Icma.az
close
up
RU
8,5 min tələbə buna görə təhsili yarımçıq qoyub: Pulsuzluq, həvəssizlik və problem

8,5 min tələbə buna görə təhsili yarımçıq qoyub: Pulsuzluq, həvəssizlik və problem

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, 57236 nəfər (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 

Hər il qəbul imtahanında 10 minlərlə abituriyent ali məktəbə qəbul olmasına baxmayaraq, təhsili yarımçıq qoyub, universitetdən ayrılanların da sayı az deyil. Belə ki, ötən il 8574 nəfər bakalavr və magistr ali təhsili yarımçıq qoyub. Ekspertlər bunu müxtəlif amillərlə izah edirlər. 

Maraq doğuran odur ki, əgər təhsilini davam etdirməyəcəksə, niyə gənclər vaxt, vəsait sərf xərcləyərək ali məktəbə qəbul olmağa cəhd edirlər və onları ali məktəbi tərk etməyə vadar edən nədir? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, 2023-2024-cü illərdə bakalavr və magistr təhsilindən ayrılan gənclərin sayı 7 min nəfərdən artıq olub:

“Artıq 2024-2025-ci illərdə həmin rəqəm 8 minə çatıb və bu tendensiya davam edir. 

Çox təəssüf ki, bu məsələ ilə bağlı analiz, təhlil aparmaq mürəkkəbdir. Ona görə ki, Dövlət İmtahan Mərkəzi hansı kateqoriyadan olanların niyə təhsili yarımçıq qoymaları ilə bağlı açıq informasiya təqdim etmir. Ancaq statistika təqdim edirlər”. Onun fikrincə, ümumilikdə bu qədər tələbənin təsildən ayrılmasında 3 amil özünü göstərir:

“Birinci amil odur ki, ixtisas seçimində yalnış kodlaşdırma ilə bağlı bir il oxuyur, sonra düşünür ki, bu ixtisas onun üçün maraq doğurmur, əmək bazarında özünə yer tapa bilməyəcək. İkinci qrupun ödənişlə bağlı maddi imkanı olmur və yaxud fikirləşir ki, bu qədər ödəniş etməkdənsə gedib xaricdə, məsələn, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstanda təhsil alsa, bundan daha yaxşıdır. Başqa bir qrup də akademik göstəriciləri aşağı olduğuna, yəni oxuya bilməyəcəyini müəyyənləşdirdiyinə görə təhsili yarımçıq qoyur.

Onların sayı da təəssüf ki, hər il artır. Ona görə də dəfələrlə qəbul qaydalarında dəyişiklik təklif edirik, ancaq bu iş yarımçıq qalır”. 

Ekspert deyir ki, ali məktəblərə qəbul ixtisaslar üzrə aparılmalıdır, qruplar üzrə deyil: 

“Məsələn, hüquqşünas tarixçi olmasın, yaxud filoloq olmaq istəyən gedib başqa bir sahəni seçməsin. Ona görə də nə qədər ki, bizdə ixtisaslar üzrə seçim olmayıb, Təhsil Tələbə Kredit Fondunun mövqeyində yumşalma getməyib, problemin həlli çətin olacaq. Məsələn, kredit almaq istəyən tələbələrin mütləq 71 və yaxud 81-dən çox balı olmalıdır. 

Ondan aşağı göstəricisi olan uşaqlara kredit verilmir. Bu da maliyyə asılılığı olanların universitetdən kənarlaşmasına gətirib çıxarır. Ödəniş edə bilmir və növbəti ildən universitetə buraxılmır. Təəssüflər olsun ki, bu kimi hallar da var. Digərləri də xaricə “axına” qoşulur””. 

Ekspertin sözlərinə görə, ödənişlə bağlı universitetlərdə bir qədər güzəştli addımlar atılır:

“Belə ki, ödənişin 2-3 dəfəyə ödənilməsi şərti var. Elə universitet var ki, ödənişlə bağlı ancaq 2 dəfə güzəşt edə bilir. Ancaq universitetdə oxumaq həvəsi birinci il üçün addımlar atmağa sövq etsə də sonrakı ildə maliyyəni çatdıra, kredit ala bilmir. 

Birinci il üçün tam ödəniş etməlidir. İkinci ili də 2 dəfəyə güzəşt edə bilirlər. Bu da müəyyən ailələrdə problem yaradır. Bəzi tələbələr gəlib paytaxtda fəhlə işi də olsa tapır ki, krediti ödəyə biləcək. Sonra fikirləşir ki, əgər burada pul qazana bilirəmsə, niyə gedib universitetdə vaxt itirim? Bu kimi hallar var”. 

Xaricdə tələbələr əsasən oxuya bilmədikləri üçün təhsili yarımçıq qoysalar da, ekspert deyir ki, bizdə bu məqsədlə imtina yoxdur: 

“Azərbaycan universitetlərində “oxuyub”, “idarə etmək” olur. Yəni bizim universitetlərə qəbul olan onsuz da gec-tez bütün hallarda bitirir. Xarici ölkələrdə qəbul olunanların 50-60 faizi universiteti bitirə bilir. Ancaq bizdə bu rəqəm 101 faiz olur. 

Çünki kənardan da universitetə köçürmə olunanlar olur ki, bunun nəticəsində tələbə sayı 100 faizi ötür. Bu gün bir tərəfdən qəbul sayının artırılmasını müşahidə edirik. Yaxın bir neçə il ərzində tələbə sayını 75 minə çatdırılması nəzərdə tutulur. Ancaq digər tərəfdən də 8 mindən artıq tələbə xaric olur və bu, acınacaqlı haldır. Bu, müvafiq qurumları düşünməyə vadar edir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: tələbə təhsil Məzahir Məmmədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri