8 yaşdan kiçik qızlarda bu əlamətlər varsa…
Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.
Qız uşaqlarında cinsi inkişaf erkən və ya gecikmiş ola bilər. Bu yaş dönəmlərində analar diqqətli olmalıdır.
“Medicina” xəbər verir ki, uşaq endokrinoloqu Ziya Qurbanov 8 yaşdan kiçik qız uşaqlarında bu əlamətlərə diqqət çəkib.
“Valideynlər ən çox bu əlaməti görür: qolaltı və bədəndən çox kəskin tər qoxusunun gəlməsi, tüklənmənin olması, süd vəzilərinin sürətlə inkişafı, saç yağlanması, üzdə səpkilər, əsəbilik, həssaslıq, vaxtından əvvəl menstruasiya olması.
Ümumiyyətlə, 11 yaşdan əvvəl menstruasiya başlayırsa, bu erkən cinsi inkişaf və hormonal disbalans ola bilər, yəni normal sayılmır. Vaxtında həkimə müraciət etdikdə, erkən cinsi inkişafı dayandırmaq olur”.
Aygün Musayeva
Baxış sayı:114
Bu xəbər 31 İyul 2025 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















