Fridrix Merts alman iqtisadiyyatının bəzi sektorlarında yaranan vəziyyəti kritik adlandırıb
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Almaniya Kansleri Fridrix Merts Almaniya iqtisadiyyatının bəzi sektorlarında yaranan vəziyyəti kritik hesab edir.
AZƏRTAC xəbər verir ki, o, bunu XDİ/XSİ və Almaniya Sosial Demokrat Partiyasının (SPD) Bundestaq üzvlərinə ünvanladığı məktubda bildirib və həmin məktubdan çıxarışlar “Tagesschau” xəbər portalı tərəfindən dərc edilib.
Kansler 2026-cı ilə qədər Almaniya iqtisadiyyatının stimullaşdırılmasını əsas prioritet kimi müəyyən edib. O bildirib ki, indiyə qədər qəbul edilmiş bütün qərarlar hələ ki, rəqabət qabiliyyətinin kifayət qədər artmasına gətirib çıxarmayıb.
Merts etiraf edib ki, iqtisadiyyatın bəzi sektorlarında vəziyyət çox kritikdir. O yazıb: “Əmək xərcləri, enerji məsrəfləri, bürokratik əngəllər və vergi yükü hələ də çox yüksəkdir. Bu məsələlərin həlli siyasi etimadı və sosial birliyi gücləndirəcək”.
Almaniya hökumətinin başçısı Kiyevə davamlı dəstəyin verilməsinə sadiq olduğunu bir daha təsdiqləyib, eyni zamanda, ölkəsinin Ukraynanın suverenliyini təmin edəcək sürətli atəşkəs üçün çalışmağa davam edəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 06 Yanvar 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















