Nənələrin sevimli aksesuarı yenidən dəbə minir
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
2026-cı ildə vaxtilə köhnəlmiş hesab edilən çiçək formalı broşlar və geyim bəzəkləri yenidən dəb dünyasının diqqət mərkəzinə çevrilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Vogue" jurnalı məlumat yayıb.
Söhbət geyimlərə bərkidilən iri ölçülü, çiçək formasında aksesuar və broşlardan gedir. Uzun müddət yaşlı xanımların konservativ geyim tərzi ilə əlaqələndirilən bu aksesuarlar indi məşhur dizaynerlərin kolleksiyalarında yenidən yer alıb.
Xüsusilə "Chanel" moda evinin yeni kreativ direktoru Matye Blazi brendin simvolu olan kameliya çiçəyini fərqli formada təqdim edib. O, həcmli və zərif ləçəklərə malik broşlar hazırlayıb.
"Tom Ford" moda evi isə 2027-ci ilin yaz-yay kolleksiyasında dəri gödəkçələr və pencəklər üzərində qırmızı qızılgül formalı aksesuarlardan istifadə edib.
Stilistlərin fikrincə, bu aksessuarları müasir görünüşdə təqdim etmək üçün onları klassik romantik geyimlərlə deyil, daha fərqli kombinlərlə uyğunlaşdırmaq lazımdır.
Mütəxəssislər çiçək formalı broşları kişi üslubunda kostyumlar, oversayz pencəklər və dəri geyimlər, eləcə də zolaqlı parçalarla birləşdirməyi tövsiyə edirlər.
Qeyd edək ki, avqust ayında gənclər arasında italyan nənələrinin geyim tərzindən ilhamlanan kətan köynəklər və önlüklərə marağın artdığı bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 02 Noyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















