Icma.az
close
up
RU
8 Noyabr tarixi gələcək nəsillər üçün də qürur mənbəyi olacaq Yeni Sabah

8 Noyabr tarixi gələcək nəsillər üçün də qürur mənbəyi olacaq Yeni Sabah

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan tarixində 8 noyabr 2020-ci ildə qazandığımız böyük Zəfər qələbəmizə bərabər tutula biləcək bir tarix yaşamamışdıq. Bu tarixdə dünya azərbaycanlılarının qürur mənbəyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri erməni işğalından azad edildi. Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi gələbə dünyada öz unikallığı ilə tarixə yazılmış oldu. Dünya tarixində belə bir hadisə olmamışdır ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi.

44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdi, döyüşlər zamanı bir addım belə geri çəkilmədi. Əsgərlərimiz torpaqlarımız və dövlətimiz naminə öz canlarını, qanlarını əsirgəmədilər. Azərbaycan xalqı həmişə olduğu kimi müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız  cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət dəmir bir yumruğa çevirildi. Elə bir yumruğa çevrildi ki, bu yumruğu açmağa heç kimin nə gücü, nə də güdrəti çatmaz. 

Prezident cənab İlham Əliyevin hərb meydanında Müzəffər sərkərdə,  diplomatik cəbhədə də böyük diplomat va güclü siyasətçi olması öz təsdiqini tapdı.

Cənab İlham Əliyev 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gəldi və mübarizlik rəmzinə çevirildi. 

Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan bir gün də olsun Qarabağla bağlı xalqımızın ruh düşkünlüyünə qapılmasına yol vermədi. Xalqımız da hər zaman vətən həsrətini, vətən sevgisini ürəklərində yaşatdı. Hər zaman vətəni və dövləti sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də  bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qalib xalq kimi qazandıq. 

Ulu öndər Heydər Əliyev xalqla ğörüşlərində "Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün  torpaqlarımızı qaytaracağıq" deyirdi.

Cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu, irsini rəhbər tutaraq bu yolu davam etdirdi. "Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır" söyləyirdi. Ölkə başçımız Ulu öndərə və xalqa verdiyi vədləri yerinə yetirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün cənab İlham Əliyevin  Ulu öndərin qəbrini ziyarət etməsi və orada "Mən xoşbəxtəm ki, ata vəsiyətini yerinə yetirdim" deməsi xalqın öz liderinə olan sevgisini daha da artırdı. İlham Əliyev öz irsinə, dövlətinə, xalqına bağlı bir şəxsdir. Ulu öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" deməsi bu gün öz təsdiqini tapıb və tapmaqdadır.

Bu gün Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə günahsız gətlə yetirilmiş mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz bütün dünyaya  göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamayacağıq.

Şuşa şəhəri işğaldan azad edildikdən sonra bəziləri düşünürdülər ki, 2020-ci il 10 noyabr Bəyannaməsindən sonra qalan torpaqlarımız geri alınmayacaq. Prezident cənab İlham Əliyev bütün çıxışlarında Azərbaycan xalqına və dünya ictimaiyyətinə çatdırmışdır ki,  bir qarış torpağımız belə düşməndə qalmayacaq. 2023-cü il sentyabrın 15-20-də Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 48 dəqiqə ərzində Qarabağdakı erməni hərbi birləşmələrini və onlara məxsus hərbi texnikalarını məhv etdi. Separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər. Bununla da Azərbaycanda separatizmin kökü tamamilə kəsildi. Prezident cənab İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Əskəran və Ağdərədə Dövlət Bayrağımızı dalğalandırdı və dövlət suverenliyimiz tam bərpa olundu. 

Şuşa şəhəri öz tarixi görkəmini saxlamaqla dünya şəhərsalma prinsiplərinə əsasən yenidən qurulur. Artıq Şuşa şəhərinin sakinlərinin bir hissəsi öz doğma evlərinə dönüblər. Bu gün Şuşa öz füsünkarlığı ilə hər kəsi heyrətləndirir.

Prezident cənab İlham Əliyevin 2021-ci il Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında "Şuşa ili" elan edildi. Prezidentimizin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 8 noyabr Şuşa şəhəri kimi qeyd olunur. 

2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 21 noyabr tarixli Sərəncamına əsasən Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdir.

Şuşa şəhəri işğaldan azad edildikdən sonra Prezident cənab İlham Əliyev dəfələrlə Şuşa şəhərinə səfər etmiş, bir çox sosial, mədəni, tarixi, dini abidələrin bərpası və yenidənqurmasından sonra açılışlarında iştirak etmişdir. Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazmaqda davam edir. Bu şanlı tarix bugünkü nəsillərlə yanaşı gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.

Kamilə Əliyeva 

BDU-nun kafedra müdiri, professor


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Noyabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri