Icma.az
close
up
RU
ABBnin təşkilatçılığı ilə ölkəmizdə ilk Data və Süni İntellekt Sammiti keçirildi!

ABBnin təşkilatçılığı ilə ölkəmizdə ilk Data və Süni İntellekt Sammiti keçirildi!

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

9 dekabr 2024-cü ildə Azərbaycanda ilk dəfə Data və Süni İntellekt Sammiti baş tutub. ABB-nin təşkilatçılığı ilə keçirilən Sammitə Azərbaycandan və xaricdən 250-dən çox iştirakçı qatılıb.

Sammitin spikerləri və panel müzakirələrinin iştirakçıları sırasında ABB ilə yanaşı, Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyinin, Böyük Britaniyanın Centrica şirkətinin, “Harvard Business Review” (Türkiye) jurnalının, EY Türkiyə şirkətinin, Azercell şirkətinin, Türkiyə İş Bankının, Mc Kinsey şirkətinin, Mastercard beynəlxalq ödəniş şirkətinin və başqa qurumların rəhbər təmsilçiləri də olub.

Belə bir tədbirin təşkilində məqsəd data icmasının təmsilçilərini bir araya toplayaraq təcrübə mübadiləsi aparmaq, yeni trendləri öyrənmək, qarşılıqlı əməkdaşlıqlar qurmaqdır.

Sammitdə data analitikanın və süni intellektin gələcəyi, rəqəmsal texnologiyalarla müştərilər üçün yeni təcrübələrin yaradılması və s. mövzularda təqdimatlar dinlənib. Süni intellekt dövründə data əsaslı qərarvermə mədəniyyətinin formalaşdırılması mövzusunda panel müzakirələri aparılıb. Ayı-ayrı biznes sektorlarında, o cümlədən bankçılıqda datalardan effektiv istfadə ilə bağlı maraqlı keys həlləri təqdim edilib.

Sammitdə ABB-nin data texnologiyalarından istifadə sahəsində əldə etdiyi təcrübə barədə də ətraflı məlumat verilib, “ABB AI Factory” haqqında söhbət açılıb.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Müştərilər üçün data əsaslı rəqəmsal təcrübənin yaradılması ABB-nin əsas strateji hədəflərindəndir. ABB-də son 2 ildə yaradılmış süni intellekt modellerimizin sayı 125-ə çatıb. Bankımızda artıq müxtəlif sahələrdə 32 Süni İntellekt tətbiq ssenarisi (Use-case) uğurla həyata keçirilir, süni intellekt qərar vermə sürətimizi və dəqiqliyimizi artırır. Biz öz modellərimizin bizə gətirdiyi faydaları da ölçə bilirik, son 2 ildə süni intellekt modelləri ABB-yə 20.4 milyon manatlıq birbaşa müsbət maliyyə təsiri yaradıb”.

Onun sözlərinə görə, son 2 ildə süni intellekt həlləri Bankın aktiv riteyl müştərilərinin sayını 63% artırıb. Data texnologiyalarından istifadə sayəsində müştərilərə daha yaxşı təcrübələr təqdim edə bildiyinə görə ABB-nin müştəri məmnuniyyəti göstəricisi (NPS) də son bir neçə ildə 48-dən 76.8-ə yüksəlib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Dekabr 2024 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri