Icma.az
close
up
RU
“ABAD” sədri Rüfət Elçiyev: Minlərlə vətəndaşın iştirakı sayəsində ölkədə 3 milyon manata yaxın əlavə məhsul istehsal olunur AZƏRTAC

“ABAD” sədri Rüfət Elçiyev: Minlərlə vətəndaşın iştirakı sayəsində ölkədə 3 milyon manata yaxın əlavə məhsul istehsal olunur AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 dekabr, AZƏRTAC

“ABAD” təşəbbüsünə vətəndaşların minimum risklə mikro və kiçik bizneslə məşğul olmasına imkan verən şəraitin yaradılması, habelə dövlət dəstəyinin səmərəliliyinin artırılması məqsədilə start verilib. “ABAD” “ASAN xidmət” kimi tanınan hökumət strukturunun tabeliyində yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “ABAD”ın sədri Rüfət Elçiyev bəhs edib. Həmsöhbətimizin sözlərinə görə, sahibkarlığa yeni başlayanlar çox vaxt hesabat öhdəlikləri, mühasibat uçotunun düzgün aparılması və sənədlərin vaxtında rəsmiləşdirilməsi kimi bir sıra çətinliklərlə üzləşirlər.

“ABAD” aləti vasitəsilə yeni başlayan sahibkarlara nümayiş etdirilir ki, bütün bu prosesləri əhəmiyyətli dərəcədə sadələşdirmək olar. “İdeyadan rəflərə” konsepsiyası geniş xidmət sahələrini əhatə edir: istehsal avadanlığı, marketinq, brendinq, mühasibat uçotu, hüquqi dəstək və təlim sessiyalarının təşkilinin təqdim edilməsi, həmçinin məhsulların daşınması və satışı. Sahibkar kimi qeydiyyatdan keçən “ABAD” layihəsinin iştirakçıları agentliyin maddi-texniki bazasından və peşəkarların xidmətlərindən istifadə edərək risklərini minimuma endirirlər”, - deyə Rüfət Elçiyev vurğulayıb.

“ABAD” sədrinin fikrincə, təşkilatın uğuru daha çox onun etibarlı və nüfuzlu təşkilat olan “ASAN xidmət”in strukturuna inteqrasiyası ilə bağlıdır.

“Yarandığı ilk günlərdən “ABAD” da eyni etimadı qazandı və bu, onun inkişafı üçün əsas oldu. Ötən dövr ərzində “ABAD”ın fəaliyyətini uğurlu və faydalı kimi qiymətləndirirəm”, - Rüfət Elçiyev qeyd edib.

Həmsöhbətim deyir ki, təşkilat ümumilikdə mərkəzin 640 üzvünə xidmət göstərib və hazırda mərkəzə qoşulanlarla 517 aktiv müqavilə var. Onlardan 309 iştirakçı və ya 60 faizi “ABAD”ın dəstəyi sayəsində rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb.

“Layihədə hər il minlərlə vətəndaşın iştirakı sayəsində ölkədə 3 milyon manata yaxın əlavə məhsul istehsal olunur və bu rəqəm ildən-ilə artaraq idxaldan asılılığı azaldır. Suvenir məhsulları da mühüm rol oynayır. Satışın həcmi illik 1 milyon manatdır və alıcıların böyük hissəsi xarici turistlərdir ki, bu da faktiki olaraq ixraca bərabərdir. Bu gün iştirakçılarımızın 76 faizini sənətkarlar təşkil edir ki, bu da Azərbaycanın sənətkarlıqla bağlı qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına öz töhfəsini verir”, - deyə sədr bəhs edib.

Rüfət Elçiyevin sözlərinə görə, layihə iştirakçıları arasında Bakı lider mövqe tutur və ümumi həcmin 54 faizini təşkil edir.

“Regionlar da müxtəlif və rəqabətqabiliyyətli biznes layihələri yaratmağa imkan verən unikal xüsusiyyətlərə və resurslara malikdir. Hazırda üzvlərimizin 46 faizi ölkənin bütün iqtisadi rayonlarını təmsil edir”, - deyə həmsöhbətimiz əlavə edib.

Rüfət Elçiyev 2024-cü ili təşkilat üçün uğurlu hesab edir. 2024-cü ilin 11 ayı üzrə göstəricilər onu deməyə imkan verir ki, il 2,8-2,9 milyon manatlıq satış həcmi ilə başa vurulacaq.

“Bizim bütün səylərimiz müstəsna olaraq iştirakçıların sayını və onların məhsullarının satış həcmini artırmağa yönəlib. Bu kontekstdə 2025-ci ildə 3 milyon manatlıq satış həcmini keçərək bu istiqamətdə işi davam etdirəcəyik”, - deyə sədr yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri