Tramp Ərdoğanı Qəzza Sülh Şurasında qurucu üzv qismində iştiraka dəvət edib FOTO
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ lideri Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Şurasında qurucu üzv qismində iştiraka dəvət edib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X"də yazıb.
O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsində ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinə son qoymaq üçün bəyan etdiyi Kompleks Planın (Comprehensive Plan to End the Gaza Conflict) dəstəklənməsi qərara alınıb.
"Bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin olunması və yenidən qurulmasından məsul olacaq Sülh Şurası və onun orqanları təsis edilir. ABŞ Prezidenti Donald Tramp 2026-cı il yanvarın 16-da Sülh Şurasının qurucu sədri qismində bir məktub göndərərək Prezident Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasında qurucu üzv kimi yer almağa dəvət edib", - B.Duran yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 17 Yanvar 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















