ABB istiqrazlarına investor marağı davam edir
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABB istiqrazlarına abunə yazılışının növbəti mərhələsi uğurla başa çatıb.
Axar.az xəbər verir ki, bu mərhələdə ümumi həcmi 15 milyon manat olan iki buraxılış investorlara təqdim edilib və hər ikisi tam yerləşdirilib. Buraxılışlar üzrə daxil olan sifarişlərin ümumi həcmi 22 173 200 manat olub. Bu, təklif olunan emissiya həcmindən təxminən 1,5 dəfə çoxdur.
1 illik istiqrazlar, illik 8,5% gəlirlilik
Həcmi 5 milyon manat olan bu buraxılış üzrə 8 421 500 manatlıq sifariş daxil olub. Bu, təklifdən təxminən 1,7 dəfə çoxdur. Abunə yazılışında 83 investor iştirak edib və 347 sifariş təqdim olunub. Onlardan 345-i icra edilib, nəticədə 81 investorun sifarişi təmin olunub.
2 illik istiqrazlar, illik 9% gəlirlilik
Həcmi 10 milyon manat olan bu buraxılış üzrə 13 751 700 manatlıq sifariş daxil olub. Bu, təklifdən təxminən 1,4 dəfə çoxdur. Abunə yazılışında 94 investor iştirak edib və 223 sifariş təqdim olunub. Bütün sifarişlər icra edilib və 94 investorun hamısının sifarişi təmin olunub.
Nominal dəyəri 100 manat olan istiqrazlar 1 illik buraxılış üzrə 50 min, 2 illik buraxılış üzrə isə 100 min ədəd həcmində emissiya edilib. İstiqrazlar adlı, faizli, təmin edilməmiş və sənədsiz formada buraxılıb. İnvestorlara faiz ödənişləri hər 30 gündən bir həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlardan əldə olunan faiz gəlirləri vergidən azaddır.
ABB istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif (abunə yazılışı) üsulu ilə həyata keçirilib. Anderrayter qismində “ABB-İnvest” İnvestisiya Şirkəti çıxış edib. İstiqrazlar Bakı Fond Birjasının “Standart bazar” listinq seqmentinə daxil edilib və onların təkrar bazarda alqı-satqısı üçün də imkan yaradılıb.
ABB istiqrazları investorlara etibarlı və sabit gəlir əldə etmək imkanı təqdim etməklə yanaşı, ölkənin kapital bazarının inkişafına da mühüm töhfə verir.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Noyabr 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















