Icma.az
close
up
RU
A vitamini çatışmasa bədənimizdə nələr baş verər?

A vitamini çatışmasa bədənimizdə nələr baş verər?

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Vitaminlərin sağlamlığımıza təsirləri olduqca çoxdur. A vitamini də bunlardan biridir. İti görmənin, sağlam qığırdaq və sümükllərin, hamar dərinin memarı məhz A vitaminidir.

Bir çox qidada olan bu vitaminin çatışmazlığı xüsusilə böyümə çağı və hamiləlik dövründə ciddi problemlərə yol aça bilər. Bəs, kafi səviyyədə A vitamini almasaq bədənimizdə nələr baş verər? A vitamini çatışmazlığının əlamətləri nələrdir? A vitamini ehtiva edən qidalar hansılardır?

A vitamini çatışmazlığını göstərən ən əhəmiyyətli əlamətlərdən biri qeyri-kafi gözyaşı ifrazı, yəni quru göz sindromudur. Əgər bu narahatlıq uzun müddət davam etsə, görmə qabiliyyətinin itməsinə yol aça bilər.

Qadınlar hamilə qalmaqla əlaqədar problem yaşayırlarsa, demək A vitamini anbarlarına mütləq nəzarət edilməlidir. A vitaminindən zəngin qidalanmaq həm kişilərin, həm də qadınların reproduktiv sağlamlığına müsbət təsir edir.

A vitamini dəri toxumasını "təmir" etmə gücünə malikdir. Əgər bu vitamin çatışmazlığı varsa, dəridə sızanaqlar əmələ gəlir və həddindən artıq yağlanmaya səbəb olur.

Əgər dərinizdəki yaraların geç sağaldığını fərq edirsinizsə kök, portağal, süd və qırmızı ət kimi A vitamini ehtiva edən yeməkləri nə qədər istehlak etdiyinizi bir daha nəzərdən keçirin.

Qeyri-kafi A vitamini qəbulu el arasında "toyuq korluğu" kimi tanınan pozulmaya yol aça bilər. Bu vəziyyətdə göz sisteminin iti görmək qabiliyyəti zəifləyər və qaranlıqda görmək çətin hala gələ bilər.

A vitamini, bədənin dəri toxumasının ehtiyac duyduğu nəmi təmin etmədə əhəmiyyətli bir rola malikdir. A vitamini çatışmayanda dəri o qədər quruyar ki, sanki yaralanmış kimi qırmızı bir rəng alar. Eqzama kimi xəstəlik, həddindən artıq qaşınmaq ortaya çıxar.

Bu, xüsusilə körpələrdə və uşaqlarda daha çox diqqət yetirilməsi lazım olan işarələrdəndir. Uşaqlıq dövründə A vitamini ilə zəngin qidalanma uşağın görmə sağlamlığından immunitet sisteminin güclənməsinə qədər böyük faydalar verər. Unutmayın, A vitamini çatışmazlığı olan uşaq yaşıdlarından daha gec böyüyər. (sherg.az)

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 08 Noyabr 2024 03:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri