Icma.az
close
up
RU
Abbas Lisanidən İran rejiminə SƏRT CAVAB

Abbas Lisanidən İran rejiminə SƏRT CAVAB

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Dekabrın 29-da İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilib.

Təxribatçı davranışla bağlı İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona sərt etiraz bildirilib, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.

İrandan Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.

Qeyd edək ki, təxribatçı açıqlamalar Türkiyə və onun liderinə də ünvanlanıb.

Modern.az-ın məlumatına görə, Güney Azərbaycan milli hərəkatının lideri Abbas Lisani sözügedən hadisə ilə bağlı İranın molla rejiminə sərt reaksiya verib.

O bildirib ki, İranın bu cür davranışı böyük çöküş və parçalanma istiqamətində atılan addımların səsidir.

Abbas Lisani qeyd edib ki, son illər Azərbaycan Prezidenti və Qarabağın fatehi İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük və tarixi uğurlar əldə edilib.

"Dünyanın və bölgənin zalım güclərinin Türkiyə planları iflasa uğradı və türk dünyasının güclənməsinə töhfə verdi.

Bu tarixi nailiyyətlər, əlbəttə ki, dostları sevindirir, düşmənləri isə üzür.

Lakin özünü dünya müsəlmanlarının müdafiəçisi və himayədarı kimi göstərməyə çalışan İran rejimi otuz ildir ki, ermənilərlə pərdə arxasında dayanıb, onlara dəstək verib və müsəlman Azərbaycan türklərinə qarşı əlindən gələni etməkdən çəkinməyib. 

Bu qeyri-insani, dinsiz davranışlar Qarabağın azad edilməsindən sonra daha aydın görünməyə başladı və fars faşizmi türklərə qarşı düşmənçiliyini hər sahədə nümayiş etdirir.

Məsələn, İran Dövlət Televiziyasında yayımladıqları qondarma dini məclisdə bir ağacın iki budağı olan qardaş xalqlar (Azərbaycan və Türkiyə) arasında İslam və Türk dünyasının qara səhifəsi olan Çaldıran döyüşünü gündəmə gətirərək, ayrılıq və nifaq salmağı hədəfləyiblər. İnsanların məzhəb həssaslığını vurğulayıb, Yaxın Şərqdə və bölgədə həyata keçirdikləri yanlış və insanlıqdan kənar siyasətlərin iflasa uğramasını özlərinə sığışdıra bilmədikləri üçün bu cür alçaq və dəyərsiz davranışlara əl atdılar.

Bu qondarma məclisdə, daha doğrusu, nifaq çuxurunda türk millətinə və dövlətlərinə qarşı kin-küdurət ən alçaq sözlərlə ifadə edilib, müxtəlif təhqirlər yağdırılıb. Bir vaxt tərifçi deyilən şəxs şəriətdən, əxlaqdan, insanlıqdan uzaq sözlərlə iki müsəlman dövlət başçısına böhtan atıb, təhqir edib və bu iyrənc tamaşa mərkəzi televiziya kanallarında canlı yayımlanıb. Bu yayım fars şovinizminin türk millətinə qarşı sistemli nifrət və düşmənçiliyini açıq şəkildə nümayiş etdirirdi.

Əslində, bu cür davranış İran rejiminin nə qədər və aciz olduğunun sübutudur. Onun süquta doğru atdığı addımların səsidir. Bu həm də böyük məhvə işarədir.

Təbii ki, təhqirə, böhtana məruz qalan dövlət başçıları bu rəzil şouya dövlət ağlı, diplomatik qaydalar çərçivəsində necə yanaşmaq lazım olduğunu çox gözəl bilirlər. Ancaq bir Güney Azərbaycanlısı olaraq qeyd etməliyəm ki, müsəlman və türk millətləri, dövlətləri arasında ayrı-seçkilik, nifaq salmağa çalışan hər bir məqsəd, metod və davranışı vətənə xəyanət kimi görür, qətiyyətlə pisləyirəm.

Sonda qeyd etmək istərdim ki, bu oyunlar suyun səthində üzən köpükdən başqa bir şey deyil.

Türk dünyası, xüsusən də Güney Azərbaycan türkləri çoxdan öz doğru yolunu tapıb. Bu səbəbdən ixtilaf, azdırıcı və uydurma oyunlar bizi və gənclərimizi doğru yoldan döndərə bilməyəcək".

Bəyanatla bağlı Modern.az-a danışan Abbas Lisani bildirib ki, Azərbaycan və Türkiyə onun üçün çox dəyərli və toxunulmazdır: "Ölkələrimiz haqqında ağlına gələni danışmaq heç kimin həddi deyil".

Abbas Lisani Modern.az saytı vasitəsilə təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzuladığını bildirib, o, həmçinin bütün xalqımızı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edib.

Nigar Ögeday

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Yanvar 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri