ABB və “iTicket”dən həyat tərzi bankçılığına doğru mühüm addım
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB ölkəmizdə həyat tərzi bankçılığının inkişafı istiqamətində daha bir mühüm addım atıb.
Bank onlayn və mərkəzləşdirilmiş bilet xidməti platforması - “iTicket” şirkəti ilə strateji tərəfdaşlıq sənədi imzalayıb.
Bu tərəfdaşlıq “Beyond Banking həllərinin köməyi ilə müştərilər üçün müxtəlif mədəniyyət və əyləncə tədbirlərinə çıxışı daha da rahat, əlçatan edir.
Tərəfdaşlıq sənədinə uyğun şəkildə ABB mobile tətbiqində ayrıca “iTicket guşəsi” olacaq, tətbiq istifadəçiləri “iTicket”in biletlərini elə “ABB mobile”dan ala biləcəklər. “iTicket” platforması istifadəçiləri platformadakı “ABB Zone” kateqoriyasının və ayrıca məlumat xarakterli səhifənin üstünlüklərindən yararlanacaq, ödənişlərini ABB ilə həyata keçirəcəklər.
Tətbiq və internet platformaları üzərindən inteqrasiyaların inkişaf etdirilməsi, yeni funksionallıqların qurulması, müştərilər üçün əlavə imtiyazlar yaradan birgə kampaniyaların həyata keçirilməsi və s. də strateji tərəfdaşlığa daxildir.
Belə bir tərəfdaşlıq müştəri təcrübələrini daha da zənginləşdirəcək, insanların həyat tərzinə onların fərdi ehtiyaclarına uyğun yeni dəyərlər gətirəcək. “iTicket”in onlayn bilet satışı sahəsindəki təcrübəsi ilə ABB-nin geniş müştəri bazasının, rəqəmsal infrastrukturunun bir araya gəlməsi ölkəmizdə həyat tərzi bankçılığının inkişafına xidmət edəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Baxış sayı:154
Bu xəbər 15 İyul 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















