Icma.az
close
up
RU
Deputatın təklifi mübahisə yaratdı Tanınmışlar etiraz etdilər

Deputatın təklifi mübahisə yaratdı Tanınmışlar etiraz etdilər

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin deputatı Hikmət Babaoğlunun yol hərəkəti nişanı ilə bağlı bir təklifi müzakirələrə səbəb olub.

Deputatın dayanmadan keçmək qadağandır nişanındakı “STOP” sözünün “TOXTA” sözü ilə əvəzlənməsini təklif etməsi birmənalı qarşılanmayıb və mübahisə doğurub.

Hikmət Babaoğlu təklifini onunla əsaslandırıb ki, “STOP” sözü Azərbaycan dilinə yaddır və onun əvəzinə “DUR” ya da “TOXTA” sözünü işlətmək daha məqsədəuyğun olar. “DUR” sözünün əmr formasında olduğunu və burada hərəkətin davamlılığının ifadə olunmadığını qeyd edən deputat yekun variant kimi “TOXTA” sözünün üstündə dayanıb. O əlavə edib ki, bu sözdə hərəkətin davamı ilə bağlı müəyyən semantik çalar da var: “Yəni dayan, nəfəsini dər və sonra hərəkətinə davam et”.

Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdəki müzakirələrə qoşulan tanınmış şəxslər deputatın təklifini yersiz hesab ediblər. Kimi bu təklifə ironiya edib, kimi də deputatı daha vacib problemlərdən danışmağa çağırıb.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, Qazaxıstanda “TOKTA” sözündən istifadə olunur. Yəqin ki, Hikmət Babaoğlu da oradan örnək alıb. Aqil Camal “TOXTA” sözündənsə, “DAYAN” sözünü daha məqbul hesab edib.


Veteran jurnalist Qalib Arif deputatın yanlış təklif səsləndirdiyini qeyd edib. O deyib ki, “STOP” rus sözü deyil, beynəlxalq səviyyədə qəbul olunmuş ifadədir. Onu dəyişmək nəyə gərəkdir?

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Hikmət Babaoğluna etiraz edib:

“Yol hərəkətini tənzimləyən işarələr beynəlxalq standartların tələbinə uyğunlaşdırılır. Məsələn, sırf vizual baxımdan yanaşsaq, Almaniyadan gələn turist “TOXTA” sözünün mahiyyətini anlamaz. Beynəlxalq sürücülük vəsiqələri verilərkən bu faktorlar nəzərə alınır.
Burada “TOXTA” ifadəsi heç cür uyğun deyil. Azərbaycancada “STOP” sözünə “DAYAN” və ya “DUR” uyğundur. “TOXTA” sözü daha çox gərginlikdə olan, nəsə bir işi yorularaq dayanmadan görən, bir işdə səhvə yol verən şəxslərə yönəlik tətbiq edilir”.

Hüquq müdafiəçisi Sahib Məmmədov da “STOP” yol nişanının beynəlxalq standartlara uyğun tətbiq olunduğunu vurğulayıb:
“Beynəlxalq konvensiyadakı işarədə “STOP” sözü yazılmalıdır. Amma altında, ya da üstündə fərqli dildə yazmaq olar. Bəs bunu etmək lazımdırmı? Sonra kimlərsə rəng pulu üçün 50 milyon siləcək”.


Vəkil Nemət Kərimli Hikmət Babaoğlunun təklifini məqbul saymayıb:

“Bu adam başa düşməlidir ki, yol nişanları beynəlxalq statusdadır, üzv dövlətlər üçün eyni cür qəbul edilir.
Azərbaycan 29 aprel 1997-ci ildən “Yol hərəkəti haqqında” 1968-ci il Vyana Konvensiyasına, 21 dekabr 2010-cu ildən isə “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyasına qoşulub.
Bu Konvensiyanı keçmiş SSRİ 8 noyabr 1968-ci ildə imzalayıb, vaxtilə onun tərkibində olan Azərbaycan müstəqillik əldə etdikdən sonra həmin Konvensiya respublikamıza da aid olub.
“Yol hərəkəti haqqında” Konvensiya və ya “Yol hərəkəti üzrə Vyana Konvensiyası” beynəlxalq yol hərəkətini asanlaşdırmaq və müqavilə bağlayan tərəflər arasında standart yol hərəkəti qaydalarını müəyyən etməklə yol təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulmuş beynəlxalq müqavilədir.
“STOP” yol işarəsi yeganə yol işarəsidir ki, səkkizbucaqlıdır, çünki o işarəyə əməl etməməyin nəticələri çox ağır olur, ona görə fərqli ediblər, dərhal tanınsın, hətta üzərindəki yazı pozularsa, görünməz olarsa belə”.

Əməkdar jurnalist İlqar Əlfi deyib ki, “STOP” nişanı bütün qalan nişanlar kimi beynəlxalq statusludur və dünyanın hər yerində eyni cür yazılır.
"Hədəf" Şirkətlər Qrupunun rəhbəri Şəmil Sadıqov isə yarızarafat-yarıgerçək öz təklifini səsləndirib: "Əlimiz batmışkən “svetofor”u, dilimizdəki “işıqfor”u da "yönişığı" ilə dəyişək. "İşıqfor" da gərəksiz sözdür, dilə keçmədi. Mən uzun illərdir ki, "yönişığı" kimi istifadə edirəm".

Xatırladaq ki, “STOP” yol nişanı rəsmi olaraq “Dayanmadan keçmək qadağandır” (Nişan 2.5) adlanır və sürücünün qarşıdakı xətt və ya kəsişmə qarşısında avtomobili tam dayandırmasını tələb edir. “STOP” nişanı “Üstünlük nişanları” kateqoriyasına aiddir.


Nişanın tələbinə görə, yolun boş və ya dolu olmasından asılı olmayaraq, sürücü mütləq nəqliyyat vasitəsinin hərəkətini tam dayandırmalıdır. Əgər yolda “STOP xətti” (nişanlanma xətti) varsa, xəttin qarşısında; xətt yoxdursa, nişanın öz bərabərliyində dayanmaq lazımdır.

Bu nişan əsasən görünüşü məhdud olan kəsişmələrdə, dəmiryolu keçidlərində və ya xüsusi postların qarşısında qoyulur və kəsişən yoldakı digər nəqliyyat vasitələrinə yol vermək öhdəliyi yaradır.

Müasir yol kameraları və radarlar avtomobilin tam dayanıb-dayanmadığını qeydə ala bilir. Sürəti sadəcə azaldaraq keçmək elektron sistem tərəfindən qayda pozuntusu kimi qəbul edilir və protokol tərtib olunur.

Azərbaycanda bu nişanın tələbini pozmağa görə cərimə məbləği xətanın törədildiyi şəraitdən asılı olaraq 40 manat (İXM-in 327.1-ci maddəsi) və ya 80 manat və 3 bal (İXM-in 327.2-ci maddəsi) təşkil edə bilər.

A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Noyabr 2026 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri