9 nəfəri öldürən yeniyetmənin atası həbs edildi
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insidentlə bağlı istintaq çərçivəsində hücumu törədən İ.A.M.-nin atası U.M. həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Baş İdarəsi açıqlama yayıb.
Bildirilib ki, aparılan ilkin araşdırmalar zamanı şübhəlinin vatsap profilində 2014-cü ildə ABŞ-də hücum həyata keçirən Elliot Rocerə istinad edən şəkildən istifadə etdiyi müəyyən olunub.
Qeyd olunub ki, şübhəlinin atası U.M. aprelin 15-də saxlanılıb və daha sonra məhkəmənin qərarı ilə həbs edilib.
Vurğulanıb ki, şübhəlinin yaşadığı evdə və atasına məxsus avtomobildə aparılan axtarışlar zamanı əldə edilən rəqəmsal materiallar müsadirə olunaraq araşdırmaya cəlb edilib.
Rəsmi məlumata görə, hadisə yerində istintaq tədbirləri tamamlanıb, kamera görüntüləri də daxil olmaqla, bütün sübutlar diqqətlə təhlil olunur.
İlkin nəticələrə əsasən, hadisənin terror təşkilatları ilə əlaqəsi aşkarlanmayıb və insident fərdi hücum kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 16 Aprel 2026 07:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















