8 Noyabr prospekti bu gecədən bağlanır Sürücülərin nəzərinə!
Icma.az bildirir, Gununsesi portalına istinadən.
8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur.

8 Noyabr prospekti bu gecədən bağlanır Sürücülərin nəzərinə!
06 Noyabr 2024 14:36
8 Noyabr prospekti bu gecədən bağlanır: Sürücülərin diqqətinə!
06 Noyabr 2024 14:30
8 Noyabr prospekti bu gecədən bağlanır DYPdən MÜRACİƏT
06 Noyabr 2024 14:28
8 Noyabr prospekti bu gecədən bağlanır Yeni Sabah
06 Noyabr 2024 15:45

