədə iddia da rədd olunub.
Qeyd edək ki, altı ildən çox davam edən məhkəmə çəkişməsində Qansiyaya qarşı daha əvvəl çıxarılmış 100 min şekellik təzminat qərarı da ləğv edilmişdi. Buna səbəb onun əvvəlki vəkilinin məhkəməyə yekun arqumentləri təqdim etməməsi olmuşdu.
Beləliklə, məhkəmə Sara Netanyahunun iddiasını tamamilə rədd edib və onu qarşı tərəfə 10 min şekel məhkəmə xərci ödəməyə məhkum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Noyabr 2026 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















