Icma.az
close
up
RU
“91lər” YAPçı gənclərlə görüş istəyir Bəs onlar nə düşünür?

“91lər” YAPçı gənclərlə görüş istəyir Bəs onlar nə düşünür?

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət ziyalı qrupu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini və ətrafında birləşdiklərini elan etmişdi. 24 oktyabr 1992-ci ildə Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdi.

21 noyabr 1992-ci ildə isə Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.
Heydər Əliyevə müraciət edən ziyalılar qrupu partiyanın tarixinə "91-lər" olaraq düşüb.

Modern.az saytı Yeni Azərbaycanın Partiyasının 32-ci ildönümü ərəfəsində "91-lər"in nümayəndəsi, eks-deputat Şahlar Əsgərov və YAP-ın Milli Məclisdəki ən gənc deputatı Mahir Süleymanlı ilə həmsöhbət olub.
 

Şahlar Əsgərov bildirib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə zərurətdən yaranıb:
 

“O zaman Azərbaycanın qarşısında böyük problemlər vardı. Nəticədə ziyalılardan ibarət bir partiyanın qurulmasına zərurət yarandı. 91 nəfər ziyalı Ümumilli lider Heydər Əliyevə müraciət etdi. Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş "91-lər"in 6 nəfəri akademikdir, aralarında onlarla professor var”.



Ş.Əsgərovun sözlərinə görə, bu gün "91-lər"lə Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında görüşün təşkilinə ehtiyac var:


“O dövrdə Heydər Əliyev Naxçıvanda yaşayırdı və Bakıya gəlməsinə bir növ qadağa qoyulmuşdu. Böyük dövlətlər bilirdilər ki, Heydər Əliyev Bakıda yaşasa, Azərbaycan tam müstəqil olacaq və nefti ələ keçirə bilməyəcəklər. Ona görə də Heydər Əliyevin Bakıda yaşamasına mane olurdular. Bu səbəbdən YAP Naxçıvanda təsis olundu. Heydər Əliyevə yazılan məktub belə adlanırdı: “Azərbaycan sizin sözünüzü gözləyir”. Bu məktub Ulu öndərin Bakıya dəvəti idi. Onun Bakıya gəlməsi böyük qüvvələrin arzularını ürəyində qoydu. Heydər Əliyevə qoyulmuş o qadağanı "91-lər" götürdü. Ulu öndərə çox yaxın olan adamlardan eşitdiyim sözü deyim, Heydər Əliyev "91-lər"in siyahısına baxanda Kommunist Partiyası dövründə vəzifə verdiyi adamların adını görməmişdi.
"91-lər" Heydər Əliyevi təmənnasız müdafiə ediblər. "91-lər"in fəaliyyətinin təməlində təmənnəsızlıq durur. Bunu Prezident İlham Əliyev də bildirib. Onlar Azərbaycanın taleyini düşünüb yola çıxdığına görə, gənclərlə görüş əhəmiyyətlidir”.
 

Şahlar Əsgərov gənc YAP-çılara tövsiyə edib ki, Vətəni nəyinsə xatirinə sevmək lazım deyil:
 

“Vətəni vəzifə xətrinə sevən yaxşı vətəndaş deyil. Vətən minnətsiz sevilməlidir, "91-lər"in arasında oliqarx yoxdur. Onlar Heydər Əliyevi özləri üçün yox, Vətən üçün çağırdılar. Vətəni sevmək lazımdır, bu sevgi həqiqi olmalıdır. Bu sevgi neft xatirinə, vəzifə xatirinə olmamalıdır”.
 

YAP-ın ən gənc deputatı Mahir Süleymanlı bildirib ki, 32 il əvvəl çox çətin bir vaxtda, "91-lər"in Ulu öndərə müraciəti əsasında YAP təsis edilmiş, Heydər Əliyev sədr seçilmişdi:


“O dövrdə ölkədə vəziyyət çox pis idi, siyasi təcrübəsi olmayan insanlar hakimiyyətə gəlmişdilər, hərc-mərclik hökm sürürdü, idarəolunmaz vəziyyət yaranmışdı. Belə bir vəziyyətdə Ulu öndər 1992-ci ilin 21 noyabrında Yeni Azərbaycan Partiyasını yaratdı. Növbəti prezident seçkilərində, yəni 1993-cü ilin oktyabrında Azərbaycanın dövlət başçısı seçildi. Bundan sonra ölkənin həyatında yeni bir mərhələ başladı, iqtisadiyyatımız inkişaf etdi, "Əsrin müqaviləsi" imzalandı və Ulu öndərimiz Azərbaycanı daha da uğurlu gələcəyə gətirib çıxardı”.
Deputatın sözlərinə görə, bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir:

“YAP-ın sədri kimi cənab İlham Əliyev partiyanın işinin yaxşılaşmasına diqqət yetirir, gənclərə önəm verir. İlham Əliyev həm ölkəmizin Prezidenti, həm də YAP-ın sədri kimi çox uğurlu işlər görür. Biz də partiyamızın veteranlarını unutmamalı, onlara hər zaman diqqət və qayğı göstərməliyik. Biz partiyamızın qurucularından daim nələrsə öyrənməliyik. Bu gün partiyamızın rəhbər strukturlarında, yerli təşkilatlara rəhbərlik edən kadrlar arasında çox uğurlu olanlar var. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı da uğurla fəaliyyət göstərir. Bu da cənab Prezidentin seçdiyi kadrların səmərəli işindən irəli gəlir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri