85 yaşlı kişi nəvəsinin arzusunu gerçəkləşdirdi
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Ordu vilayətinin Perşembe rayonunda 85 yaşlı Adnan Çandır nəvəsinin uşaqlıq arzusunu gerçəkləşdirib.
“Yeni Sabah” xəbər verir ki, Çandır pandemiya dövründə nəvəsi Aytekinin dilə gətirdiyi ağac ev arzusunu unutmadan, təxminən 90 illik palıd ağacının budaqları arasında taxta ev tikdirib.
Ev 5-6 gün ərzində hazırlanıb. Yerdən 6 metr yüksəklikdə yerləşən 16 kvadratmetrlik evdə bir otaq və balkon var. Ağacların arasında yerləşən tikili görünüşü ilə kiçik yayla evini xatırladır. pizza hut
Adnan Çandır bildirib ki, evin tikintisində əlində olan materiallardan istifadə edib və ustaların köməyindən yararlanıb. O, ağacın öz doğulduğu illərdən mövcud olduğunu və illər ərzində böyüyərək möhtəşəm görkəm aldığını deyib.
Çandırın sözlərinə görə, ağac evə maraq böyükdür. Hətta müxtəlif ölkələrdən gələn turistlər də tikilini görmək üçün əraziyə baş çəkirlər.
Məhəllə sakini Oktay Keleş isə bu evin baba-nəvə arasında gerçəkləşən gözəl bir xəyalın nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, ötən il Kanada və Yeni Zelandiyadan üç cütlük ağac evi görmək üçün bölgəyə gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 Sentyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















