Icma.az
close
up
RU
93 yaşlı məşhur aktrisanın cavanlıq sirri FOTO

93 yaşlı məşhur aktrisanın cavanlıq sirri FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyaca məşhur aktrisa Coan Kollins 93 yaşı olmasına baxmayaraq, öz cazibəsini və enerjisini qoruyub saxlayır.

Milli.Az xəbər verir ki, aktrisa qatıldığı tədbirlərdən birində 100 yaşına yaxınlaşmasına baxmayaraq, bu qədər gənc və enerjili qalmasının səbəblərindən danışıb:

"Hər səhər oyanıb təmiz havanı ciyərlərimə çəkirəm, yaxşı yatmağa çalışıram, bol su içirəm və özümə qayğı göstərirəm".

Coan Kollins bildirib ki, bəzən özünəinamını artırmaq istəyəndə köhnə filmlərinə baxır və bundan böyük zövq alır.

Aktrisanın illərə meydan oxuyan görünüşünün sirri hər kəs üçün maraqlıdır. Kollins daha əvvəl verdiyi müsahibələrdə ən yaxşı görünmək və özünü yaxşı hiss etmək üçün hələ də idman zalına getdiyini bildirib.

"Həftədə bir neçə dəfə şəxsi məşqçimlə məşq edirəm" - deyən aktrisa xüsusilə pilatesə üstünlük verir.

O, yaxşı genlərə sahib olduğu üçün özünü şanslı hesab edir və düşünür ki, əsas məsələ bu mirası düzgün qoruyub saxlamaqdır.

Coan Kollins enerjisinin sirrini isə belə izah edir:

"Mən həyata böyük bir coşğu ilə gəlmişəm. Anam deyirdi ki, uşaqlıqda heç vaxt yerimdə dura bilmirdim. Eyni anda beş fərqli iş görürdüm: tapmacalar həll edir, kukla evi düzəldir, kitab oxuyur, rəsm çəkir və detektiv olmağa çalışırdım".

Onun üçün həyat əsl hədiyyədir. Məşhur aktrisa hesab edir ki, bir çox insanlar bu qiymətli hədiyyənin dəyərini bilmədən onu boşa xərcləyirlər və buna görə də onlara təəssüflənir. (Musavat.com)

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 İyun 2026 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri