Icma.az
close
up
RU
8 noyabr tarixi Azərbaycanın ən şərəfli səhifələrindən biridir ŞƏRH

8 noyabr tarixi Azərbaycanın ən şərəfli səhifələrindən biridir ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Bu, real faktordur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 20 illik Prezidentlik fəaliyyəti dövründə planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyaraq Zəfər Qələbəsi qazandı. Başqa yol da ola bilməzdi. Çünki bu gün Azərbaycan qətiyyətli nizamlı siyasəti ilə minalanmış ərazilərin xəritələrini Ermənistandan bir-bir alaraq öz hədəflərimizə çatırıq. Bütün dünya gördü ki, Azərbaycan bütün şərtləri diktə edən tərəfdir. Çünki Azərbaycan Vətən müharibəsində qalib gəlib və hazırda şərtləri diktə edən tərəfdir. Və hazırda prioritet vəzifə ərazilərin minalardan təmizlənməsini daha tez başa çatdırmaqdır. Ermənistan otuz il işğal altında saxladığı ərazilərdə çoxlu mina basdırıb və onların xəritəsini gizlədir. Minatəmizləmə ilə əlaqədar xarici ölkələrin təcrübələrinə baxsaq görərik ki, bu iş uzunmüddətlidir.
Bu gün Azərbaycanın yeni tarixini yazan, xalqımıza 44 gün ərzində 30 illik həsrətə son qoyan Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə noyabrın 8-də qeyd edəcəyimiz qələbəmizin Zəfər Günü dövlət başçımızın dediyi kimi: “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”
Cəmi 44 gün ərzində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqları işğaldan azad etdi və tarixi ədaləti bərpa etdi. Bu qələbə təkcə hərbi gücün deyil, həm də milli iradənin, birliyin və ədalətə inamın təntənəsi idi. Müharibədən sonra başlanan bərpa və quruculuq mərhələsi Azərbaycanın gələcəyə baxışını müəyyənləşdirdi. Azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” prosesi, infrastrukturun bərpası, sosial rifah və məşğulluq proqramları dövlətin xalqa olan diqqət və qayğısını nümayiş etdirir. Zəfər Günü həm də milli kimliyin möhkəmlənməsi, dövlətçilik ənənələrinin daha da güclənməsi və gələcək nəsillər üçün qürur mənbəyidir. Bu Qələbə ilə Azərbaycan yalnız öz torpaqlarını deyil, həm də tarixi ədaləti, milli birliyini və ləyaqətini bərpa etmiş oldu.
Qürurla deyə bilərik ki, Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər xalqdır, dəmir iradəyə malik olan xalqdır və qürurla qalib ölkənin vətəndaşı olaraq Zəfər gününü sevinclə qarşılayırıq. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Altun İbrahimov

YAP Sabunçu rayon təşkilatının məsləhətçisi, Vətən müharibəsi iştirakçısı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Noyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see394

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see323

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see265

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see262

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see258

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see245

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see240

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see231

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see228

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see221

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see219

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see219

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see217

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see215

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see207

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see205

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see202

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see199

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see198

Liviyanın neft itkiləri 30,7 milyon dolları ötüb

22 Noyabr 2026 06:49see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri